Ana səhifə »  Xəbər lenti »  Yeni Azərbaycan Partiyasının fəaliyyəti və uğurları
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasının fəaliyyəti və uğurları

1990-cı illərin əvvəllərində ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı.

Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, daxildə vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi.

YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər.

Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq mövcud deyildi.Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir.

2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermiş, Prezident İlham Əliyevə etimad göstərmişdir. Xalqın etimadını qazanmış ,Ulu Öndərin siyasi kursunu davam etdirmişdi. 

Azərbaycan son 17 il ərzində tarixi uğurlara imza atmağa nail oldu.. 2003-2020-ci illər müharibəyə hazırlıq dövrü idi.Sülh yolu ilə məsələnin həll olunmasına çalışılsada , müharibə yolu ilə bunu həll etməli olduq.

30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi

“Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.” 

Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və keçirilən paradda nəinki biz, bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu.Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi.Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşdi.

Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür.

İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuş və bu hədəfə nail olunmuşdur. İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var.. 

Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq. Müharibədən sonra nə qədər çalışsa da Ermənistan öz istəyinə nail ola bilmədi

 “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.”

Əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.

Azərbaycan yeni dövrə qədəm qoyur. Yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Müharibədən əvvəl başlamış siyasi dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə olunub.  

Ümumi məsələlər Qarabağ məsələsidir, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. 

Antimilli ünsürlərin məqsədi Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, ölkəni daxili çəkişmələrə sürükləməklə əsas milli hədəfdən – Qarabağın azad olunması hədəfindən yayındırmaq olub. Son 17 il ərzində Azərbaycanın iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı. 

Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.

Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq.

2021-ci il martın 5-də YAP-ın VII qurultayı keçirilib. Qurultayda Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak edib.i. 

Bu illər Azərbaycanın və bölgənin həyatında həlledici, mühüm hadisələr baş verib. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb.

Ötən 3 il ərzində Prezident və parlament seçkiləri keçirilib. Bu seçkilərlə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoyub. 

Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. 

YAP-ın bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olmalı, ümumi işə öz töhfələrini verməlidirlər.

Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.

Bu gün müharibədən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır..

İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. 

Son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. 30 ildən sonra biz müstəqillik gününü qürur hissi ilə qarşılayırıq. 30 ildən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayır.

Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

Ümummilli lider Heydər Əliyevin dediklərini tarix və zaman çox böyük həqiqət kimi təsdiq etdi. Onun müstəqil Azərbaycanın haqq işini dünyaya çatdırmaq üçün apardığı ədalətli siyasət kursunu dövlət başçısı İlham Əliyev uğurla davam etdirir.Siz bu yolu seçməklə Ulu Öndərimizin vəsiyyətlərinə sədaqətlə əməl edib xalqı və Ordunu birləşdirərək torpaqlarımızı azğın düşməndən təmizləməklə unudulmaz rəhbərimizin və bütün şəhidlərimizin ruhunu şad etdiniz.

 Mən özümdə bir partiya üzvü kimi YAP-ın uğurlarına çox sevinirəm.Bu partiya gənclərdə milli mənəvi ruhun yüksəlişinə böyük təkan verir.Gənclərə birliyi,əzimkarlığı və vətənpərvərliyi aşılayır.Bunu illər boyu bizə Ulu Öndər tərbiyyəsi görmüş cənab prezidentimiz hər il öz yeni fəaliyyətləri ilə göstərir.Mən bu məqalənin sonunu hazırki qələbəmizlə yekunlaşdırmaq istəyirəm.Biz bir millət olaraq bu müharibədə göstərdiyimiz əzimkarlığın bariz nümunəsi cənab prezidentimizin özüdür. On milyonluq xalqı bir ailə kimi bir yerə toplayıb eyni sevincə qürurlu birliyə səsləyən prezident ali baş komandan cənab prezident İlham Əliyev biz bir vətəndaş olaraq sizinlə fəxr edirik.

Sevinc Məmmədova

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində

Bakı Neft Energetika Kollecinin tarix müəllimi

 
  • Oxunub:  2250  |  
  • Tarix:  23-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
06 May 18:27
Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
06 May 18:14
Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir
06 May 18:02
Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir
06 May 17:59
Baş Prokurorluq: Azərbaycandan Rusiyaya bir nəfər ekstradisiya edilib
06 May 17:58
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
06 May 17:52
UNEC-də Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar mövzusunda konfrans təşkil edilib
06 May 17:48
Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
06 May 16:49
Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb
06 May 16:45
Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var
06 May 16:44
Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb
06 May 16:23
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 16:17
Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşüb
06 May 16:14
Deputat: Dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır
06 May 16:12
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib
06 May 16:09
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
06 May 15:40
Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir
06 May 15:34
ANAMA-ya daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb
06 May 15:13
İyirmi üç yaşayış məntəqəsində subartezian quyuları qazılacaq – SƏRƏNCAM
06 May 15:12
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
06 May 15:09
Pirallahı rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş konfrans keçirilib
06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA