Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pentaqonda yaradılmış mikroçip COVID-19-un simptomları aşkar edilmədən onu “tanıyacaq”

Pentaqonda yaradılmış mikroçip COVID-19-un simptomları aşkar edilmədən onu “tanıyacaq”

23.04.2021 [12:04]

Pentaqon alimlərinin yaratdığı yeni mikroçip insanda COVID-19 virusu olmasını bu xəstəliyin simptomları aşkar edilmədən onu “tanıya biləcək”.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, dəri altına yerləşdirilən bu qurğu insanın səhhətini izləməyə, virus və infeksiyaları aşkar etməyə, habelə COVID-19-un “yolunu kəsməyə” imkan verəcək.

ABŞ Müdafiə Nazirliyinin komandası tərəfindən yaradılmış bu qurğu simptomları insanın özündən tez aşkar edəcək. Milli səhiyyə xidmətinin məlumatına görə, bu xəstəliyin ən geniş yayılmış simptomları tez-tez öskürmək, yüksək hərarət, dadbilmə və iybilmə qabiliyyətinin itməsidir. Əgər insanda bu simptomlardan hər hansı biri varsa, o, müayinədən keçməli və təcrid olunmalıdır. Lakin araşdırmalar göstərib ki, COVID-19-a yoluxmuş insanlar başağrısı və yorğunluq kimi əlamətlərdən də əziyyət çəkə bilər. Bununla belə, pasiyentlərin təqribən üçdəbir hissəsində bu simptomların heç biri üzə çıxmır.

ABŞ Qida Məhsullarının və Dərmanların Keyfiyyətinin Sanitar Nəzarəti Administrasiyası təcili hallarda bu yeni qurğudan istifadə edilməsinə icazə verib. İndiyə qədər 300 pasiyentin müalicəsində yeni qurğu tətbiq olunub.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31