Ana səhifə »  Xəbər lenti »  Deputat: Möhkəm təmələ əsaslanaraq müəyyənləşdirilən hədəflərin uğurlu icrası Azərbaycanı daha da qüdrətləndirəcək
A+   Yenilə  A-
Deputat: Möhkəm təmələ əsaslanaraq müəyyənləşdirilən hədəflərin uğurlu icrası Azərbaycanı daha da qüdrətləndirəcək

Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə bu istiqamətdə atdığı addımlar yalnız statistik rəqəmlərdə deyil, insanların gündəlik həyatında, inkişafın dəyərləndirilməsində və perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da əksini tapır. Fəaliyyətində reallığa və praqmatizmə əsaslanan Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəf Azərbaycanı beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli ölkə kimi tanıtmaqdır. Bu məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə, yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata nail olmaq, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərinə diqqətin artırılması tələb olunur. Dövlətimizin başçısı İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı bir neçə sosial obyektin açılışı bir daha göstərdi ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir. İnsanların rahat, təhlükəsiz yaşayışı, sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmət sahəsində şəffaflığın təmin olunması, insanların hər addımda dövlətin diqqət və qayğısını hiss etməsi vətəndaş məmnunluğunun artırılmasında stimulverici amildir. Günümüzün əsas çağırışlarından olan ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın ən müasir texnologiyalar və elmi əsaslar üzərində qurulması ilə qeyri-neft sektorunun inkişafı da bu məqsədlərə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev Hacıqabula səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də yeni istifadəyə verilən sosial obyektlərin rayonun gələcək inkişafında mühüm rol oynayacağını önə çəkərək, əsas hədəfləri açıqladı. Bildirildi ki, aqroparkların yaradılması ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir.

Deputat qeyd edib ki, böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Ümumi sayı 50-yə çatdırılacaq aqroparklar kənd təsərrüfatının inkişafında mühüm rola malikdir. Bölgələrdə yaradılan fermer təsərrüfatlarının səmərəli fəaliyyəti məşğulluq problemini də aradan qaldırır. Hacıqabulda “Aqro Dairy” MMC-nin aqroparkının və “Azərsun Şamaxı Aqropark”ın açılışı nümunəsində Azərbaycanda müxtəlif bölgələrdə yaradılmış aqroparklar haqqında ümumiləşdirilmiş məlumat, istehsal, emal və logistikanın bir müəssisə çərçivəsində cəmləşdirmənin səmərəsi özünün aydın ifadəsini tapır.

Prezident İlham Əliyevin müsahibəsində işğaldan azad edilmiş torpaqlarda görülən işlərlə bağlı fikirlərinə diqqət çəkən M.Həsənov bildirib ki, Azərbaycanın hər bir bölgəsi, o cümlədən işğaldan azad edilmiş rayonlar zəngin potensiala malikdir. Mərhələlər üzrə görülən işlər sonda vətəndaşların bu ərazilərə Böyük Qayıdışı və torpaqlarımıza yeni nəfəsin verilməsi ilə müşayiət olunacaq. Qeyri-neft sektorunun inkişafı üçün daha böyük imkanlar yaranacaq. Hazırda ərazilərimizin minalardan təmizlənməsi həyata keçirilməklə yanaşı, infrastruktur layihələri də reallaşdırılır. Yol, nəqliyyat infrastrukurunun həlli prioritetliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edərək həm torpaqlarımızı sahiblərinin gəlişi ilə sevindirir, həm də görülən işlərlə yaxından tanış olurlar. Bu ərazilərimizdə müasir idarəetmə sistemi yaradılır. Həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur. İcrası nəzərdə tutulan hər bir layihə, irəli sürülən hər bir təşəbbüs özündə müasirliyi, yeniliyi əks etdirir. Bu da onun təsdiqidir ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında zamanın, dövrün tələbinə uyğun təkmilləşmə dayanır. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, xaricdən bir çox təkliflər gəlməkdədir. Xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Əsas məqsəd işləri maksimum səmərə ilə görmək, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şəraiti yaratmaqdır.

Möhkəm təmələ əsaslanaraq müəyyənləşdirilən hədəflərin uğurlu icrasının innovasiyalar ölkəsi kimi tanınan Azərbaycanı daha da qüdrətləndirəcəyini bildirən Malik Həsənov vurğulayıb ki, “Görülmüş işlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq” çağırışını edən dövlətimizin başçısı kənd təsərrüfatı və sənayedə potensialın yüksəlməsini, istehsalın artmasını “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın başlıca hədəfləri kimi qeyd edir. Kompleks tədbirlər qarşıya qoyulan bütün məqsədlərə nəzərdə tutulan vaxtda nail olmağa geniş imkanlar yaradır.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  23-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13