Ana səhifə »  Xəbər lenti »  Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq
A+   Yenilə  A-
Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq

Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi kimi, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi imkanların daha da artırılması ölkəmiz üçün prioritet istiqamətdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz hesab etməklə yanaşı, qeyri-neft sektorunun daha çox respublikanın bölgələrində inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışmışdır. Bu istiqamətdə bir çox işlər görülmüş və proqramlar icra olunmuşdur. Son 17 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramının icra olunması və dördüncünün icrasının davam etdirilməsi də görülən işlərin bir hissəsidir. Bu günlərdə Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri və rayonda keçirilən silsilə tədbirlər ölkədə gedən proseslərə işıq salınması baxımından olduqca əlamətdar idi. Bu səfər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrasından və hədəflənən nəticəyə çatmasından xəbər verirdi. Məlumdur ki, torpağın münbitliyi baxımından Hacıqabul ölkəmizin ən qabaqcıl rayonu deyil. Hətta torpağın keyfiyyəti digər rayonlarla müqayisədə daha aşağıdır. Buna baxmayaraq, Hacıqabulda icra edilən layihələr onun inkişafı və gələcək iqtisadi potensialının gücləndirilməsi, biznes şəraitinin və insanların yaşayış səviyyəsinın yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.        

Ölkə başçısı Hacıqabulda bir sıra obyektlərə baxış keçirdikdən  sonra Azərbaycan Televiziyasına müsahibə vermişdir. Müsahibə həm daxili, həm də xarici mediada geniş maraqla qarşılanmış və xüsusilə də erməni mediasında rezonansa səbəb olmuşdur. Ölkə başçısının Ermənistandakı revanşist qüvvələri hədəf alaraq -“Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir... Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”- fikirlərini səsləndirməsi mühüm əhəmiyyət kəsb edir. Əslində burada aydın şəkildə vurğulanıb ki, hansısa revanşist qüvvələrin Azərbaycanın ərazi bütövlüyünü təhdid etməsinə imkan verilməyəcək və bunun qarşısı dərhal alınacaqdır. Bu açıqlama Azərbaycanın ərazi bütövlüyünə təhdid xarakteri daşıyan hərəkətlərinin tərəfimizdən cavablandırılması qətiyyətinin göstəricisidir. Burada başqa bir dövlətə qarşı təhdid mahiyyəti daşıyan bir fikir yoxdur. Əksinə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq mahiyyəti var.

Qeyd edək ki, ölkə başçımız bu fikrin davamında açıq şəkildə vurğulamışdır ki, biz əməkdaşlığa da hazırıq. Bəli, Azərbaycan düşmənçilik səhifəsini bağlamağa hazırdır. Hərçənd ki, Azərbaycan xalqının və ya dövlətinin keçmişi unutmağı mümkün deyil. Amma biz milli maraqlarımızın təminatı və bölgədə dayanıqlı sülhün yaranması üçün düşmənçiliyi geridə buraxaraq əməkdaşlıq etməyə hazırıq. Bu mənada Zəngəzur dəhlizi xüsusilə vacib layihədir. Çünki bu layihə, ölkə başçımızın da vurğuladığı kimi Azərbaycanın milli maraqlarına tam cavab verir. Layihə nəticəsində Azərbaycanın əsas hissəsi onun ayrılmaz parçası olan Naxçıvanla və Naxçıvan üzərindən Türkiyə ilə birləşəcək. Bu isə türk dünyasını birləşdirən ən vacib addım olacaqdır.  Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri də stimullaşdıracaqdır. Bununla da regionda yaranan yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirəcək.

Qeyd edək ki, Ermənistan tərəfinin 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən başqa şansı yoxdur. Əks təqdirdə olacaqları onların özləri də yaxşı bilirlər. Bu məqamda ölkə başçımızın sitatını bir daha xatırlatmaq yerinə düşərdi: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".

Şahin Allahverdiyev,

Pirallahı rayonu, Yavər Əliyev adına 235 saylı tam orta məktəbin direktoru

 
  • Oxunub:  1920  |  
  • Tarix:  23-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 21:03
Vətən qarşısında xidməti olanlara avtomobillər təqdim edilib
07 May 20:59
Azərbaycanın xarici işlər naziri Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb
07 May 20:56
Ulu öndər Heydər Əliyevin bütün fəaliyyətinin kökündə xalqına, dövlətinə, Vətəninə sonsuz məhəbbət dayanırdı
07 May 20:43
Şahin Həsənli: İnsanlar kütləvi iftarlara xərclənən vəsaitlərlə ehtiyacı olan ailələrə ərzaq yardımı göstərə bilərlər
07 May 20:42
Batumidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar güləkmə aksiya keçirilib
07 May 20:25
Milli Məclisdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş tədbir keçirilib
07 May 18:52
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
07 May 18:44
YAP Tovuz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib
07 May 18:42
ATƏT PA-nın iclasında erməni deputata tutarlı cavab verilib
07 May 18:28
YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib
07 May 18:20
Türkiyə Prezidentinin ötənilki fəaliyyətinə həsr olunan kitabda Azərbaycanla münasibətlərə geniş yer verilib
07 May 18:16
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
07 May 17:55
Səməd Seyidov: “Azərbaycan Prezidentinin BBC-yə müsahibəsi bütün dünyada böyük maraq doğurub”
07 May 17:54
Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək
07 May 17:53
Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub
07 May 17:51
Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO
07 May 17:47
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb
07 May 17:45
Hər gün DOST mərkəzinin “Cağrı mərkəzi” 4 minədək telefon zənginə cavab verir
07 May 17:44
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
07 May 17:35
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı
07 May 17:31
Bədən Tərbiyəsi və İdman Akademiyası tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir
07 May 17:29
Peyvənd olunanlar da tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər
07 May 17:28
Vergi orqanlarına işə qəbul başa çatıb
07 May 17:27
DİN: Bakıda qanunsuz aksiya keçirilməsi cəhdinin qarşısı alınıb
07 May 17:21
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib
07 May 17:18
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir
07 May 17:16
Rəcəb Tayyib Ərdoğan: Türkiyə istehsallı vaksinləri bütün ölkələrlə paylaşmağa hazır olduğumuzu bildirmişik
07 May 17:14
Azərbaycanda koronavirusa 722 yeni yoluxma faktı qeydə alınıb
07 May 17:09
“Ən yaxşı təqdimat” müsabiqəsi yekunlaşıb
07 May 17:05
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
07 May 17:04
YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib
07 May 16:26
YAP Qaradağ rayon təşkilatında “Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfrans keçirilib
07 May 15:34
Ulu Öndərin azərbaycançılıq ideologiyası daha da güclənəcək və möhkəmlənəcək
07 May 15:23
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
07 May 15:18
Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA