Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin növbəti plenar iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbəti plenar iclası keçirilib

Aprelin 27-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova son günlər səsləndirilən qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirib. Sədr diqqətə çatdırıb ki, 106 il bundan əvvəl ermənilərin guya soyqırıma məruz qaldığı barədə iddia Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik yaradıb.

Biz “erməni soyqırımı” uydurmasına siyasi və hüquqi don geyindirmək üçün erməni şovinistlərinin və onların havadarlarının tarixi yenidən yazmaq, faktları saxtalaşdırmaq, yalanı həqiqət kimi qələmə vermək cəhdlərinin dəfələrlə şahidi olmuşuq.

Ancaq tarixi faktlar və sənədlər sübut edir ki, Osmanlı dövləti ərazisində ermənilərin planlı şəkildə kütləvi məhv edilməsi iddiaları cəfəngiyyatdan başqa bir şey deyildir. Bir sıra tarixçilərin, o cümlədən Amerikalı alimlər Stenford C.Şounun, Castin A. Makkartinin, Bernard Levisin və digərlərinin araşdırmalarından da bu nəticə hasil olur.

Sədr qeyd edib ki, “erməni soyqırımı”nın baş verdiyi iddia olunan dövrdə, yəni XX əsrin əvvəllərində yüz minlərlə günahsız insan, o cümlədən türklər, azərbaycanlılar və digər xalqların nümayəndələri erməni şovinistləri tərəfindən kütləvi şəkildə qətlə yetiriliblər: “Həm də Anadolu və Cənubi Qafqaz ərazilərində soyqırımı cinayətləri mərhələ-mərhələ təşkil edilib. Azərbaycan xalqına qarşı soyqırımı aktları 1918-ci ildə daha mütəşəkkil şəkildə və daha böyük qəddarlıqla həyata keçirilib. Həmin ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirib, evlərini talan edib, daha on minlərcə adamı yurd-yuvasından didərgin salıblar. Əslində, soyqırımı baş verib, amma bu cinayətin müəllifləri erməni quldur dəstələri, qurbanları isə türklər, azərbaycanlılar və digər xalqların nümayəndələri olublar.

Lap yaxın keçmişdə isə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı törədiblər. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”.

Milli Məclisin sədri vurğulayıb ki, Xocalı faciəsi kimi real soyqırımı aktına göz yumanların erməni təbliğatının təsiri altına düşərək, yaxud müəyyən siyasi dividentlər əldə etmək niyyəti güdərək saxta “erməni soyqırımı” haqqında iddialar səsləndirməsi yalnız təəssüf hissi doğurur.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bu günlərdə uydurma “erməni soyqırımını” tanımaq planlarını şərh edərkən bildirib ki, “soyqırımı” faktını ancaq müvafiq məhkəmə instansiyası müəyyən etməlidir.

Bu, “soyqırımı” məsələsinə dair Birləşmiş Millətlər Təşkilatının mövqeyidir.

Məhkəmə məsələsinə gəlincə isə, Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü və 2015-ci illərdə “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə çıxardığı hökmlərlə təsdiq edib ki, “erməni soyqırımı” ifadəsi tarixi fakt deyil, sadəcə, bir fikirdir.

Milli Məclisin sədri onu da xatırladıb ki, Türkiyə dövlətinin qərarı ilə Osmanlı dövrünə aid arxivlər açılıb, arzu edən hər kəs, o cümlədən, erməni siyasətçiləri və alimləri bu sənədlərlə tanış olmağa dəvət ediliblər. Heç də təəccüblü deyil ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərib.

Sahibə Qafarova bildirib ki, Azərbaycan dövləti və cəmiyyəti hər bir məsələdə olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin yanındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla sonuncu telefon danışığında bunu bir daha ifadə etdi. Azərbaycan Prezidenti bir daha göstərdi ki, bütün məsələlərdə olduğu kimi, uydurma “erməni soyqırımı” üzərindən Türkiyəyə yönələn kampaniya qarşısında da qardaş ölkənin yanındadır.

Azərbaycan Xarici İşlər Nazirliyi də bu məsələyə dair qəti mövqeyini ifadə edib. Ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiyanın da birgə bəyanatı yayılıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, aprelin 24-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə telefon danışığında Azərbaycan Respublikasının Milli Məclisi adından sözügedən məsələdə qardaş Türkiyə ilə həmrəyliyini bildirib. Qeyd edib ki, son dövrdə bölgədə sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlər yaranıb, lakin belə bəyanatlar bu ümidlərin üstündən xətt çəkmək potensialı daşıyır.

Milli Məclisin sədri çıxışında bu günlərdə Ermənistanda olan Fransa Senatının sədri Jerar Larşenin verdiyi birtərəfli və qərəzli açıqlamalara da toxunub. Bildirib ki, bu açıqlamalarda Larşe Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Spiker qeyd edib ki, əgər Fransa Senatının sədri obyektiv və ədalətli mövqe tutsa idi, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin, dini və mədəni abidələrinin Ermənistan tərəfindən yerlə yeksan edilməsinə, müqəddəs məkanlarımızın təhqir edilməsinə göz yummazdı. Milli Məclisin sədri Fransa Senatı sədrinin belə bir mövqe tutmaq yerinə, qızışdırıcı bəyanatlar səsləndirməyə üstünlük verməsinə təəssüfünü ifadə edib.

Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb. Parlamentin komitə sədri Zahid Oruc, deputatlardan Azər Badamov, Soltan Məmmədov, Sahib Alıyev, Vahid Əhmədov, Cavid Osmanov, Fazil Mustafa, Əli Məsimli, Elşad Mirbəşiroğlu, Qüdrət Həsənquliyev çıxış edərək ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanata öz münasibətlərini bildiriblər. Deputatlar bu bəyanatı kəskin qınayaraq onu tarixi yalan adlandırıblar və həmçinin Fransa Senatının sədri Jerar Larşenin Ermənistana səfəri zamanı qərəzli və obyektivlikdən uzaq açıqlamalarını regionda sabitliyə təhdid kimi dəyərləndiriblər. Çıxışlarda Azərbaycanın hər zaman Türkiyənin yanında olduğu qeyd edilib.

Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Parlamentin sədri Sahibə Qafarova bildirib ki, bu gün 8 məsələ müzakirə ediləcək və ilk iki məsələ Milli Məclisin qərar layihələridir.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin birinci məsələsi - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə məlumat verib. Bildirilib ki, Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyət müddəti başa çatıb və Milli Məclis Komissiyanın yeni tərkibini formalaşdırmalıdır. Seçki Məcəlləsinin 24.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 6 nəfərin namizədlikləri Milli Məclisdə çoxluq təşkil edən siyasi partiya tərəfindən, 6 nəfərin namizədlikləri heç bir siyasi partiyaya mənsub olmayan deputatlar tərəfindən, 6 nəfərin isə namizədlikləri Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən təqdim edilməlidir. Bununla birlikdə, Seçki Məcəlləsinin 19.7-ci maddəsinə görə Mərkəzi Seçki Komissiyasının 3 nəfər əvəzedici üzvünün namizədlikləri də eyni qaydada Milli Məclisə təqdim edilməlidir.

Spiker diqqətə çatdırıb ki, artıq bütün lazımi prosedurlar icra olunub və namizədlər müəyyən edilib. Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, heç bir siyasi partiyaya mənsub olmayan deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, habelə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Ana Vətən Partiyasının və Demokratik İslahatlar Partiyasının rəhbər orqanlarının qərarları ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün namizədlikləri Milli Məclisə təqdim edilib.

Sahibə Qafarova onu da qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılıb.

Müzakirələr zamanı parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlardan Hikmət Məmmədov, Sabir Rüstəmxanlı məsələyə münasibət bildirdikdən sonra qərar layihəsi qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının üzvü Məzahir Pənahov çıxış edərək namizədlikləri irəli sürən tərəflərə və Milli Məclisin üzvlərinə minnətdarlığını ifadə edib. Qeyd edib ki, Azərbaycanda müxtəlif sahələrdə olduğu kimi, seçkilərlə də bağlı son illər böyük nailiyyətlər əldə edilib. Bu nailiyyətlər, hər şeydən əvvəl, Azərbaycanda əldə edilmiş dayanıqlı ictimai-siyasi stabilliklə bağlıdır. İkinci, seçkilərin demokratik, şəffaf keçirilməsi üçün müasir tələblərə cavab verən hüquqi bazanın yaradılması ilə bağlıdır. Üçüncü, Mərkəzi Seçki Komissiyası da daxil olmaqla, otuz mindən artıq Seçki Komissiyası üzvlərinin öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməsi üçün yaradılmış nümunəvi şəraitlə bağlıdır. Bütün bu amillər ölkə başçısının təşəbbüsü və birbaşa rəhbərliyi ilə icra strukturları tərəfindən həyata keçirilir və daim diqqətdə saxlanılır. MSK üzvü əminliklə bildirib ki, Mərkəzi Seçki Komissiyası bundan sonra da öz fəaliyyətini qanunvericiliyin tələbləri əsasında, Azərbaycan dövlətçiliyinin və xalqının maraqlarına uyğun şəkildə həyata keçirəcək.

Sonra iclasda növbəti məsələ - İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib.

Diqqətə çatdırılıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb, hökumətlərarası təşkilatdır. Yarandığı vaxtdan Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyır. 1992-ci ildə daha 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan bu təşkilata qoşulublar. Təşkilatın fəaliyyətini tənzimləyən əsas sənəd – İzmir Müqaviləsidir. Əsas məqsədləri – iqtisadi əməkdaşlıq, İƏT regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meyilləri nəzərə alaraq, regiondaxili və regionlararası ticarəti genişləndirməkdir.

Qeyd edilib ki, Azərbaycan 2006 və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantılarına ev sahibliyi edib.

Bildirilib ki, cari ilin martın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının 14-cü zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu tədbirdə çıxış edərək ölkəmizin təşkilata üzv dövlətlərlə münasibətinə böyük əhəmiyyət verdiyini qeyd edib.

Qeyd olunub ki, regionda yaranmış yeni reallıq fonunda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Nizamnaməsinin təsdiqlənməsi və bu qurumun yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı komitə sədri Musa Quliyev, deputatlardan Vahid Əhmədov, Fəzail Ağamalı, İlham Məmmədov, Aydın Mirzəzadə İƏTPA-nın Nizamnaməsi barədə öz fikirlərini açıqlayıblar. Sevinc Fətəliyeva səsləndirilən fikirlərə münasibət bildirib.

Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Deputat layihənin ikinci oxunuşu zamanı yaranmış suallara aydınlıq gətirib.

Komitə sədri Siyavuş Novruzov qanuna edilən dəyişikliklər barədə fikirlərini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Daha sonra Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi ilə bağlı üçüncü oxunuşda məlumat verib. Layihədə prokurorluqda stajorluq və sınaq keçmə ilə bağlı yeni müddəaların əlavə edilməsi, habelə prokurorluq işçisinə vaxtından əvvəl rütbə verilməsi və prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə tam cavab verir.

Qanun layihəsi dini etiqad azadlığı sahəsində mövcud olan və yeni yaranan münasibətləri ölkənin qanunvericilik sisteminə uyğun şəkildə tənzimləmək, dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaq, qanunun tələblərinə riayət olunmasına nəzarəti və maarifləndirmə işini səmərəli təşkil etmək məqsədi daşıyır. Dəyişikliklər müxtəlif dini etiqadlar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edəcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, bu sənəd “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsinin icrası ilə əlaqədar hazırlanıb və burada təklif edilən dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra spiker Sahibə Qafarova bildirib ki, gündəliyin son iki məsələsi mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

Qeyd olunan qanun layihələri "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Sənədlər ətrafında müzakirələr zamanı deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Hikmət Məmmədov fikirlərini söyləyib, koronavirus pandemiyası, ona qarşı peyvəndin istehsalı və ölkəmizdə tətbiqi ilə bağlı suallarını səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov sualları ətraflı cavablandırıb.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin iclası başa çatıb.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  27-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
06 May 18:27
Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
06 May 18:14
Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir
06 May 18:02
Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir
06 May 17:59
Baş Prokurorluq: Azərbaycandan Rusiyaya bir nəfər ekstradisiya edilib
06 May 17:58
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
06 May 17:52
UNEC-də Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar mövzusunda konfrans təşkil edilib
06 May 17:48
Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
06 May 16:49
Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb
06 May 16:45
Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var
06 May 16:44
Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb
06 May 16:23
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 16:17
Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşüb
06 May 16:14
Deputat: Dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır
06 May 16:12
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib
06 May 16:09
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
06 May 15:40
Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir
06 May 15:34
ANAMA-ya daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb
06 May 15:13
İyirmi üç yaşayış məntəqəsində subartezian quyuları qazılacaq – SƏRƏNCAM
06 May 15:12
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
06 May 15:09
Pirallahı rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş konfrans keçirilib
06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA