Ana səhifə »  Xəbər lenti »  Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində akademik Zərifə Əliyevanın anım günü qeyd edilib
A+   Yenilə  A-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində akademik Zərifə Əliyevanın anım günü qeyd edilib

Aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Fəxri xiyabanda akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, daimi nümayəndəliyin kollektivi adından görkəmli alimin məzarı üzərinə gül dəstəsi qoyub.

Ulu öndər Heydər Əliyevin də məzarı ziyarət edilib, əziz xatirəsi anılıb.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının, həmçinin akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edərək qeyd edib ki, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir. Bu gün daimi nümayəndəlikdə bu tədbirin keçirilməsi bir tərəfdən əsl fədakar insana olan mənəvi borcumuzun göstəricisidirsə, digər tərəfdən də böyük alimin doğulub boya-başa çatdığı doğma Vətəninin, torpağının, Naxçıvan Muxtar Respublikasının Zərifə xanımın əziz xatirəsinə sonsuz ehtiramının ifadəsidir.

Qeyd edilib ki, akademik Zərifə Əliyeva bütövlükdə parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşamış, elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəlmiş, çox məsuliyyətli, eyni zamanda, ibrətamiz, nümunəvi bir həyat yolu keçmişdir. 1923-cü il aprelin 28-də Şahtaxtı kəndində görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyeva həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə keçirmişdir. Belə bir mühitdə böyüyən Zərifə xanımın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşmişdir. Adında əks olunan zəriflik qədər zərif, dünyaya göz açdığı Naxçıvan torpağı qədər möhkəm iradəli və əyilməz, nəğməsini dinləyərək böyüdüyü Araz qədər şən və mehriban olmaq Zərifə Əliyevanın xarakterinin əsas cizgilərini təşkil edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev dediyi kimi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla ailə həyatı quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda Onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Onu bir dəqiqə belə unutmuram və unutmayacağam”.

“Uşaq yaşlarından həkimlik sənətinə hədsiz maraq göstərən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə oranı müvəffəqiyyətlə bitirərək Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Elmi tədqiqatlara olan hədsiz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil almış və elmi tədqiqatla məşğul olmuşdur. Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparmışdır”, – deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə etdi.

Daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Böyük alimin bütün mənalı ömrü boyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu, heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə xanım Əliyevanın həyat kitabıdır. Akademik Zərifə Əliyeva peşəkar həkim və alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi - deyə bildirən daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki, adı hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənən akademik bu gün də insanların qəlbində işıq və nur bəxş edən görkəmli şəxsiyyət kimi yaşayır. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bu adların, mükafatların hər biri qürur, iftixar mənbəyidir. Ən şərəflisi isə böyük iftixarla daşıdığı Ana adıdır. Azərbaycanda tibbin inkişafına əvəzsiz töhfələr verən görkəmli alim Zərifə xanım Əliyeva gənclərimiz üçün də mənəvi paklıq nümunəsidir. O, insanlara örnək olan mənəvi baxımdan zəngin bir həyat yaşayıb. Zərifə xanım yazıb-yaratdığı dəyərli elmi əsərləri pedaqoqluq səriştəsi ilə, ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaq. O, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi saysız-hesabsız insanların qəlbində əbədi heykəlini ucaldıb.

“Elmi və ictimai fəaliyyəti ilə yanaşı, Zərifə Əliyeva, eyni zamanda, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi”, - deyən daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, adı Vətən naminə yorulmadan çalışan 3 dahi insanın – görkəmli alim və dövlət xadimi Əziz Əliyevin qızı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və ölkəmizi yeni inkişaf mərhələsinə çıxaran, beynəlxalq aləmdə onun nüfuzunu daha da artıran, ən əsası uzun illər işğal altında olan torpaqlarımızı azad edərək adını şanlı hərb tariximizə qızıl hərflərlə yazan böyük Sərkərdəmiz, Prezident İlham Əliyevin anası olmaq bir qadın üçün böyük xoşbəxtlikdir. O, ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan, xalqı üçün çalışan övladlar böyütmüşdür. Görkəmli alimin qəlblərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır. Çoxşaxəli və gərgin fəaliyyətinə baxmayaraq, səmimi, qayğıkeş və fədakar Azərbaycan həkimi kimi tanınan Zərifə Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilirdi. Hər kəsin qəlbinə yol tapmağı bacaran bu nəcib insan təkcə öz həmkarları ilə yox, sadə peşə adamları, alimlər, mədəniyyət və incəsənət xadimləri ilə də asanlıqla ünsiyyət qurur, həmişə ətrafında xeyirxahlıq mühiti yaratmağa nail olurdu. Bütün bunlarla yanaşı , Zərifə xanım qayğıkeş ana, gözəl və vəfalı ömür-gün yoldaşı və yüksək mənəviyyat sahibi olmuşdur. Zərifə xanımın övladı, Azərbaycan Prezidenti İlham Əliyev o gözəl insanı - anasını belə xatırlayır: “Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq , eyni zamanda, yüksək mədəniyyət, alicənablıq-bütün gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi. Azərbaycan xanımına xas olan bütün yüksək keyfiyyətləri özündə birləşdirmişdi”.

Bəxtiyar Əsgərov qeyd edib ki, Zərifə Əliyeva yaşadığı ömrə təkcə yaxşı həkim olmağı sığdırmamışdır. O, heç kəsin dərdinə biganə qalmayan qayğıkeş insan, vəfalı ömür-gün yoldaşı, mehriban ana, bütöv şəxsiyyət idi. Zərifə xanımın mənalı həyat yolu və ümummilli liderimiz Heydər Əliyevlə birlikdə yaşadıqları sevimli ömür yolu qədirbilən xalqımız,xüsusilə,ulu Naxçıvanımız və naxçıvanlılar üçün həmişə bir qürur mənbəyi olmuşdur. Biz həmişə mənsub olduğumuz torpağın belə böyük şəxsiyyətlər yetirməsi ilə fəxr etmiş, onların uğurları ilə öyünmüşük. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Zərifə xanım əsl ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə qəlbdən bağlı olan insan idi. Ailə əsrlərboyu Azərbaycanda böyük mənəvi dayaq rolunu oynamışdır. Dəyanətli şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli missiyanı da layiqincə yerinə yetirən, ulu öndərə etibarlı mənəvi dayaq olan Şəxsiyyət və Ana idi. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir. Akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi milli Lider bəxş edən Ana kimi də unudulmazdır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə və elminə qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür”.

Bəxtiyar Əsgərov sonda qeyd edib ki, akademik Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad olunur. İndi doğma vətənimiz Azərbaycanda və onun ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasında onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan abidələr görkəmli alimə, əziz, mehriban anaya və əsl insana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür. Akademik elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın yaddaşında şəfqətli həkim, səmimi və sədaqətli Azərbaycan qadını kimi daim yaşayacaqdır.

Tədbir digər çıxışlarla davam edib.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  28-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13