Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Çernobıl əlillərinə 30 mənzil təqdim olunub

Çernobıl əlillərinə 30 mənzil təqdim olunub

26.04.2021 [15:42]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana yaşayış kompleksində 30 mənzil Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov iştirak ediblər.

H.Abdullayev bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 35 il keçsə də, bu qəza bəşər tarixinin dəhşətli hadisələrindən biri kimi daim xatırlanır. Həmin qəzanın nəticələrinin aradan qaldırılması işlərində minlərlə Azərbaycan vətəndaşı da iştirak edib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, onların sosial müdafiəsi işlərinin əsasları formalaşıb.

Nazir müavini Prezident İlham Əliyev tərəfindən Çernobıl əlillərinə xüsusi qayğı göstərildiyini qeyd edərək bildirib ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdü də verilir. Onların müalicəsi məqsədilə hər il birdəfəlik müavinət də ödənilir.

H.Abdullayev, həmçinin nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatının həyata keçirildiyini deyib. Hazırda həmin tədbirlərin davam etdirildiyini diqqətə çatdıraraq deyib ki, Prezidentin Sərəncamı ilə bu il 3 min, ümumən 2021-2025-ci illərdə 11 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə veriləcək. Keçmiş məcburi köçkünlər üçün tikilən yaşayış komplekslərindən mənzillər müharibə əlilləri və şəhid ailələrinə verilir, o cümlədən bu mənzillərdən 30 mənzil bu gün Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə də təqdim olunur.

Beləliklə, bu ilin planı üzrə artıq 330 mənzil, indiyədək isə 9530 mənzil və fərdi ev şəhid ailələrinə, müharibə əlillərinə, onlara bərabər tutulan vətəndaşlara (onların sırasında Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər də var) təqdim edilib.

M.Həsənov Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinin ümumən bəşəriyyətin xilasına xidmət etdiyini diqqətə çatdırıb, görülən işlərdə həmvətənlərimizin iştirakından və ölkəmizdə Çernobıl əlillərinə göstərilən dövlət qayğısından bəhs edib.

Yeni mənzillə təmin olunan Çernobıl əlilləri onlara göstərilən yüksək qayğıya və bu gün mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30