Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib
A+   Yenilə  A-
Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

Aprelin 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Fazil Mustafa, Nurlan Həsənov, Hikmət Məmmədov, Cavid Osmanov, Əli Məsimli, Bəhruz Məhərrəmov, Jalə Əliyeva və Elman Nəsirov seçiciləri narahat edən məsələlərlə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün iclasda 18 məsələ müzakirə olunacaq. Gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatıdır. Məlumat deputatlara paylanılıb. Məsələ Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilib.

Sonra daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib. Nazir müavini insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat verib, insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb.

İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işlərindən danışan Seyfulla Əzimov diqqətə çatdırıb ki, pandemiya ilə əlaqədar ölkəmizdə sosial izolyasiya tədbirlərinin tətbiqinə başlanıldığı 2020-ci il 14 mart tarixinədək olan müddətdə daxili işlər orqanları tərəfindən insan alveri ilə bağlı orta-ixtisas və ali təhsil müəssisələrində 350-dən çox görüş, yığıncaq və konfrans keçirilib. Pandemiya dövründə isə maarifləndirmə işi onlayn formatda həyata keçirilib. Bütün bunlar ölkəmizdə insan alverinə qarşı mübarizədə sistemli iş aparıldığının göstəricisidir.

Qeyd olunub ki, 2020-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, 2 cinayət işi üzrə 5 məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktları müəyyən edilib. Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 faiz təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 20 şəxs məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası isə uşağı 14 yaşına çatanadək təxirə salınıb.

Ümumilikdə 2020-ci ildə müəyyən olunmuş 94 insan alveri qurbanından 93-ü Azərbaycan vətəndaşı, 1-i isə əcnəbi olub. Zərərçəkənlərə müvafiq kömək göstərilib, hər birinə 700 manat birdəfəlik vəsait ödənilib. Qurbanların uşaqları da diqqət mərkəzində saxlanılıb, onların cəmiyyətə inteqrasiyası təmin olunub.

Nazir müavini qeyd edib ki, BMT-nin sonuncu hesabatına görə, dünya üzrə əhalinin hər 100 min nəfərinə 13 qurban düşdüyü halda, respublikamızda bu göstərici 1 nəfər təşkil edir. Təbii ki, bu və digər uğurlar dövlətimizin əhalinin sosial rifah halının davamlı olaraq yüksəlməsi üçün həyata keçirdiyi uğurlu tədbirlərin nəticəsidir.

Seyfulla Əzimov çıxışının sonunda qanunvericilik sahəsində səmərəli əməkdaşlığa görə Milli Məclisin üzvlərinə təşəkkürünü bildirib.

Sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatına münasibət bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda insan alverinə qarşı mübarizə 2003-cü ildə ölkəmizin BMT-nin müvafiq “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası”nı və onu tamamlayan aktları ratifikasiyasından sonra daha sistemli xarakter alıb. Bundan sonra Azərbaycanda insan alverinə qarşı mübarizə üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb, Daxili İşlər Nazirliyində Baş İdarə yaradılıb, daxili işlər nazirinin birinci müavini səviyyəsində Milli Koordinator müəyyənləşdirilib, Milli Fəaliyyət planları həyata keçirilib və bu gün də bu iş davam etdirilir.

Komitə sədri builki məlumatda tətbiq edilmiş yenilikləri diqqətə çatdırıb, bu sahədə dünya təcrübəsi barədə fikirlərini bölüşüb.

Müzakirələr zamanı Milli Məclisin komitə sədrləri Musa Quliyev, Hicran Hüseynova, Siyavuş Novruzov, Tahir Rzayev, deputatlardan Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Elman Nəsirov, Etibar Əliyev, Azər Badamov, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Sabir Rüstəmxanlı, Arzu Nağıyev və Nizami Səfərov ölkəmizdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatına münasibət bildiriblər, qeyd və təkliflərini veriblər.

Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov iclasda səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı səsə qoyularaq nəzərə alınıb.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatı dinlənilib və gündəliyin ikinci məsələsi - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq olunub. Layihədə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə nəzərdə tutulur.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ – “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri parlamentə bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Həmin qanun layihələrini Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı təqdim edib. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri Milli Məclisə eyni zərfdə daxil olub və mahiyyətcə bir-birinə yaxın layihələrdir.

Bu layihələr barədə də parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı məlumat verib. Bildirilib ki, hər iki qanun layihəsinə təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsində nəzərdə tutulan dəyişikliklər dəqiqləşdirmə xarakteri daşıyır və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq bir oxunuşda qəbul ediləcək.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib və layihə səsə qoyularaq qəbul olunub.

“Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. Bildirib ki, dəyişiklik elm və innovasiyaların inkişafına xidmət edir.

Deputatlardan Qüdrət Həsənquliyevin, Razi Nurullayevin və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 6 məsələsi mahiyyətcə bir-birinə yaxındır və ölkədə tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq 50 qanun layihəsinə dəyişiklikləri nəzərdə tutur. Bunlardan 4 məsələ uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək, digər 2 məsələ isə birinci oxunuşda müzakirəyə çıxarılır. Səsvermə isə ayrı-ayrılıqda keçiriləcək.

Qanun layihələri barədə məlumat verən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, ümumilikdə gündəlikdəki növbəti 6 məsələ 50 qanuna dəyişiklik edilməsini özündə birləşdirir.

Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanından irəli gələn məsələlərlə əlaqədardır.

Sözügedən Fərmana uyğun olaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbulu təklif olunur. Ümumilikdə 131 maddə üzrə nəzərdə tutulan dəyişiklərin böyük əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə müvafiq publik hüquqi şəxsin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə və tibb müəssisələrinə münasibətdə səlahiyyət bölgüsünün hüdudlarının dəqiq müəyyənləşdirilməsini ehtiva edir. Yəni, ismin müvafiq hallarında terminoloji baxımdan “orqan” və ya “Səhiyyə orqanları” sözləri “müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, eləcə də bütün layihə boyu “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilir.

Sonra Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi də parlamentə bir zərfdə daxil olub və birinci oxunuşda müzakirəyə təqdim edilir.

Sonra Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclasın gündəliyindəki “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib. Müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.

Qanun layihələrinə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli VI çağırış Milli Məclis formalaşandan sonra Prezident İlham Əliyevin parlamentə verdiyi tövsiyələri xatırladaraq milli-mənəvi dəyərlərimizin qorunmasında, dini radikalizmə qarşı mübarizədə parlamentin rolunu vurğulayıb. Qeyd edib ki, ötən dövr ərzində İnzibati Xətalar və Cinayət məcəllələrinə dini radikalizmlə mübarizə ilə bağlı ciddi düzəlişlər edilib. Məhz bunun nəticəsidir ki, Yaxın Şərqdə baş verən hadisələr Azərbaycana hər hansı ciddi təsir göstərməyib və ölkəmiz bu illər ərzində dünyəvi dövlət kimi inkişaf edib.

Əli Hüseynli diqqətə çatdırıb ki, gündəlikdəki İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihələri ilə bağlı komitə sədri Siyavuş Novruzovun, deputatlardan Razi Nurullayevin, Etibar Əliyevin, Ceyhun Məmmədovun, Fazil Mustafanın, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun və Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənovun fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Bildirilib ki, "Prokurorluq haqqında" qanunda dəyişikliklər prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsini nəzərdə tutulan normaların daha çevik və dəqiq tətbiqini təmin etmək məqsədi daşıyır.

Milli Məclisin komitə sədrləri Tahir Mirkişilinin, Tahir Rzayevin və deputat Fazil Mustafanın fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra deputat Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş ) qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklər prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  23-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

09 May 15:42
Müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədidir
09 May 15:10
Faşizm üzərində Qələbənin 76-cü ildönümü ilə əlaqədar Bakıda tədbir keçirilib
09 May 14:40
Şuşa şəhərində İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
09 May 14:28
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib
09 May 13:30
Faşizm üzərində Qələbənin qazanılmasında misilsiz xidmətləri olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb
09 May 13:29
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb
09 May 13:20
MDB ölkələrinin səfirləri və hərbi attaşelər ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 12:49
Diaspor könüllüləri və gəncləri “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
09 May 12:11
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
09 May 11:06
DTX faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib
09 May 11:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabını çapa hazırlayır
09 May 10:59
Azərbaycanın Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb
09 May 10:55
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 10:07
Bu gün faşizm üzərində Qələbədən 76 il ötür
09 May 00:48
Son üç yüzillik tariximizdə Qarabağın dünəni, bu günü və sabahı
09 May 00:41
Peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək lazımdır

09 May 00:37
Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır

09 May 00:36
Ermənistanda seçkiqabağı dövrdə həm iqtidar daxilində, həm də müxalifətdə parçalanma müşahidə edilir
09 May 00:34
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir
08 May 22:04
Aysel Tahirova: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın yüksək inkişafını təmin edib
08 May 21:57
Heydər Əliyevin sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi
08 May 20:59
Daha üç Vətən müharibəsi qazisinin əməliyyat xərcləri qarşılanıb
08 May 20:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub
08 May 20:55
Deputat: Şuşamız 29 ildən sonra ilk dəfədir mayın 8-ni azad, bərpa olunan, yenidən çiçəklənən şəkildə qarşılayır
08 May 20:54
Fransalı mer: Faşizm ideologiyasına qarşı qətiyyətlə mübarizə aparılmalıdır
08 May 20:52
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsini Çinin “Weibo” sosial şəbəkəsində 35 milyondan çox insan izləyib
08 May 20:47
Politoloq: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 8 may ağrısına son qoydu
08 May 20:30
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı
08 May 20:27
Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim
08 May 19:09
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanımızın xilaskarı və banisidir
08 May 18:20
Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün 20 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
08 May 18:19
Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı Sərəncam imzalayıb
08 May 18:17
Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb
08 May 18:15
Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək
08 May 18:14
Şuşada növbəti mövsümdə 31 bina istiliklə təmin ediləcək - SƏRƏNCAM
08 May 18:12
Naxçıvanda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub
08 May 18:05
Binə qəsəbəsindəki Şəhidlər xiyabanında təmir işləri başa çatıb
08 May 18:03
Alimlər insan ömrünü uzatmağın yeni vasitələrini müəyyən ediblər
08 May 17:50
Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər kateqoriyadan olan şəxslərə birdəfəlik maddi yardım ödənilib
08 May 17:46
Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən beynəlxalq festivalda iştirak edib
08 May 17:45
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır
08 May 17:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mürsəl Kazımlının ailəsini ziyarət etmişlər
08 May 17:37
Pərvin Kərimzadə: Azərbaycan mədəniyyətinin paytaxtı elan edilən Şuşanın tarixi kimliyi özünə qayıdır
08 May 17:34
YAP Nərimanov rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib
08 May 17:19
YAP Nəsimi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib
08 May 17:02
Azərbaycanda koronavirusa 649 yeni yoluxma faktı qeydə alınıb
08 May 17:01
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olunub
08 May 16:58
YAP Goranboy rayon təşkilatı Ümummilli Lider Heydar Əliyevin anadan olmasının 98-ci il dönümünü qeyd edib
08 May 16:55
Xızıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib
08 May 16:53
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib
08 May 16:51
Türkiyə Prezidenti: Tam qapanma başa çatandan sonra atılacaq addımları yaxın günlərdə elan edəcəyik
08 May 16:48
“Heydər Əliyev yolu Azərbaycanı daha uca zirvələrə aparacaq”
08 May 16:38
Kamilə Əliyeva: Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və Azərbaycan cəmiyyətinə çatdırılması hamımızın ümdə vəzifələrindəndir
08 May 16:37
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 yarışına hazırlıq işlərini gücləndirib
08 May 16:35
Mayın 9-dan 15-dək Əmlak Xidmətləri Məkanında qeyri-iş günü olacaq
08 May 16:33
Təhsil naziri: X-XI sinif şagirdləri təhsillərini distant formada davam etdirəcəklər
08 May 16:29
Texniki Universitetin baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib
08 May 16:26
Qarabağda “yaşıl enerji” zonasının yaradılması Milli Prioritetlərin başlıca istiqamətlərindəndir
08 May 16:12
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
08 May 16:10
Azərbaycanın ən yeni tarixinin unudulmaz səhifəsi
08 May 16:08
BDU-da “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
08 May 16:04
Mayın 9-dan 15-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq
08 May 15:59
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfli ömür yolu hər bir gənc üçün örnəkdir
08 May 15:53
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Baş Prokurorluqda qeyd edilib
08 May 15:36
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
08 May 15:28
Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
08 May 15:20
YAP Nəsimi rayon təşkilatında bir qrup qaziyə partiya vəsiqələri təqdim olunub
08 May 15:15
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşa ilə bağlı paylaşımı edib - VİDEO
08 May 15:14
AzMİU-da “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda elmi konfrans keçirilib
08 May 15:10
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar aztəminatlı ailələrə sovqat göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA