Ana səhifə »  Xəbər lenti »  Qələbə ruhu və tarixin ən güclü Azərbaycanı
A+   Yenilə  A-
Qələbə ruhu və tarixin ən güclü Azərbaycanı

“Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”. Bu sözləri Prezident İlham Əliyev hələ 2016-cı ildə Respublika Günü münasibətilə keçirilən tədbirdə səsləndirmişdi. Həmin vaxt ölkəmizin ən qüdrətli dövrünün canlı şahidi olmağın haqlı qürurunu yaşayan Azərbaycan xalqı əmin idi ki, etimad göstərdiyi Lider ona daha böyük uğurlar bəxş edəcək. Dövlət başçısına bəslənilən etimad və ümid isə heç şübhəsiz ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı idi. Xalqımızn ona olan ümidi hər zamankı kimi özünü doğrultdu. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük zəfər yürüşündə geri qaytarıldı. 44 günlük müharibə Azərbaycanın yalnız hərb meydanında qələbəsi deyildi. Çünki bu müharibə həm də siyasət meydanında, diplomatik müstəvidə, informasiya sahəsində gedirdi. Bütün cəbhələrdə gedən bu savaşa isə Prezident - Ali Baş Komandan rəhbərlik edirdi. Qələbəni təmin edən əsas amil də məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, ən çətin anlarda düzgün qərar qəbul etmək bacarığı oldu. 44 günlük müharibədə təkcə Ermənistan yox, Ermənistan üzərindən regionda məkrli oyunlar quran qüvvələr ağır məğlubiyyətə düçar oldu. O qüvvələr ki, daim Azərbaycanı I Qarabağ müharibəsinin nəticələri ilə barışmağa və münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünə inandırmağa çalışırdı. Müharibənin gedişində də həmin qüvvələr xüsusi canfəşanlıqla gah “sülhpərvərlik” nümayiş etdirir, gah da regiona muzdlu döyüşçülərin gətirilməsi kimi absurd bəyanatları ilə Azərbaycanın zəfər yürüşünə kölgə salmağa çalışırdılar. Həmin qüvvələr bunu xüsusi ilə də özlərinin “müstəqil” media qurumları vasitəsi ilə edirdilər. Onlara ən tutarlı cavabı da yenə də Prezident İlham Əliyev verirdi. Müharibə boyunca xarici kütləvi informasiya vasitələrinin çoxlu sayda müsahibə verən Dövlət başçısı Ermənistanın xeyrinə rəy formalşdırmağa çalışan dairələri əsaslı arqumentlərlə susdurur və bütün dünyaya açıq mesaj verirdi: Azərbaycan indi 90-ci illərin əvvəlindəki Azərbaycan deyil. Azərbaycan bütün cəbhələrdə öz hüquq və maraqlarını qorumağa qadir qüdrətli dövlətdir. Vətən müharibəsi başa çatdıqdan təxminən 3 ay sonra Xocalı soyqırımının ildönümündə Prezident İlham Əliyevin xarici və yerli KİV üçün keçirdiyi mətbuat konfransı isə informasiya savaşındakı qəti qələbənin təntənəsi idi. Dövlət başçısının 4 saatdan artıq davam edən mətbuat konfransında ona ünvanlanan istisnasız bütün sualları, özü də 4 dildə cavablandırması master klass mahiyyətində idi. Bu həm də göstərdi ki, Azərbaycan artıq hər kəslə onların başa düşdüyü dildə danışır. Həm hərb, həm də siyasət meydanında.

Təbii ki, Vətən müharibəsindəki möhtəşəm qələbənin əsas nəticəsi işğal altındakı torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ancaq bununla bərabər bu qələbə ölkəmizə böyük siyasi, iqtisadi, mənəvi və psixoloji üstünlük qazandırdı. Noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı bəyanata nəzər saldıqda bunu daha aydın görmək olar.

Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı idi. Ermənistan nəyinki sülhə, həm də digər məsələlərdə güzəştə getməyə məcbur edildi. Sənəddə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin bərpa olunmasının əksini tapması tarixi zəfər və tarixi ədalətin bərpasıdır. Birgə bəyanata bu bəndin əlavə edilməsi Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə mümkün olub. Bu yalnız Naxçıvanla quru nəqliyyatının bərpası demək deyil, bu böyük Türk coğrafiyasının yenidən birləşdirilməsidir. Zəngəzur dəhlizi Prezident İlham Əliyevin Tük dünyasına mislsiz xidmətidir və bu onun beynəlxalq miqyaslı siyasətçi olduğunun növbəti nümunəsidir.

Müharibədən sonra Azərbaycan siyasi nüfuzunu və gücünü daha da artırmış oldu. Azərbaycan prezidenti İlham Əliyev bir daha bütün dünyaya nümayiş etdirdi ki, onun hər bir ifadəsinin arxasında konkret əməli fəaliyyət və güc dayanır. Regionda Azərbaycanın mövqeyi həlledicidir və bütün maraqlı qüvvələr bununla hesablaşmalıdır.

Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətinin də əyani nümayişi oldu. Müasir hərbi texnika və sursatla silahlanmış Azərbaycan ordusu, peşəkarlığı və intizamı ilə dünya hərb tarixinə düşdü. Təsadüfi deyil ki indi hətta dünyanın ən güclü ordusuna malik ölkələri də Azərbaycanın Vətən müharibəsindəki təcrübəsini öyrənir və bunun müharibələr tarixində yeni dövrün başlanğıcı olduğunu etiraf edirlər. Müharibə eyni zamanda Azərbaycan xalqının vətənpərvərliyini və döyüş ruhunu dünyaya göstərdi. Qısa müddət ərzində on minlərlə vətən övladının ön cəbhədə döyüşmək üçün müraciət etməsi, hər bir vətəndaşın cəbhə üçün əlindən gələni etməsi isə özlüyündə bir qəhrəmanlıq salnaməsidir. Şəhid övladlarını “Vətən sağ olsun” deyərək məğrurluqla qarşılayan Azərbaycan xalqı müharibəyə hazır olduğu qədər qələbəyə layiq olduğunu da nümayiş etdirdi.

Vətən müharibəsindəki qələbə həmdə iqtisadi cəhətdən ölkəmizi üçüm yeni perspektivlər açır. İndiyədək Azərbaycan torpaqlarının işğal altında olması Azərbaycan üçün əlavə böyük maliyyə yükü yaradırdı. Müharibəyə hazırlıq, məcburi köçkünlərin qayğılar, onların yaşayış yerləri ilə təmin olunması və digər bu kimi məsələlər hər il milyardlarla vəsait xərclənirdi. Artıq bu vəsaitlər işğaldan azad olunmuş ərazilərdə həyatın bərpasına yönələcək. Bu isə artıq gələcəyə yatırılan investisiya mahiyyətindədir. İşğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücünü artıracaq. Nəzərə almaq lazımdır ki, İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Prezidentin sərəncamı ilə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılması bu məsələyə sistematik və həssas yanaşmanın göstəricisidir. İlk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, buna paralel olaraq kommunikasiyalar qurulur, növbəti mərhələdə isə yaşayış və istehsal təmin ediləcək. Prezident İlham Əliyevin tapşırığı ilə artıq işğal edilmiş ərazilərin bir qismində əkin işləri də aparılıb. Bir sözlə, Azərbaycan vaxt itirmədən “Böyük qayıdış” proqramının icrasına başlayıb.

Bu tarixi qələbə şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanıldı. Azərbaycanda şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı var və bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir. Prezident İlham Əliyev verdiyi fərman və sərəncamlarla dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.

Bundan əlavə Prezidentinin tapşırığına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası şəhidlərdən və onların ailə üzvlərinin banklar qarşısında kredit borclarının silinməsi ilə bağlı tədbirlər həyata keçirib. Həmçinin müharibədə xəsarət almış hərbçilərin banklara borcları silinir, şəhid olmuş şəxslərin vərəsələrinə, xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənilir. Bütün bu tədbirlər isə vətəndaşın dövlətinə dövlətin isə vətəndaşlarına olan inamını artırır birlik və bütövlüyü təmin edir.

44 günlük müharibə həm də Azərbaycançılıq məfkurəsinin növbəti təntənəsi idi. Ölkəmizdə yaşayan bütün millətlərin, bütün dini konfessiyaların nümayəndələri çiyin-çiyinə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Azərbaycan xalqı birlikdə qalib ruhunu geri qaytardı. Bu ruh ölkəmizin bütün sahələrdə inkişafını sürətləndirəcək. Xalqımız müharibədə olduğu kimi yenə də öz liderinin ətrafında sıx birləşib. Müharibə bitdi, indi yeni quruculuq, islahatlar dövrü başlayır. İlham Əliyevin öndərliyində yeni-yeni uğurlar qazanmaq dövrü başlayır. Vətən müharibəsindəki qələbənin verdiyi qalibiyyət ruhu ilə bu inkişaf yolunda İndiki nəsil Qarabağ münaqişəsinin həll edilməsinin qürurunu yaşamaqla yanaşı gələcəyə də ümidlə baxır. Prezident ,İlham Əliyevin hələ 5 il əvvəl dediyi kimi Azərbaycan tarixinin ən qüdrətli, ən güclü dövrünü yaşayır. İndiki nəsil həm də Qarabağ probleminin həlli olunmasının qürurunu yaşayır. Çünki bu, gələcək nəsillərimizin daha güclü, daha qüdrətli və daha firavan bir dövlətdə yaşayacağına əminlik yaradır.

Hüseyn Hüseynov

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində

Bakı Neft-Energetika Kollecinin tərbiyə işləri üzrə direktor müavini

 
  • Oxunub:  2340  |  
  • Tarix:  23-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 20:25
Milli Məclisdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş tədbir keçirilib
07 May 18:52
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
07 May 18:44
YAP Tovuz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib
07 May 18:42
ATƏT PA-nın iclasında erməni deputata tutarlı cavab verilib
07 May 18:28
YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib
07 May 18:20
Türkiyə Prezidentinin ötənilki fəaliyyətinə həsr olunan kitabda Azərbaycanla münasibətlərə geniş yer verilib
07 May 18:16
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
07 May 17:55
Səməd Seyidov: “Azərbaycan Prezidentinin BBC-yə müsahibəsi bütün dünyada böyük maraq doğurub”
07 May 17:54
Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək
07 May 17:53
Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub
07 May 17:51
Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO
07 May 17:47
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb
07 May 17:45
Hər gün DOST mərkəzinin “Cağrı mərkəzi” 4 minədək telefon zənginə cavab verir
07 May 17:44
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
07 May 17:35
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı
07 May 17:31
Bədən Tərbiyəsi və İdman Akademiyası tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir
07 May 17:29
Peyvənd olunanlar da tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər
07 May 17:28
Vergi orqanlarına işə qəbul başa çatıb
07 May 17:27
DİN: Bakıda qanunsuz aksiya keçirilməsi cəhdinin qarşısı alınıb
07 May 17:21
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib
07 May 17:18
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir
07 May 17:16
Rəcəb Tayyib Ərdoğan: Türkiyə istehsallı vaksinləri bütün ölkələrlə paylaşmağa hazır olduğumuzu bildirmişik
07 May 17:14
Azərbaycanda koronavirusa 722 yeni yoluxma faktı qeydə alınıb
07 May 17:09
“Ən yaxşı təqdimat” müsabiqəsi yekunlaşıb
07 May 17:05
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
07 May 17:04
YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib
07 May 16:26
YAP Qaradağ rayon təşkilatında “Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfrans keçirilib
07 May 15:34
Ulu Öndərin azərbaycançılıq ideologiyası daha da güclənəcək və möhkəmlənəcək
07 May 15:23
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
07 May 15:18
Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA