Ana səhifə »  Xəbər lenti »  ABŞ Prezidentinin tarixi səhvi, yaxud əsl soyqırımını məhz ermənilər törədiblər
A+   Yenilə  A-
ABŞ Prezidentinin tarixi səhvi, yaxud əsl soyqırımını məhz ermənilər törədiblər

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi bəyanatda tarixi həqiqətlər tamamilə təhrif olunub. O, “soyqırımı” ifadəsindən istifadə etməklə ciddi tarixi səhvə yol verib. Şübhəsiz ki, C.Baydenin “soyqırımı” ifadəsini işlətməsi tarixin kobud surətdə təhrif olunması ilə yanaşı, ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına da tamamilə zidd addımdır.

Ermənilərin “soyqırımı” yalanı siyasi təzyiq vasitəsi kimi...

Ümumiyyətlə, sirr deyil ki, hər il aprelin 24-ü ərəfəsində bütün dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara istinad olunur. Ermənipərəst mövqedən çıxış edən, yaxud qondarma “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan müxtəlif ölkələrdəki bəzi siyasi dairələr də bu uydurma iddiaları dəstəkləyirlər. Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan mərkəzlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ümumiyyətlə, məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır. Bundan başqa, tarixin müxtəlif dövrlərində baş verən hadisələrə diqqət yetirdikdə zaman-zaman əsl soyqırımının məhz ermənilər tərəfindən Azərbaycan xalqına və türklərə qarşı törədildiyi tam aşkar olur. Bu kontekstdə mənfur qonşularımız tərəfindən xalqımıza qarşı törədilmiş qanlı cinayət hadisələrinə və soyqırımı aktlarına dair bir sıra faktlara nəzər salmaq məqsədəmüvafiqdir.

Timsahın göz yaşları, yaxud ermənilər xalqımıza qarşı çoxsaylı terror və soyqırımı aktları həyata keçiriblər

Bəlli olduğu kimi, ermənilər azərbaycanlılara qarşı 1905-1907-ci illərin kütləvi qətliamlarından sonra 1918-ci ildə böyük miqyasda qırğınlar törədiblər. Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən məlum olduğu kimi, 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açıb. 31 mart tarixində bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Erməni vandalları bu hücum nəticəsində dəhşətli qətllər törədiblər. Bununla yanaşı, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqlarının hamısı yandırılıb. Həmçinin Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda, “Təzə pir” məscidinin minarələri dağıdılıb. Məlumat üçün qeyd edək ki, 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib. Digər tərəfdən, 31 mart soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Belə ki, ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktını davam etdiriblər və minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb və bu prosesdə ermənilər xüsusi fəallıq göstəriblər. Xalqımıza qarşı soyqırımları törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu Öndər Heydər Əliyev buna imkan verməyib. 1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib və bu gün həmin təcavüzün nəticələri davam etməkdədir. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri viran edib, azərbaycanlılara qarşı soyqırımı törədib, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb.

Göründüyü kimi, qondarma “erməni soyqırımı” iddialarının tarixi, hüquqi əsasları yoxdur. Əsl soyqırımını isə, qeyd etdiyimiz kimi, məhz ermənilər törədiblər.

ABŞ Prezidenti Co Baydenin bəhs olunan bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməsi isə tarixin saxtalaşdırılması, ondan siyasi məqsədlər üçün istifadə etmək cəhdi kimi qəbuledilməzdir. Ona görə də bu cür addımlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və şiddətlə qınanılmalıdır!

Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  3810  |  
  • Tarix:  25-04-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 22:26
Manlio Di Stefano: Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik
18 May 22:19
Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədədir
18 May 21:07
AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti ilə görüşüb
18 May 21:06
Təhsil nazirinin müavini UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında çıxış edib
18 May 21:05
Şərqşünaslıq İnstitutunda Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
18 May 21:03
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib
18 May 20:59
Azərbaycanın xarici işlər nazirinin Türk Şurasının Baş katibi ilə telefon danışığı olub
18 May 20:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
18 May 20:48
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
18 May 20:44
AŞPA-nın komitə iclasında Azərbaycanın multikultural ənənələrindən danışılıb
18 May 20:17
İqtisadiyyat Nazirliyi “Carlsberg Azerbaijan” ilə anlaşma memorandumu imzalayıb
18 May 20:14
Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
18 May 20:02
Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
18 May 17:42
Litvanın ölkəmizdəki səfiri Milli Məclisdə olub
18 May 17:33
ICESCO Beynəlxalq Muzeylər Günü münasibətilə mətbuat üçün açıqlama yayıb
18 May 17:13
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
18 May 17:09
Mayın 18-də Azərbaycanda koronavirusa qarşı 36 minə yaxın vaksin vurulub
18 May 16:58
Rotterdam-Avroviziya-2021: Azərbaycan təmsilçisi müsabiqədə qadın gücünü tərənnüm edəcək
18 May 16:44
Azərbaycanda koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb
18 May 16:38
Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur
18 May 16:35
Sahib Alıyev: Sərhəd məsələsində təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır
18 May 16:33
Nurlan Qələndərli: Ermənistan vəziyyəti gərginləşdirməyə və reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir
18 May 16:26
İordaniya agentliyi Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına dair şərhini yayıb
18 May 16:23
QMİ sədri Türkiyənin yeni səfirini qəbul edib
18 May 16:09
YAP Gənclər Birliyi birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə başlayıb
18 May 15:43
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib
18 May 15:29
Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub
18 May 15:27
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
18 May 15:13
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
18 May 14:54
Deputat: Əsrarəngiz təbiətə malik Laçın yenə öz sakinlərinə qucaq açacaq və orada həyat yenidən qaynayacaq
18 May 14:36
Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiya keçirib
18 May 14:33
Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib
18 May 14:30
Bu gündən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq olunub
18 May 14:28
TAP kəməri ilə Avropaya 2 milyard kubmetrdən çox Azərbayan təbii qazı göndərilib
18 May 14:23
Yaponiyada yaşayan azərbaycanlılar soydaşlarımızı “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıblar
18 May 13:57
Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək
18 May 13:54
Mayın 19-da bəzi bölgələrdə 35° isti olacaq
18 May 13:51
Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox elektron müraciət daxil olub
18 May 13:48
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib
18 May 13:46
“Arabnews” qəzetində ulu öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub
18 May 13:08
Sabah təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna başlanılır
18 May 12:54
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə münasibətdə dağıdıcı rəftar beynəlxalq hüququn hiddətləndirici pozuntusudur
18 May 12:45
Horadiz-Ağbənd dəmir yolu istiqamətində infrastruktur işlərinə başlanılıb
18 May 12:37
Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib
18 May 12:14
Təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 May 12:10
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
18 May 12:06
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası həyata keçiriləcək
18 May 11:59
“Həyat dolu küçələr” kampaniyasına başlanılıb
18 May 11:46
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
18 May 11:38
Ombudsman “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət yayıb
18 May 11:36
İşğaldan azad edilən ərazilərin turizm marşrutları hazırlanır
18 May 11:25
Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib
18 May 11:20
Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir
18 May 11:07
Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir
18 May 10:50
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinə başlanılıb
18 May 10:48
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
18 May 10:21
PUA heyətləri təlim tapşırıqlarını icra edir
18 May 10:09
Prezidentin Mətbuat Xidmətinin məlumatı
18 May 10:00
18 may - Beynəlxalq Muzeylər Günüdür
18 May 09:55
“Avroviziya-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb
18 May 09:50
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb
18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA