Ana səhifə »  Xəbər lenti »  Azərbaycan həmişə bütün səviyyələrdə Türkiyəyə dəstək göstərəcək
A+   Yenilə  A-
Azərbaycan həmişə bütün səviyyələrdə Türkiyəyə dəstək göstərəcək

Aprelin 24-də ABŞ Prezidenti Cozef Bayden 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” və “böyük fəlakət” ifadələrini işlətdi. “Soyqırımı” ifadəsi qardaş Türkiyədə və Azərbaycanda haqlı olaraq dərin təəssüf yaratdı. C. Bayden bu ifadə ilə şanlı türk tarixinə ləkə vurmağa cəhd etdi. Heç bir tarixi əsası olmayan, konkret faktlara əsaslanmayan qondarma “erməni soyqırımı”nın dünyanın super gücü hesab edilən ABŞ tərəfindən gündəmə gətirilməsi hələ də Qərb dairələrində ikili standartların hökm sürdüyünün əyani göstəricisi oldu. 

Tarixdə ermənilərin insanlıq əleyhinə cinayətlər törətmələrinə dair çoxlu faktlar var. 1905-1907,1918-1920-ci illərdə erməni millətçiləri və faşistləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək onlarla yaşayış məntəqəsini viran qoymuş, tarix və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını, Qubanı, Şamaxını və digər əzəli türk torpaqlarını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər, vəhşiliklər törədilmişdir. 

Erməni vandalizminin yaxın tarixdə baş verən ən bariz nümunəsi Qarabağ müharibəsi illərində Xocalıda yaşanmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə eməni birləşmələri 366-cı rus hərbi alayı ilə birlikdə Xocalıya hücum etmiş, hərbi təcavüz nəticəsində 613 nəfər dinc sakin, o cümlədən, 106 qadın öldürülmüşdür. 275 nəfər əsir alınmış, 8 ailə bütövlükdə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı süngü ilə deşilmişdir. Beləliklə, Xocalı faciəsi erməni xislətinin vəhşiliyini göstərən ən böyük, ən aydın və əyani tarixi dəlildir. Üstəlik, Xocalıda bu dəhşətə şahid olan onlarla insan hələ sağdır və erməni vəhşiliyi ilə bağlı dünyaya məlumat vermək imkanları mövcuddur. Bununla yanaşı 44 günlük Vətən müharibəsi ərzində 11-17 oktyabr tarixlərində Gəncədə, 27-28 oktyabr tarixlərində isə Bərdədə erməni vəhşiliyinin növbəti təzahürü özünü göstərdi. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Amma dünya, o cümlədən ABŞ bunlara görməməzlikdən gəldi. Yəqin ki, o vaxt başı seçkilərə qarışan 78 yaşlı cənab Bayden isə həqiqətlərə nəzər yetirmək əvəzinə erməni lobbisinin dəstəyi ilə prezidentlik xəyalını gerçəkləşdirməyə çalışırdı. İndi isə erməni lobbisinə qarşı mənəvi borcunu yerinə yetirən ABŞ Prezidenti tarixi ədaləti, beynəlxalq hüququ və bütün ali etik dəyərləri bir kənara qoyaraq siyasi divident üçün qondarma soyqırım iddiaları səsləndirir. Qeyd edək ki, siyasi qazancı tarixi ədalətdən üstün tutan tək ölkə ABŞ deyil. 

Beləliklə, özlərini dünyada insan hüquqları carçısı, ədalət mələyi kimi təqdim edən bir çox ölkələr əslində sadəcə siyasi məqsədlər naminə yalanları təbliğ edən və riyakarlığı dövlət siyasəti səviyyəsinə qaldıran ölkələrdir. Türkiyə və Azərbaycan isə əsla bu ölkələrdən biri deyil. Hər iki ölkənin yolu haqq yoludur. Buna görə də Azərbaycan və Türkiyə daim bir-birini dəstəkləyir. Verilən dəstək isə dövlət, müxalifət və xalq səviyyəsində yəni, hər səviyyədə mövcuddur. Beləliklə, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənərək davam etdirilir. Qondarma “erməni soyqırımı” məsələsində də ölkəmizdə hər səviyyədə qardaş Türkiyəyə dəstək nümayiş etdirilir. Bəyanatın səslənməsindən az sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edərək ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” barədə ifadələrinin qəbuledilməz olduğunu bildirmişdir. Yenə həmin gecə Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya birgə bəyanat qəbul edərək qardaş Türkiyənin haqlı davasında onun yanında olduğunu elan etmişdir. Bəyanatda vurğulanmışdır ki,  ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmaların ayrı-ayrı ölkələrin dayanıqlı sülhpərvər inkişafına təhdid torədir. 

Qeyd edək ki, fərqli baxış tərzinə və ideologiyaya mənsub olan partiyaların ümumilli məsələlərdə vahid mövqedən çıxış etməsi siyasi mədəniyyətin ən yüksək təzahürüdür. Artıq dəfələrlə ölkəmizdə partiyaların birgə bəyanatları imzalanmış və cəmiyyətə elan olunmuşdur. Bununla yanaşı, Türkiyədəki müxalifət partiyalarının da Azərbaycana tam dəstək verdiyinin dəfələrlə şahidi olmuşuq. Xüsusilə də, Tovuz hadisələri və Vətən müharibəsi zamanı qardaş ölkənin bir-biri ilə ən çox rəqabət edən patiyaları belə birləşmiş və vahid mövqedən Azərbaycana dəstəyini ifadə etmişdir. Bunun üçün biz qardaş Türkiyəyə minnətdarıq və əminliklə bildiririk ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan həmişə bütün səviyyələrdə Türkiyəyə dəstək göstərəcək. Çünki Azərbaycan və Türkiyə iki ayrı dövlət olsa da, bir millətdir.

Rüfət Əhmədov,

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri

 
  • Oxunub:  2520  |  
  • Tarix:  28-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
06 May 18:27
Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
06 May 18:14
Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir
06 May 18:02
Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir
06 May 17:59
Baş Prokurorluq: Azərbaycandan Rusiyaya bir nəfər ekstradisiya edilib
06 May 17:58
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
06 May 17:52
UNEC-də Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar mövzusunda konfrans təşkil edilib
06 May 17:48
Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
06 May 16:49
Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb
06 May 16:45
Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var
06 May 16:44
Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb
06 May 16:23
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 16:17
Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşüb
06 May 16:14
Deputat: Dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır
06 May 16:12
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib
06 May 16:09
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
06 May 15:40
Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir
06 May 15:34
ANAMA-ya daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb
06 May 15:13
İyirmi üç yaşayış məntəqəsində subartezian quyuları qazılacaq – SƏRƏNCAM
06 May 15:12
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
06 May 15:09
Pirallahı rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş konfrans keçirilib
06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA