Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Kərimli yenidən köhnə “nağıl”larını danışmağa başlayıb...

Əli Kərimli yenidən köhnə “nağıl”larını danışmağa başlayıb...

27.04.2021 [08:28]

Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsasında düzgün qurulmuş və milli maraqlara xidmət edən dövlət siyasətinin dayandığı heç kimə sirr deyil. Ən əsası isə şaxələndirilmiş iqtisadi siyasət, vətəndaşların sosial rifahının yüksəldilməsi və sabitlik amili müstəqil Azərbaycanın regionun aparıcı iqtisadi-siyasi aktoruna çevrilməsində, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə mühüm rol oynayıb. Bu gün ölkəmiz qlobal miqyaslı layihələrin təşkilatçısı və iştirakçısı qismində çıxış etməklə dünya ölkələri və beynəlxalq birlik tərəfindən yaxın tərəfdaş qismində tanınır, qəbul edilir.
İllərdir ki, öz ənənəvi çərçivəsindən çıxa bilməyən radikal müxalifət düşərgəsi isə hər bir uğursuzluğunun, xəyanətinin ardından absurd “manevrlər”lə diqqət mərkəzinə düşməyə, öz cılızlıqlarını ört-basdır etməyə çalışır.
Belə ki, 44 günlük Vətən müharibəsinin bitməsi ilə sosial şəbəkələrdə qələbəmizə qarşı çirkin kampaniyalar aparmağa çalışan radikal müxalifət düşərgəsi qazanılmış böyük zəfərə kölgə salmağa, ona qara yaxmağa niyyətlənsə də, əli boşda qaldı. Bunun faydasız olduğunu, xalqın bu yalanlara aldanmayacağını dərk edən radikal müxalifət “val”ı dəyişib, yeni, daha doğrusu, köhnə ənənəvi “yoluna” qayıdıb. Məsələn, AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə son paylaşımları onun nə qədər qeyri-ciddi birisi və siyasət anlayışının nə qədər bəsit olduğunu bir daha üzə çıxarır. Belə ki, Ə.Kərimli Azərbaycan iqtidarının dövlətin və xalqın rifahı, milli maraqları üçün atdığı addımları utanmadan öz adına və təmsil etdiyi radikal düşərgənin adına çıxmağa çalışır, bunu “öz əməklərinin nəticəsi” kimi qələmə verməyə cəhd göstərir.
Ümumiyyətlə, antimilli ünsürlər Azərbaycanda gedən davamlı inkişaf proseslərindən çox narahatdırlar. Görünən budur ki, Vətən müharibəsinin qəti qələbəmizlə nəticələnməsi, torpaqlarımızın işğaldan azad olunması, regionda Azərbaycanın patronajlığı ilə yeni iqtisadi-siyasi reallıqların yaranması, o cümlədən ölkəmizdə gündən-günə daha da möhkəmlənən vətəndaş birliyi, iqtisadi inkişaf, sabitliyin qorunması, vətəndaşların problemlərinin həlli ilə bağlı atılan addımlar və milli maraqlara xidmət göstərən dövlət siyasətinin yürüdülməsi Əli Kərimlini stress vəziyyətinə salır, onun isterik açıqlamalarına səbəb olur. Çünki bütün bunlar onun illərdir danışdığı yalanları ifşa edir, bir “siyasətçi” kimi mövcudluğunu sual altına qoyur. Ə.Kərimli dərk edir ki, Azərbaycan xalqı onun kimilərinin təmsil olunduğu hakimiyyətin dövründə hökm sürən dərəbəyliyi unutmayıb.
Nəticə etibarilə, adını müxalifət qoymuş, əslində isə faktiki olaraq “beşinci kolon” missiyasını həyata keçirən, heç bir sosial gücü və dayağı olmayan Ə.Kərimli və onun kimiləri ölkəmizdə aparılan düşünülmüş, prinsipial milli siyasətin, qüdrətli Azərbaycan naminə açılan yeni üfüqlərin, vətəndaş birliyinin möhkəmləndirilməsinin, təşəbbüskarlığa yaradılan imkanların qarşısında aciz vəziyyətdə qalmağa məhkumdurlar. Çünki ölkəmizdə formalaşan xalq-hakimiyyət birliyi Azərbaycanın sabitliyinin, inkişafının əsas qarantı kimi çıxış edir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30