Ana səhifə »  Xəbər lenti »  Əməyin mühafizəsində standart, norma və qaydalarına riayət edən şirkətlərə təşəkkürnamə təqdim edilib
A+   Yenilə  A-
Əməyin mühafizəsində standart, norma və qaydalarına riayət edən şirkətlərə təşəkkürnamə təqdim edilib

28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoformatda konfrans keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramil Bayramlı, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmançı, Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, habelə digər qurumların, sığorta şirkətlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı və həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində də məqsədyönlü dövlət siyasətinin aparılmasına imkan verib. Ötən dövrdə Azərbaycan əməyin mühafizəsi ilə bağlı Beynəlxalq Əmək Təşkilatı (BƏT) konvensiyalarını qəbul edib. Bu sahədə mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazası yaradılaraq daim təkmilləşdirilir. Ölkəmizin Əmək Məcəlləsinin bir çox maddələri əməyin mühafizəsi norma və qaydalarını, prinsiplərini əhatə edir.

BƏT-in təşəbbüsü ilə 2003-cü ildən başlayaraq hər il dünyada Ümumdünya Əməyin mühafizəsi gününün qeyd edildiyini, Azərbaycan da daxil olmaqla 100-dən çox dövlətin bu tədbirə qoşulduğunu bildirən S.Babayev qeyd edib ki, məqsəd iş yerlərində baş verən bədbəxt hadisələrə, peşə xəstəliklərinin artması probleminə ictimaiyyətin diqqətinin artırılmasıdır. BƏT tərəfindən 2021-ci il üçün Ümumdünya Əməyin mühafizəsi gününün devizi “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” kimi müəyyən edilib. Bu deviz təsadüfi deyil və dünyanı bürüyən, insanları məhv edən COVID-19 pandemiyasından, eləcə də əmək sferasına vurduğu zərərlərdən dünyanı xilas etməyə istiqamətlənib.

Nazir Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə ölkəmizdə icra olunan, məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbirdən ibarət sosial dəstək paketini qeyd edib. Bildirib ki, dövlət və özəl sektorda muzdla çalışan 1,7 milyon işçinin iş yerləri və əməkhaqqı gəlirlərinin qorunmasına nail olunub. İşçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və əmək haqlarının saxlanması üçün e-sistem üzərindən daimi nəzarət həyata keçirilib.

S.Babayev diqqətə çatdırıb ki, nəticədə özəl sektor üzrə 2021-ci ilin 1 yanvar tarixinə əmək müqavilələrinin sayı azalmayıb, əksinə, 2020-ci ilin əvvəli ilə müqayisədə müqavilələrin sayında 24 faiz və ya 154 min artım müşahidə edilib. Habelə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 2020-ci ildə 12 min 245 şəxs bu proqramla əhatə olunub.

Digər istiqamətlərdə dəstək tədbirlərini də qeyd edən nazir bildirib ki, əməyin mühafizəsi də prioritet istiqamət kimi diqqətdə saxlanır. Ötən il əmək və peşə sahəsində beynəlxalq tələblərə cavab verən milli standartların hazırlanması, ekspertizasının aparılması, mövcud standartların yenilənməsi məqsədilə Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK-21) təsis edilib. Komitə tərəfindən əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyən edən 196 milli standartın hazırlanmasına başlanıb, bu günlərdə artıq ilk standart yaradılaraq təsdiqlənib.

S.Babayev vurğulayıb ki, əməyin mühafizəsi sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə işlər daim davam edir, yeni normativ aktlar qəbul edilir. Əmək Məcəlləsinə dəyişikliklə bağlı son layihədə edilən dəyişikliyin 11-i əməyin mühafizəsi ilə bağlıdır. İcbari Sığorta Bürosunun bədbəxt hadisələrdən icbari sığorta üzrə elektron informasiya sistemi ilə nazirliyin “Əmək müqaviləsi bildirişləri” altsistemi (ƏMBAS) arasında inteqrasiya da təmin edilib. Bu sığorta növünə elektron sistem üzərindən nəzarət gücləndirilib. Əməyin Mühafizəsi Mərkəzinin yaradılması üzrə işlər də davam edir, bununla bağlı normativ hüquqi aktın layihəsi artıq razılaşdırılma mərhələsindədir.

Nazir qarşıdakı dövrdə də əməyin mühafizəsi sahəsində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Konfransda nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov Ümumdünya Əməyin Mühafizəsi Günü, əməyin mühafizəsi sahəsində aparılan işlər, bu istiqamətdə yeniliklər barədə təqdimatla çıxış edib.

S.Möhbalıyev, M.Musayev, H.Harmançı, A.Əzimova və digərlərinin çıxışları dinlənilib və təqdimatlar edilib. Sosial tərəfdaşlıq müstəvisində əməyin mühafizəsi sahəsində aparılan işlər və bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd edək ki, 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin mühafizəsində standart, norma və qaydalarına riayət etdiklərinə görə bir sıra şirkəti Təşəkkürnamə ilə təltif edib.

Belə ki, nazirliyin e-sistemi üzərindən aparılan təhlillər nəticəsində yüksək təhlükəli iş yerləri olan sahələrdə (tikinti, mədənçıxarma, istehsal və s.) fəaliyyət göstərən, işçi sayı çox olan, əməyin mühafizəsi standart, norma və qaydalarına əməl edən və son 5 ildə istehsalat sahələrində işçilərin xəsarət alması və ya ölümü ilə nəticələnən bədbəxt hadisələrin baş vermədiyi müəssisələr (“AS Texnoservis” MMC, “Paşa İnşaat” MMC, “Agro Dairy” MMC, “Azərgold” QSC, “Tabaterra” QSC, “AZ-GRANATA” MMC və “Qalf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı filialı, “Hallibörton Yeureyja Limited” Şirkətinin filialı) seçilərək onlara təşəkkürnamə təqdim edilib.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  28-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

09 May 15:42
Müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədidir
09 May 15:10
Faşizm üzərində Qələbənin 76-cü ildönümü ilə əlaqədar Bakıda tədbir keçirilib
09 May 14:40
Şuşa şəhərində İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
09 May 14:28
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib
09 May 13:30
Faşizm üzərində Qələbənin qazanılmasında misilsiz xidmətləri olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb
09 May 13:29
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb
09 May 13:20
MDB ölkələrinin səfirləri və hərbi attaşelər ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 12:49
Diaspor könüllüləri və gəncləri “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
09 May 12:11
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
09 May 11:06
DTX faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib
09 May 11:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabını çapa hazırlayır
09 May 10:59
Azərbaycanın Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb
09 May 10:55
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 10:07
Bu gün faşizm üzərində Qələbədən 76 il ötür
09 May 00:48
Son üç yüzillik tariximizdə Qarabağın dünəni, bu günü və sabahı
09 May 00:41
Peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək lazımdır

09 May 00:37
Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır

09 May 00:36
Ermənistanda seçkiqabağı dövrdə həm iqtidar daxilində, həm də müxalifətdə parçalanma müşahidə edilir
09 May 00:34
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir
08 May 22:04
Aysel Tahirova: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın yüksək inkişafını təmin edib
08 May 21:57
Heydər Əliyevin sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi
08 May 20:59
Daha üç Vətən müharibəsi qazisinin əməliyyat xərcləri qarşılanıb
08 May 20:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub
08 May 20:55
Deputat: Şuşamız 29 ildən sonra ilk dəfədir mayın 8-ni azad, bərpa olunan, yenidən çiçəklənən şəkildə qarşılayır
08 May 20:54
Fransalı mer: Faşizm ideologiyasına qarşı qətiyyətlə mübarizə aparılmalıdır
08 May 20:52
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsini Çinin “Weibo” sosial şəbəkəsində 35 milyondan çox insan izləyib
08 May 20:47
Politoloq: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 8 may ağrısına son qoydu
08 May 20:30
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı
08 May 20:27
Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim
08 May 19:09
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanımızın xilaskarı və banisidir
08 May 18:20
Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün 20 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
08 May 18:19
Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı Sərəncam imzalayıb
08 May 18:17
Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb
08 May 18:15
Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək
08 May 18:14
Şuşada növbəti mövsümdə 31 bina istiliklə təmin ediləcək - SƏRƏNCAM
08 May 18:12
Naxçıvanda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub
08 May 18:05
Binə qəsəbəsindəki Şəhidlər xiyabanında təmir işləri başa çatıb
08 May 18:03
Alimlər insan ömrünü uzatmağın yeni vasitələrini müəyyən ediblər
08 May 17:50
Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər kateqoriyadan olan şəxslərə birdəfəlik maddi yardım ödənilib
08 May 17:46
Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən beynəlxalq festivalda iştirak edib
08 May 17:45
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır
08 May 17:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mürsəl Kazımlının ailəsini ziyarət etmişlər
08 May 17:37
Pərvin Kərimzadə: Azərbaycan mədəniyyətinin paytaxtı elan edilən Şuşanın tarixi kimliyi özünə qayıdır
08 May 17:34
YAP Nərimanov rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib
08 May 17:19
YAP Nəsimi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib
08 May 17:02
Azərbaycanda koronavirusa 649 yeni yoluxma faktı qeydə alınıb
08 May 17:01
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olunub
08 May 16:58
YAP Goranboy rayon təşkilatı Ümummilli Lider Heydar Əliyevin anadan olmasının 98-ci il dönümünü qeyd edib
08 May 16:55
Xızıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib
08 May 16:53
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib
08 May 16:51
Türkiyə Prezidenti: Tam qapanma başa çatandan sonra atılacaq addımları yaxın günlərdə elan edəcəyik
08 May 16:48
“Heydər Əliyev yolu Azərbaycanı daha uca zirvələrə aparacaq”
08 May 16:38
Kamilə Əliyeva: Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və Azərbaycan cəmiyyətinə çatdırılması hamımızın ümdə vəzifələrindəndir
08 May 16:37
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 yarışına hazırlıq işlərini gücləndirib
08 May 16:35
Mayın 9-dan 15-dək Əmlak Xidmətləri Məkanında qeyri-iş günü olacaq
08 May 16:33
Təhsil naziri: X-XI sinif şagirdləri təhsillərini distant formada davam etdirəcəklər
08 May 16:29
Texniki Universitetin baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib
08 May 16:26
Qarabağda “yaşıl enerji” zonasının yaradılması Milli Prioritetlərin başlıca istiqamətlərindəndir
08 May 16:12
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
08 May 16:10
Azərbaycanın ən yeni tarixinin unudulmaz səhifəsi
08 May 16:08
BDU-da “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
08 May 16:04
Mayın 9-dan 15-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq
08 May 15:59
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfli ömür yolu hər bir gənc üçün örnəkdir
08 May 15:53
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Baş Prokurorluqda qeyd edilib
08 May 15:36
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
08 May 15:28
Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
08 May 15:20
YAP Nəsimi rayon təşkilatında bir qrup qaziyə partiya vəsiqələri təqdim olunub
08 May 15:15
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşa ilə bağlı paylaşımı edib - VİDEO
08 May 15:14
AzMİU-da “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda elmi konfrans keçirilib
08 May 15:10
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar aztəminatlı ailələrə sovqat göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA