Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / UNEC Pakistanın aparıcı təhsil qurumları ilə əməkdaşlıq edəcək

UNEC Pakistanın aparıcı təhsil qurumları ilə əməkdaşlıq edəcək

26.04.2021 [16:57]

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə Pakistanın aparıcı təhsil qurumlarının professorları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilmısi məqsədilə onlayn görüş keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüş Pakistanın ölkəmizdəki səfiri Bilal Hayenin təşəbbüsü ilə reallaşıb.

Səfirin rektor Ədalət Muradovla görüşü zamanı hər iki dövlət arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə qardaş Pakistanın tanınmış professorları ilə UNEC alimlərinin bir araya gəlməsi və ortaq elmi fəaliyyətlərin həyata keçirilməsi barəsində razılıq əldə olunub.

Görüşdə UNEC-in aidiyyəti struktur rəhbərləri öz sahələri üzrə pakistanlı alimlərlə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Birgə konfranslar, elmi məqalələrin çap edilməsi, qrant proqramlarında iştirak, müəllimlərin tədrisə cəlb olunması, ortaq tədqiqatların aparılması və s. kimi məsələlər görüşün əsas müzakirə istiqamətləri olub.

Paylaş:
Baxılıb: 220 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30