Ana səhifə »  Xəbər lenti »  Azərbaycan Prezidenti tərəfindən bütün dünyaya ədalət və bərabərlik çağırışı edilib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti tərəfindən bütün dünyaya ədalət və bərabərlik çağırışı edilib

Azərbaycan Prezidenti İlham Əliyevin 26 aprel 2021-ci il tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı bir çox məqamlara aydınlıq gətirilməsi baxımından əlamətdar idi. Hər zaman olduğu kimi, dolğun və konkret olaraq fikirlərini bütün dünyaya çatdıran dövlət başçısı ilk növbədə dünyada tuğyan edən pandemiya bəlasından və dövlətimizin bu virusa qarşı aldığı tədbirlərdən söz açdı. Prezident İlham Əliyev qeyd etdi ki, koronavirus infeksiyası dünyada nəinki insanların həyatı üçün, sosial-iqtisadi və humanitar sahələr üçün də ciddi təhlükələr yaradıb. Təbii ki, bu pandemiyanın qarşısının alınmasında dünya birliyinin birgə fəaliyyəti vacibdir. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bu görüşdə ən mühüm çağırışlardan biri böhrana qarşı birləşməyin və birgə mübarizə aparmağın zəruri olmasının qeyd edilməsi idi. Prezident İlham Əliyev Zirvə görüşündə bildirib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Bu fikirləri təkcə sözdə deyil, əməldə də göstərən Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan çox dövlətə humanitar yardım göstərib.

Biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycan koronavirusa qarşı mübarizədə dünyada qabaqcıl mövqedədir. Pandemiyanın ilk günlərindən ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər və hal-hazırda əhalinin vaksinləşmə prosesi də buna əyani sübutdur. Qısa bir zamanda əhalinin artıq 14 faizinin vaksinləşməsi qibtə olunacaq nailiyyətdir. Çıxışı zamanı dünyada gedən vaksinləşmə prosesinə də toxunan Prezident İlham Əliyev narahatlığını bildirərək vaksinləşmənin ədalətsiz aparılmasını, “varlı-kasıb” prinsipinə uyğun olaraq həyata keçirildiyini qeyd etdi. Bir çox kasıb dövlətlərin bu gün vaksinləşmədə çətinlik çəkdiyini və bunun gələcəkdə qlobal problem doğuracağını iclas iştirakçılarına aydın şəkildə çatdıran ölkə başçısı bu problemin həllində BMT-nin əsas söz sahibi olduğunu bildirdi. Bunu Azərbaycan Prezidenti tərəfindən bütün dünyaya ədalət və bərabərlik çağırışı kimi qiymərləndirmək olar.

Sessiyada çıxışı zamanı dövlət başçısının toxunduğu digər vacib məqam 44 günlük Vətən müharibəsi və Azərbaycanın öz doğma torpaqlarının işğaldan azad etməsi oldu. Ölkə başçısı vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Dağlıq Qarabağın Azərbaycana mənsub olması birmənalı şəkildə təsbit edilib. Bu qətnamələrdə əksini tapan tələblərdən biri bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasıdır. Ermənistan bu qətnamələri və ümumiyyətlə beynəlxalq hüququ ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxardı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarını ilhaq etmək xətti tutdu. Bütün bunlar dünyada sülhü və təhlükəsizliyi təmin etməli olan beynəlxalq hüquqa ciddi zərbə vurdu, onun dövlətlərarası münasibətlərdə rolunu və əhəmiyyətini xeyli dərəcədə azaltdı. Amma 44 günlük müharibə nəinki Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını yerinə yetirdi. Müharibədən əvvəl Azərbaycan dövlətinin dəyişməz mövqeyini ən yüksək tribunalardan dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını və heç vaxt olmayacağını işğalçı dövlətin və onun havadarlarının diqqətinə çatdırdı. Lakin dövlətimizə qarşı göstərilən ikili standartlar, qəbul olunan beynəlxalq sənədlərin icrası ilə bağlı heç bir fəaliyyətin olmaması sonda məsələnin hərbi yolla həllini qaçılmaz edib.

Artıq müharibə bitib və qarşıda işğaldan azad edilən torpaqların bərpası kimi mürəkkəb bir proses dayanır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni həyat başlayıb. Lakin şanlı ordumuzun düşməndən təmizlədiyi ərazilərimizdən yeni görüntülər yayıldıqca faşist xislətli ermənilərin 30 ilə yaxın dövr ərzində bu torpaqlarda törətdikləri dağıntıların miqyasını daha aydın təsəvvür etmək olur. Yüz kilometrlərlə məsafədə yolboyu kəndlərimiz və rayon mərkəzlərimiz sanki güclü zəlzələdən sonrakı xarabalıqları xatırladır. Bu yerlərdə həyat üçün lazım olan nə varsa hamısı qəsdən dağıdılıb və ya yandırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərlə bağlı planlar, müəyyənələşdirilən prioritetlər, daha müasir şəhər və kəndlərin salınmasına xidmət edəcək “ağıllı şəhər”, “ağıllı kənd” layihələri bu ərazilərimizi əvvəlkindən də diqqətçəkən edəcək. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə əməkdaşlıq əlaqələrimizin də genişlənməsinə böyük imkanlar açacaq.

Bütün bu məqamları BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında bütün beynəlxalq dairələrə çatdıran ölkə başçısı hamıya açıq-aydın bildirdi ki, regionun inkişafı yalnız Azərbaycandan keçir. Burada sabitliyin, dirçəlişi, iqtisadi inkişafın yeganə təminatçısı Azərbaycandır.

Vüqar Nəsirov,

YAP Pirallahı rayon təşkilatı aparatının baş məsləhətçisi

 
  • Oxunub:  2850  |  
  • Tarix:  28-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+15 +20