Ana səhifə »  Xəbər lenti »  Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti bir daha Ermənistanda baş qaldıran revanşist qüvvələrə çirkin əməllərindən əl çəkmək xəbərdarlığını etdi
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti bir daha Ermənistanda baş qaldıran revanşist qüvvələrə çirkin əməllərindən əl çəkmək xəbərdarlığını etdi

Qırx dörd günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə öz sahiblərinə qovuşan torpaqlarımız bu gün sevincli günlərini yaşayır. Artıq 30 ilə yaxın dövrdə bu ərazilərdə ermənilərin dağıntılarını, vəhşiliklərini yenidənqurma və bərpa işləri əvəzləyir. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfərləri də bir sıra obyektlərin təməlinin qoyulması ilə yadda qaldı. Torpaqlarımızda başlanan yeni həyat 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Böyük Qayıdışının tezliklə gerçəkləşəcəyinə inamı daha da artırır. Zəngilanda birinci “Ağıllı kənd” layihəsinin təməlinin qoyulmasını Böyük Qayıdışın məhz bu gün başlanması kimi dəyərləndirən Prezident İlham Əliyev bütün kəndlərin, yaşayış məntəqələrinin bərpa olunacağını bildirdi. Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyuldu. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Zəngilanda, həmçinin beynəlxalq hava limanının təməli qoyuldu. Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Bu hava limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Birinci beynəlxalq hava limanının inşası Füzuli rayonu ərazisində uğurla davam etdirilir. Qeyd edək ki, Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağının bu il istismara verilməsi nəzərdə tutulur”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. V. Rəhimzadə bildirib ki, yenidənqurma və bərpa işlərində əsas istiqamətlərdən biri dini və tarixi abidələrimizin bərpasıdır. Ermənilər bu abidələrimizi yerlə-yeksan etməklə tariximizi silməyə, onları özününküləşdirməyə səy göstərmişdilər. Amma zaman göstərdi ki, bu dağıntılar tarixi silmək iqtidarında deyil. Dost ölkələrin şirkətləri bu prosesə də cəlb edilib. Artıq Zəngilan məscidinin bərpasına başlanılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirmişdir. Həmçinin binanın bərpası, o cümlədən, bu ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflər və layihə hazırlanıb.

Diqqəti Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bəyanatlara yönəldən V.Rəhimzadə bir daha Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi şücaətdən, qəhrəmanlıqdan bəhs edərək deyib: “Rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində bir an belə geri çəkilmədi. 44 günün hər günü tariximizə Zəfər günü kimi yazıldı. Ermənistan silahlı qüvvələri ordumuzun gücünün, qüdrətinin qarşısında geri çəkildi, hərbi texnikalarını, silah sursatı qoyub qaçdılar. Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan ordusunun məhv etdiyi və qənimət kimi götürdüyü texnikalar ziyarətçilərə təqdim olunur. Bu park, ümumilikdə, Azərbaycan Ordusunun hansı çətinliklər, qəhrəmanlıqlar sayəsində torpaqlarımızı işğaldan azad etdiklərinin təqdimatıdır. Qırx dörd gün ərzində Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir dənə də uğurlu əməliyyat keçirə bilmədilər. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu məhz bu istiqamətdən – Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək azadlığa yol açdı. Hazırda müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Sərhədçilərimiz işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib”.

“Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə elə bir dərs verib ki, tarix boyu yaddan çıxarmaq imkanında deyillər”, - söyləyən V.Rəhimzadə bu məqamı da xüsusi vurğulayıb ki, əfsuslar olsun Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də ölkəmizə qarşı ittihamlarla çıxış edərək, ərazi iddiası irəli sürürlər. Prezident İlham Əliyev Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq edir ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. O da vurğulandı ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək.

Baş redaktor daha sonra vurğulayıb ki, Qarabağ münaqişəsi tarixə qovuşsa da, Vətən müharibəsinin qarşıdakı dövr üçün perspektivləri geniş müzakirə olunur. İkinci Qarabağ müharibəsi texnoloji inkişaf baxımından bir yenilik kimi dəyərləndirilir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi də öyrənilir və təqdir edilir. Ermənistana havadarlıq edən dövlətlər ikili siyasətlərinə son qoyub 44 günün dərsindən nəticə çıxarsalar Azərbaycanın yaratdığı yeni əməkdaşlıq mühitindən bəhrələnər, regionda və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə və daimi olmasına dəstək olarlar.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  28-04-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 22:26
Manlio Di Stefano: Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik
18 May 22:19
Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədədir
18 May 21:07
AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti ilə görüşüb
18 May 21:06
Təhsil nazirinin müavini UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında çıxış edib
18 May 21:05
Şərqşünaslıq İnstitutunda Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
18 May 21:03
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib
18 May 20:59
Azərbaycanın xarici işlər nazirinin Türk Şurasının Baş katibi ilə telefon danışığı olub
18 May 20:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
18 May 20:48
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
18 May 20:44
AŞPA-nın komitə iclasında Azərbaycanın multikultural ənənələrindən danışılıb
18 May 20:17
İqtisadiyyat Nazirliyi “Carlsberg Azerbaijan” ilə anlaşma memorandumu imzalayıb
18 May 20:14
Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
18 May 20:02
Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
18 May 17:42
Litvanın ölkəmizdəki səfiri Milli Məclisdə olub
18 May 17:33
ICESCO Beynəlxalq Muzeylər Günü münasibətilə mətbuat üçün açıqlama yayıb
18 May 17:13
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
18 May 17:09
Mayın 18-də Azərbaycanda koronavirusa qarşı 36 minə yaxın vaksin vurulub
18 May 16:58
Rotterdam-Avroviziya-2021: Azərbaycan təmsilçisi müsabiqədə qadın gücünü tərənnüm edəcək
18 May 16:44
Azərbaycanda koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb
18 May 16:38
Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur
18 May 16:35
Sahib Alıyev: Sərhəd məsələsində təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır
18 May 16:33
Nurlan Qələndərli: Ermənistan vəziyyəti gərginləşdirməyə və reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir
18 May 16:26
İordaniya agentliyi Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına dair şərhini yayıb
18 May 16:23
QMİ sədri Türkiyənin yeni səfirini qəbul edib
18 May 16:09
YAP Gənclər Birliyi birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə başlayıb
18 May 15:43
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib
18 May 15:29
Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub
18 May 15:27
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
18 May 15:13
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
18 May 14:54
Deputat: Əsrarəngiz təbiətə malik Laçın yenə öz sakinlərinə qucaq açacaq və orada həyat yenidən qaynayacaq
18 May 14:36
Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiya keçirib
18 May 14:33
Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib
18 May 14:30
Bu gündən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq olunub
18 May 14:28
TAP kəməri ilə Avropaya 2 milyard kubmetrdən çox Azərbayan təbii qazı göndərilib
18 May 14:23
Yaponiyada yaşayan azərbaycanlılar soydaşlarımızı “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıblar
18 May 13:57
Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək
18 May 13:54
Mayın 19-da bəzi bölgələrdə 35° isti olacaq
18 May 13:51
Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox elektron müraciət daxil olub
18 May 13:48
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib
18 May 13:46
“Arabnews” qəzetində ulu öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub
18 May 13:08
Sabah təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna başlanılır
18 May 12:54
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə münasibətdə dağıdıcı rəftar beynəlxalq hüququn hiddətləndirici pozuntusudur
18 May 12:45
Horadiz-Ağbənd dəmir yolu istiqamətində infrastruktur işlərinə başlanılıb
18 May 12:37
Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib
18 May 12:14
Təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 May 12:10
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
18 May 12:06
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası həyata keçiriləcək
18 May 11:59
“Həyat dolu küçələr” kampaniyasına başlanılıb
18 May 11:46
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
18 May 11:38
Ombudsman “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət yayıb
18 May 11:36
İşğaldan azad edilən ərazilərin turizm marşrutları hazırlanır
18 May 11:25
Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib
18 May 11:20
Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir
18 May 11:07
Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir
18 May 10:50
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinə başlanılıb
18 May 10:48
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
18 May 10:21
PUA heyətləri təlim tapşırıqlarını icra edir
18 May 10:09
Prezidentin Mətbuat Xidmətinin məlumatı
18 May 10:00
18 may - Beynəlxalq Muzeylər Günüdür
18 May 09:55
“Avroviziya-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb
18 May 09:50
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb
18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA