Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın yeni xarici işlər naziri ilə görüşüblər
28.04.2021 [11:14]
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri bu ölkənin yeni xarici işlər naziri Mark Qarno ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.
Görüşdə nazir Mark Qarnoya ötən ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyətlə əlaqədar məlumat verilib. Qeyd olunub ki, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycanın bir çox şəhər və kəndləri, həmin ərazilərdə yaşamış əhalinin əmlakı Ermənistan tərəfindən talan edilib və dağıdılıb.
Bu ərazilərdən məcburi surətdə köçürülmüş 800 min nəfərə yaxın azərbaycanlı hazırda yurdlarına dönməyə hazırlaşırlar və Azərbaycan dövləti bu istiqamətdə lazımi işlər görməkdədir. Lakin Ermənistan tərəfindən vaxtilə basdırılmış minalar mülki əhalinin geriyə qayıtmasını çətinləşdirir. Müharibənin bitməsindən ötən müddət ərzində 20-dən çox şəxs mina partlayışı nəticəsində həyatını itirib, 80-ə yaxın şəxs isə yaralanıb. Ermənistan tərəfi isə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Qeyd olunanları nəzərə alaraq, Kanada hökuməti minaların təmizlənməsi işində Azərbaycana dəstək göstərməli və Ermənistandan minalanmış ərazilərin xəritələrini verməsini tələb etməlidir.
Nazir Mark Qarno söylənilən fikirləri diqqətlə dinləyib, baş vermiş hərbi əməliyyatlar, eləcə də müharibədən sonrakı vəziyyətlə əlaqədar tam məlumatlı olduğunu bildirib. O, KAŞ-ın bu sahədə fəaliyyətindən xəbərdar olduğunu və qaldırılan məsələlərin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, sözügedən məsələlər onun rəhbərlik etdiyi qurumun diqqətindədir və Kanada Xarici İşlər Nazirliyi bu məsələ barədə müvafiq qərarlar qəbul etmək üçün çalışır.
Görüşdə KAŞ-ın İdarə Heyətinin üzvləri, Edmonton, Kalqari və Torontodan olan fəalları iştirak etmişlər.
KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlərlə bağlı bu günədək bu ölkə parlamentinin üzvləri və senatorlar, əyalət parlamentlərinin təmsilçiləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olub, intensiv görüşlər keçirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 May 22:28
Xəbər lenti
01 May 19:23
YAP xəbərləri
01 May 18:24
Xəbər lenti
01 May 17:29
Sosial
01 May 16:54
Xəbər lenti
01 May 16:53
Xəbər lenti
01 May 16:37
Xəbər lenti
01 May 16:36
Xəbər lenti
01 May 16:19
Avropa
01 May 16:08
Xəbər lenti
01 May 15:44
Siyasət
01 May 15:22
Hadisə
01 May 15:12
Dünya
01 May 15:09
MEDİA
01 May 15:06
Xəbər lenti
01 May 15:03
Xəbər lenti
01 May 14:53
Xəbər lenti
01 May 14:51
Xəbər lenti
01 May 14:40
Xəbər lenti
01 May 14:35
Xəbər lenti
01 May 14:20
Xəbər lenti
01 May 14:08
Asiya
01 May 14:06
İqtisadiyyat
01 May 14:00
Xəbər lenti
01 May 13:41
Xəbər lenti
01 May 13:32
Xəbər lenti
01 May 13:04
Xəbər lenti
01 May 12:59
YAP xəbərləri
01 May 12:47
Xəbər lenti
01 May 12:45
Xəbər lenti
01 May 12:21
Siyasət
01 May 11:59
Xəbər lenti
01 May 11:57
Xəbər lenti
01 May 11:53
Xəbər lenti
01 May 11:49
Gündəm
01 May 11:45
Xəbər lenti
01 May 11:34
Xəbər lenti
01 May 11:33
Xəbər lenti
01 May 11:23
Xəbər lenti
01 May 11:21
Siyasət
01 May 11:19
Maraqlı
01 May 11:05
Gündəm
01 May 11:04
Sosial
01 May 11:01
Xəbər lenti
01 May 10:59
Xarici siyasət
01 May 10:54
Xəbər lenti
01 May 10:52
Xəbər lenti
01 May 10:51
Analitik
01 May 10:50
Ədəbiyyat
01 May 10:46
Siyasət
01 May 10:45
Siyasət
01 May 10:40
MEDİA
01 May 10:40
Siyasət
01 May 10:36
Xəbər lenti
01 May 10:36
Xəbər lenti
01 May 10:34
Xəbər lenti
01 May 10:33
İqtisadiyyat
01 May 10:30
Xəbər lenti
01 May 10:25
Siyasət
01 May 10:19
İqtisadiyyat
01 May 10:17
Siyasət
01 May 10:10
Gündəm
01 May 10:06
Gündəm
01 May 10:00
Gündəm
01 May 09:50
Xəbər lenti
01 May 09:28
Xəbər lenti
01 May 09:24
Xəbər lenti
01 May 00:38
Gündəm
30 Aprel 21:27
Xəbər lenti
30 Aprel 19:53