Ana səhifə »  Xəbər lenti »  Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq
A+   Yenilə  A-
Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq
Milli Məclisin deputatı Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:

-Jalə xanım, bildiyimiz kimi, ABŞ Prezidenti Co Bayden 24 aprel tarixli bəyanatında uydurma “erməni soyqırımı” ifadəsini işlədib. Türkiyə və Azərbaycanda ABŞ prezidentinin bu addımı kəskin etirazla qarşılanır. Sizcə, belə bir addımın atılmasında məqsəd nədən ibarətdir?

-Son bir neçə günümüz yenə zəngin hadisələrlə, tarixi mesaj və bəyanatlarla, açılışlarla yadda qaldı. İstər dünyamızda, istər ətrafımızda, istərsə də ölkəmizdə gündəm mövzuları çox zəngin oldu.Təbii ki, bir parçası, tərkib hissə olduğumuz üçün dünya gündəmini məşğul edən bir çox mövzular, məsələlər bu və ya digər dərəcədə ölkəmizi də ilgiləndirdi, əhatələndirdi. Birinci ondan başlayaq ki, aprelin 24-də ABŞ prezidenti Co Bayden tarixi həqiqətlərə və faktlara göz yumaraq, çıxışında “erməni soyqırımı” ifadəsini səsləndirdi. Bununla da ABŞ tarixində, xüsusilə də, son 40 ildə bu saxta və uydurma məsələni dilə gətirən  ikinci dövlət başçısı oldu. Bu bəyanatı, bu ifadəsilə də həm ölkəsinin imicinə, dünyadakı nüfuzuna zərbə vurdu, həm də tarixi müttəfiqi olan qardaş və dost Türkiyə ilə münasibətləri ciddi şəkildə zədələdi. Eyni zamanda, Azərbaycanla münasibətlərə xələl gətirdi. Bəli, dünyanın iki-üç supergücündən birinin ali dövlət rəhbərinin belə yanlışlığa və tarixi xətaya yol verməsi qəbuledilməz və bağışlanmazdır. Çünki dünyada “erməni soyqırımı” deyilən bir məsələ yoxdur. Əgər soyqırımı məsələsi bunları belə düşündürürsə, soyqırımına məruz qalmış bir xalq, qövm olaraq, dəqiq ünvanı göstərə, təqdim edə bilərik ki, kim soyqırımı edib, kim soyqırımına məruz qalıb. Bəli, soyqırımı tarixi-bəşəri cinayətdir, onu kim törədirsə, cəzaya və lənətə layiqdir, ancaq burada ünvan səhv salınmamalı, fakt və faktlar saxtalaşdırılmamalı, hədəf yayındırılmamamlıdır.

 Bəli, soyqırımı görmək istəyənlər istər qardaş Türkiyənin, Türk xalqının tarixinə, yaşanmışlarına nəzər salsınlar, həm də Azərbaycan xalqının, Azərbaycan türklərinin bir əsrdən çoxdur başına gətirilənlərə diqqət yetirsinlər. Onda görərlər ki, kim, hansı xalq soyqırımına, qətliamlara məruz qalıb, kim, hansı xalq soyqırımı-vəhşət törədib. Bəli, soyqırımına, vandalizmə, barbarizmə məruz qalan bizlərik-Türkiyə və Azərbaycan türkləri, bu soyqırımı aktlarını, insanlıq dramlarını da həyata keçirənlər məhz dünyanın “əzabkeş”, “yazıq”, “məzlum” kimi tanıdıqları ermənilər, onları bizim üzərimizə körükləyənlərdir. 1918-ci ilin mart qırğınları, Bağanis Ayrım, Qarakənd, Xocalı, Umudlu, Qaradağlı, Meşəli, Cəmilli, Ağdaban, Ballıqaya, Başlıbel soyqırımları, vandalizmləri, daha neçə-neçə insanlıq dramları məhz bizə qarşı törədilib, bizə yaşadılıb, özü də məhz erməni qaniçənləri, onların Şimallı-Cənublu, Qərbli-Şərqli havadarları tərəfindən. Ona görə də soyqırımı “axtarışı”nda olanlar bu faktlardan danışsınlar, özlərini lallığa, karlığa və korluğa vurmaqdan qurtarsınlar, həqiqətin, olanların gözünə dik baxsınlar. Amma nə yazıqlar ki, “axtarış”da olanlara bunlar sərf etmir, bunlar lazım deyil. Onlara öz məkrli siyasətlərini planlamaq və həyata keçirmək üçün uydurma, saxta “erməni soyqırımı” lazımdır. Amma indiyə qədər heç nəyə nail ola bilmədikləri kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər, “bomba”ları öz əllərində partlayacaq yenə. Nə qardaş və dost Türkiyəni, nə də onunla qoşa addımlayan Azərbaycanı öz məhvərindən qoparmaq, öz yolundan sapdırmaq mümkün olacaq. Necə ki, indiyədək mümkün olmayıb, bundan sonra mümkün deyil və olmayacaq! Heç təsadüfi deyil ki, Baydenin son bəyanatı Türkiyə və Azərbaycanı bir daha bir-birinə yaxınlaşdırdı, pərçimlədi! İki qardaş və dost dövlət yenə “İki dövlət-bir millət” olduğunu, həmrəyliyini nümayiş etdirdi və hər kəsə bir daha yerini tanıtdı.  Elə həmin gün, aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.

 Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etdilər. Bəli, növbəti dost və qardaş həmrəyliyi, birgəliyi, vahidliyi! Bəli, bizi biz, bizi həmrəy, bizi güclü edən də elə budur.

Bizdən qorxmalarının, bizim üzərimizə əyri-üyrü yollarla saldırmalarının da səbəbi elə budur! Yəni, bir andaca həmrəy, güclü, tək ürək, tək yumruq olmağımız, bir-birimizə pərçimlənməyimiz! Bəli, biz birlikdə güclüyük, birlikdə də Güclü və Müzəffər olacağıq. Yolumuzun üzərinə nə qədər daş-kəsək töksələr belə, alınmayacaq, niyyətləri baş tutmayacaq.

-Bir neçə gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış etdi. Bu çıxışın əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Bəli, bu həftənin ilk günü, bazar ertəsi BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başladı.Sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu. Bu çıxışda dövlət başçımız bütövlükdə dünyamızı maraqlandıran, narahat edən məsələlərlə bağlı bir daha həm özünün, həm də Azərbaycanın müfəssəl, mükəmməl, birmənalı mövqeyini ortaya qoydu. Çıxışında istər bir ildən çoxdur dünyanı başına götürən koronavirus pandemiyasına, istərsə də 32 illik qanlı Qarabağ münaqişəsinə toxunan ölkə rəhbəri növbəti dəfə açıq, aydın mesajlarını, xəbərdarlıqlarını ifadə etdi. Bildirdi ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla həyata keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.

Həmçinin, “vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat etmişdir və etməkdədir. Çünki dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilmişdir. Azərbaycan isə həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirir və etdirəcək.

Eyni zamanda, 2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan isə öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalmışdır. Nəticədə də Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmiş, 32 illik Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Artıq qanlı münaqişə tarixdə qalmışdır. Hazırda isə Qalib ölkə olaraq, qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. “Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm”-deyən Ali Baş Komandan onu da bildirmişdir ki, dövlət rəhbəri olaraq, bu yaxınlarda növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı milli prioritet müəyyən edib və buraya  rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi də daxildir. Çünki Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır.

 Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələr də bu regional layihənin potensialını nəzərdən keçirə bilərlər. Biz sözümüzü dedik, öz səmimi mövqeyimizi ortaya qoyduq, indi seçim, qərar onlarındır!

-Cənab Prezident işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına son səfəri zamanı da mühüm mesajlar verdi. Bu barədə nə deyə bilərsiniz? 

- Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, xalqının Xilaskar oğlu-ölkə Prezidenti cənab İlham Əliyev növbəti dəfə işğlaldan azad olunmuş bölgələrimizə-Cəbrayıl və Zəngilanımıza səfər etdi. Bu səfərdə yenə də onun yol yoldaşı ən yaxın və ən sadiq silahdaşı Mehriban xanım Əliyeva oldu. Ali Baş Komandanla ölkənin Birinci xanımı və Birinci vitse-prezidenti 6-ci dəfə Qarabağımıza səfərlərini gerçəkləşdirdilər və bununla növbəti dəfə tarix yazdılar, növbəti dəfə Qələbələrimizin üzərinə Qələbələr, Zəfərlərimizin üzərinə Zəfərlər əlavə etdilər! Bu səfər də əvvəlki səfərlər kimi, zəngin açılışlarla, Ali Baş Komandanın tarixi mesaj və bəyanatları ilə bol-zəngin oldu, yadda qaldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışnda iştirak etdi, eyni zamanda, dövlət başçımız  Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu. Həmçinin, səfər zamanı dövlət başçımız Zəngilan sakinləri ilə görüşdü.

Ölkə rəhbəri Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında çıxışı zamanı bir daha məğlubiyyətə uğradılmış qüvvələrə, Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi. Bildirdi ki, əfsuslar olsun Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, növbəti dəfə ərazi iddiası irəli sürürlər. “Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkin göstərərək bu təxribata cavab vermədik”-deyən Ali Baş Komandan bir daha qətiyyətli şəkildə bildirdi ki, bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib və heç kim, heç bir qüvvə onun sərhədlərini, ərazi bütövlüyünü bundan sonra poza bilməz. Bu, mümkün deyil və mümkün olmayacaq!

Eyni zamanda, Zəngilan Beynəlxalq Hava Limanının təməlatma mərasimində çıxışı zamanı dövlət başçısı bəyan etdi ki, adıçəkilən hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq. Bununla yanaşı, azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilib. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcək. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik. Həmçinin, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Bu baxımdan da, təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq. Bununla bərabər, Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək. Bəli, bunlar bizim növbəti- böyük hədəflərimizin tərkib hissəsi və bir parçasıdır. Və indiyə qədər olduğu kimi, bundan sonra da Qalib Azərbaycanla və Qalib Sərkərdə ilə bir-bir hədəflərimizə çatacağıq.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  29-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+15 +20