Ana səhifə »  Xəbər lenti »  YAP Səbail rayon təşkilatında şəhid ailələri ilə görüş keçirilib
A+   Yenilə  A-
YAP Səbail rayon təşkilatında şəhid ailələri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında koronavirus COVID-19 pandemiyasının xüsusi karantin rejiminin tələblərinə və qaydalarına uyğun olaraq şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.
Görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və düşmən tapdağındakı torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər və şəhid, qazi ailələrinin daim xüsusi diqqətdə saxlanılması barədə danışan YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev bildirib ki, YAP-ın üzvləri, partiya fəalları, gənclər Səbail rayonu ərazisində yaşayan şəhid ailələrini mütəmadi ziyarət edir, onların gündəlik qayğıları ilə maraqlanır, ailələr tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində öz səlahiyyətləri çərçivəsində müvafiq işlər görürlər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq dastanı yazdığını vurğulayan Ş.Hacıyev qeyd edib ki, dövlətimizin başçısının “dəmir yumruğu” tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını düşmən tapdağından təmizlədi. Həmçinin müstəqil dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Diqqətə çatdırılıb ki, Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycanın müasir müstəqillik tarixində tamamilə yeni inkişaf dövrü başlayıb. İşğaldan azad edilmiş və mənfur düşmən tərəfindən viran qoyulmuş ərazilərdə sürətli və kompleks bərpa, quruculuq işləri aparılır, əsas infrastruktur təmin olunur, yollar, ağıllı kəndlər salınır. Keçmiş qaçqınlar və köçkünlər tezliklə dədə-baba yurdlarına qayıdacaqlar və o bölgələrin iqtisadi potensialı, yeraltı, yerüstü sərvətləri Azərbaycan iqtisadiyyatına töhfə verəcək.
Ş.Hacıyev xüsusi qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın şanlı Qarabağ Zəfərindən sonra bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar, regional əməkdaşlıq üçün böyük imkanlar yaranıb. Güclü iqtisadiyyata və orduya malik Azərbaycan Cənubi Qafqazda söz sahibinə, Türkiyə ilə birlikdə isə qlobal aktora çevrilib. Azərbaycanın Qələbəsini bütün dünya azərbaycanlıları, türk dünyası böyük sevinc, qürur hissi ilə qarşılayıb. Azərbaycan xalqı hərb meydanında nümayiş etdirdiyi qəhrəmanlıq, iradə və qələbə ruhu ilə türk millətinin adını yüksəldib. İki qardaş dövlət olan Azərbaycan və Türkiyə bütün dünyaya nümayiş etdirib ki, türk xalqları birləşərsə, onların qarşısında heç bir düşmən dayana bilməz.
Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğı, həyata keçirilən ardıcıl və sistemli tədbirlər, YAŞAT Fondunun təqdirəlayiq fəaliyyəti haqqında ətraflı məlumat verən Ş.Hacıyev bu istiqamətdə ictimai təşkilatların, o cümlədən Yeni Azərbaycan Partiyasının müxtəlif səpkili təşəbbüsləri və gələcək layihələrindən bəhs edib. Qeyd olunub ki, YAP Səbail rayon təşkilatı tərəfindən Vətən müharibəsi günlərində 22 sosial aksiya, şanlı Zəfər Günündən - 2020-ci il noyabrın 8-dən etibarən bu günədək şəhid ailələri ilə əlaqədar 12 sosial aksiya, qazilərlə bağlı 7 müxtəlif səpkili humanitar tədbir və aksiyalar həyata keçirilib. Bu aksiyalar çərçivəsində şəhid ailələrinə dəfələrlə maddi kömək göstərilib, ərzaq sovqatları, qurban payları, şəhid övladlarına və ailələrdə olan bütün uşaqlara hədiyyələr təqdim olunub. Eyni zamanda, Şabran və Ucar rayonlarında dəfn olunan Səbail rayon şəhidlərinin məzarları ziyarət olunub, Ucar rayonunun mərkəzi və kəndlərindəki bütün şəhid ailələrinə evlərində baş çəkilib, onlara Ramazan sovqatları və maddi kömək təqdim edilib.
Həmçinin Bakıya səfər edən qardaş Türkiyədən gələn sahibkarların və sənət adamlarının şəhid ailələrinin evlərinə ziyarətləri təşkil olunub. Müqəddəs Ramazan günlərində cəmiyyətin həssas üzvlərinin daha yüksək diqqət və qayğıya ehtiyacı olduğunu vurğulayan Ş.Hacıyev bütün rayon ictimaiyyət nümayəndələrini, ziyalıları, rəhbər şəxsləri, iş adamlarını bu istiqamətdə görülən işlərdə daha da fəal iştirak etməyə çağırıb.
Ş.Hacıyev şəhid ailələrinin dövlətimiz, cəmiyyətimiz tərəfindən daim xüsusi diqqət mərkəzində saxlanılacağını bir daha diqqətə çatdırıb.
Çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova və 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova qeyd ediblər ki, beynəlxalq ictimaiyyət 44 günlük ağır müharibədə yalnız irəli gedən, hər gün yeni kəndlər, yaşayış məntəqələrini işğaldan azad edən, çiyinlərində yaralılarını, şəhidlərini Qələbə zirvəsinə daşıyan mərd, yenilməz Azərbaycan xalqı, qəhrəman, məğrur, başı uca şəhid anası fenomeninə şahidlik edib. Azərbaycanın şanlı Qələbə tarixini qanları ilə yazan, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən Azərbaycanın qəhrəman oğullarının qanı yerdə qalmayıb. İşğaldan azad olunan torpaqlarımızda şanlı Azərbaycan bayrağının qürurla dalğalanması bu gün hamımızın ən böyük təsəllisidir. Azərbaycan qadını 44 günlük şərəf mübarizəsində bütün dünyaya sübut edib ki, Azərbaycan anası Vətənə layiq necə igid oğullar yetişdirə bilirlər. Bu mərd, şücaətli övladlara görə bütün valideynlərə bir daha təşəkkür edilib, onlara Allahdan səbir dilənib.
Görüşdə Müqəddəs Ramazan günlərində Səbail rayonunun şəhid ailələri üçün növbəti sosial aksiya icra olunub, hər bir ailəyə Ramazan sovqatı və qurban payı təqdim edilib. Görüşdə iştirak edən şəhid övladlarına, ailələrdəki bütün uşaqlara şirniyyat, oyuncaqlar hədiyyə olunub.
Çıxış edən şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova, şəhid Əli Nağıyevin atası Mehman Nağıyev, şəhid Cavidan Ağayevin atası Mirzağa Ağayev, şəhid Cavidan İbrahimlinin qardaşı Şamxal İbrahimli və bütün şəhid ailələrinin nümayəndələri şəhidlərimizin adının əbədiləşdirilməsi üçün təkliflər səsləndiriblər.
Görüş fikir mübadiləsi və səsləndirilən təkliflərin müzakirəsi ilə davam edib. Sonra xatirə şəkilləri çəkdirilib. 
MÜŞFİQƏ
 
  • Oxunub:  2280  |  
  • Tarix:  29-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
06 May 18:27
Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
06 May 18:14
Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir
06 May 18:02
Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir
06 May 17:59
Baş Prokurorluq: Azərbaycandan Rusiyaya bir nəfər ekstradisiya edilib
06 May 17:58
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
06 May 17:52
UNEC-də Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar mövzusunda konfrans təşkil edilib
06 May 17:48
Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
06 May 16:49
Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb
06 May 16:45
Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var
06 May 16:44
Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb
06 May 16:23
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 16:17
Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşüb
06 May 16:14
Deputat: Dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır
06 May 16:12
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib
06 May 16:09
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
06 May 15:40
Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir
06 May 15:34
ANAMA-ya daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb
06 May 15:13
İyirmi üç yaşayış məntəqəsində subartezian quyuları qazılacaq – SƏRƏNCAM
06 May 15:12
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
06 May 15:09
Pirallahı rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş konfrans keçirilib
06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA