Ana səhifə »  Xəbər lenti »  XİN Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının Azərbaycan Prezidentinə ünvanlandığı məktubu şərh edib
A+   Yenilə  A-
XİN Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının Azərbaycan Prezidentinə ünvanlandığı məktubu şərh edib

Avropa Şurasının İnsan Hüquqları üzə Komissarının son aylarda Ermənistanla Azərbaycan arasındakı münaqişə ətrafında baş verən insan haqları ilə əlaqədar son inkişafları izləməyə göstərdiyi marağı nəzərə alaraq vurğulamaq istərdik ki, münaqişə 30 ilə yaxın davam edib, nəhəng humanitar əziyyətlərə gətirib çıxarıb və yüz minlərlə azərbaycanlının insan haqlarının kütləvi pozuntuları ilə müşayiət olunub. Lakin bütün bu iztirablar və hüquq pozuntuları “Komissarın mandatına aid olmaması” bəhanəsi ilə həm hazırkı Komissarın, həm də onun sələflərinin nəzərindən kənarda qalıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa Şurasının İnsan Hüquqları üzə Komissarı Dunya Miyatoviçin Azərbaycan Prezidentinə ünvanlanan məktubuna dair şərhində yer alıb.

Bildirilib ki, Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində Ermənistanın qanunsuz işğal illərində bu ərazilərdə törətdiyi böyük miqyaslı dağıntılar üzə çıxmışdır. Düşünülmüş siyasətin bir hissəsi olaraq yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri dağıdılmış, talan edilmiş və vandalizmə məruz qalmışdır. İşğal altındakı ərazilərdəki qədim məscidlərin təhqir olunaraq donuz tövləsinə çevrildiyi, müqəddəs məkanlara münasibətdə rüsvayçı davranışı əks etdirən görüntülər və videolar təəssüf ki, çoxdur.

Bundan əlavə, 44 günlük müharibə müddətində Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqla bir sıra dəhşətli müharibə cinayətləri törədib. Cəbhə bölgəsindən uzaqda yerləşən, əhalinin sıx məskunlaşdığı Gəncə və Bərdə şəhərlərində yaşayış məntəqələrinin, eləcə də Azərbaycanın digər şəhərlərinin ballistik raketlərlə atəşə tutulması yüzdən çox günahsız mülki şəxsin ölümü ilə nəticələndi.

Bütün bu dəhşətli faktlara Avropa Şurasının insan hüquqları komissarı tərəfindən təəssüf ki, yenə də məhəl qoyulmadı. Heç kim mülki əhalinin həyatına və hüquqlarına birbaşa təsir edən bu kimi məsələlərin komissarın mandatına aid olmadığını iddia edə bilməz.

Qeyd olunanların fonunda komissar görünür ki, sözügedən “mandat” tərəfindən qoyulan məhdudiyyətləri unudaraq, siyasi motivli məsələlərə maraq göstərməyə başlamışdır. Əslində, bu, Avropa Şurasının müxtəlif qurumları tərəfindən Azərbaycanın tez-tez məruz qaldığı ikili standart və selektiv yanaşmanın başqa bir təzahürüdür.

Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı “millətlərarası düşmənçilik” və ya “Dağlıq Qarabağda və ətrafında yaşayan etnik icmalar arasındakı şiddətli münasibətlər” kimi təsvir etmək cəhdi çox böyük yanlışlıqdır. Qeyd etmək istərdik ki, münaqişə Azərbaycana qarşı əsassız ərazi iddiaları əsasında, soyqırımı, etnik təmizləmə, insanlığa qarşı digər cinayətlər və ən ağır müharibə cinayətləri də daxil olmaqla, dəhşətli cinayətlərlə müşayiət olunub. Bundan əlavə, komissara xatırlatmaq istərdik ki, məktubunda bəhs etdiyi “Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan etnik icmalar” anlayışı mövcud deyil, çünki Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdə ermənilərdən başqa heç bir “etnik icma” mövcud olmayıb. Avropa Şurası Parlament Assambleyası (AŞPA) hələ 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsində “əhalinin kütləvi şəkildə qovulması və dəhşətli etnik təmizləmə konsepsiyasına bənzər monoetnik ərazilərin yaradılması” ilə bağlı narahatlığını dilə gətirmişdi.

Bakıdakı Hərbi Qənimətlər Parkının açılışına görə komissarın “təəssüf bildirməsi” də eynilə əsassızdır. Qənimətlər Parkı on illərdir davam edən təcavüz və etnik təmizləmə siyasəti üzərində beynəlxalq hüququn və ədalətin təntənəsinin rəmzidir. Azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda müharibədəki Qələbəni ölümsüzləşdirmək, Avropa Şurası bölgəsi də daxil olmaqla, bir çox xalqlar tərəfindən geniş tətbiq olunan bir təcrübədir. Park dünyanın digər guşələrindəki bənzətmələr kimi, irqçiliyin, ayrı-seçkiliyin və dözümsüzlüyün uğur qazanma şansının olmadığını açıq şəkildə xatırladır. Bura indiki və gələcək nəsillər üçün təcavüz və dözümsüzlük siyasətinin təhlükələri haqqında bir təhsil yeridir və həqiqəti axtarmaq üçün müvafiq məkandır.

Millətlərin müstəmləkə keçmişini təriflədikləri və müstəmləkə edilmiş xalqlara qarşı dəhşətli cinayətlərə dair dəlillərin nümayiş etdirildiyi “humanizmdən uzaq səhnələr” və ya “narahatedici və alçaldıcı görüntülər” Avropa Şurasının digər yerlərində axtarılmalıdır.

Müharibə bitdikdən beş ay sonra, hələ də Ermənistan cəmiyyətində nifrət və Azərbaycanofobiya təzahürü müşahidə olunur. Azərbaycanla barışıqdan və dinc yanaşı yaşamaqdan danışmağa cəsarət edən hər kəsin “xain” kimi qəbul edildiyini və təhqiramiz şəkildə “azərbaycanlı” və “türk” adlandırıldığını görmək narahatlıq doğurur. Üstəlik, məsuliyyətsiz və təhlükəli revanşizm və dözümsüzlük fikirləri dövlət səviyyəsində təbliğ olunur və təəssüf ki, Ermənistandakı bütün siyasi spektrdə paylaşılır.

Bütün bu qınanmalı gedişat, o cümlədən Ermənistan hakimiyyət orqanlarının Azərbaycana və azərbaycanlılara münasibətdə irqçi yanaşmasına görə hər hansı bir erməni məmuruna qarşı cəza tədbirinin görülməməsi bu günədək komissarın diqqətindən kənarda qalmışdır. Azərbaycan ictimaiyyəti komissarın Ermənistan rəsmiləri tərəfindən bu cür açıq dözümsüzlük, irqçilik və ayrı-seçkilik təzahürləri ilə bağlı atdığı addımlardan xəbərsizdir.

Beləliklə də, 2021-ci il 20 aprel tarixli məktubunun komissarın işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına aldığı, bunun komissarın ofisi ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi vurğulanmalıdır. Üstəlik, məktubun qərəzsiz bir müraciətdən çox uzaq olması onun “barışıq və barışığın təşviq edilməsi” kimi nəcib hədəfə zidd olduğunu açıq şəkildə nümayiş etdirir. Əksinə, bu, bölgədə mehriban qonşuluq münasibətləri qurmaq prosesini riskə atan revanşist dairələri cəsarətləndirir.

Azərbaycan komissarı mandatının tələb etdiyi kimi, qərəzsiz olmağa, Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  27-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 20:43
Şahin Həsənli: İnsanlar kütləvi iftarlara xərclənən vəsaitlərlə ehtiyacı olan ailələrə ərzaq yardımı göstərə bilərlər
07 May 20:42
Batumidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar güləkmə aksiya keçirilib
07 May 20:25
Milli Məclisdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş tədbir keçirilib
07 May 18:52
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
07 May 18:44
YAP Tovuz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib
07 May 18:42
ATƏT PA-nın iclasında erməni deputata tutarlı cavab verilib
07 May 18:28
YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib
07 May 18:20
Türkiyə Prezidentinin ötənilki fəaliyyətinə həsr olunan kitabda Azərbaycanla münasibətlərə geniş yer verilib
07 May 18:16
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
07 May 17:55
Səməd Seyidov: “Azərbaycan Prezidentinin BBC-yə müsahibəsi bütün dünyada böyük maraq doğurub”
07 May 17:54
Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək
07 May 17:53
Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub
07 May 17:51
Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO
07 May 17:47
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb
07 May 17:45
Hər gün DOST mərkəzinin “Cağrı mərkəzi” 4 minədək telefon zənginə cavab verir
07 May 17:44
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
07 May 17:35
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı
07 May 17:31
Bədən Tərbiyəsi və İdman Akademiyası tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir
07 May 17:29
Peyvənd olunanlar da tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər
07 May 17:28
Vergi orqanlarına işə qəbul başa çatıb
07 May 17:27
DİN: Bakıda qanunsuz aksiya keçirilməsi cəhdinin qarşısı alınıb
07 May 17:21
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib
07 May 17:18
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir
07 May 17:16
Rəcəb Tayyib Ərdoğan: Türkiyə istehsallı vaksinləri bütün ölkələrlə paylaşmağa hazır olduğumuzu bildirmişik
07 May 17:14
Azərbaycanda koronavirusa 722 yeni yoluxma faktı qeydə alınıb
07 May 17:09
“Ən yaxşı təqdimat” müsabiqəsi yekunlaşıb
07 May 17:05
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
07 May 17:04
YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib
07 May 16:26
YAP Qaradağ rayon təşkilatında “Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfrans keçirilib
07 May 15:34
Ulu Öndərin azərbaycançılıq ideologiyası daha da güclənəcək və möhkəmlənəcək
07 May 15:23
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
07 May 15:18
Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA