Ana səhifə »  Xəbər lenti »  Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə elmi-fəlsəfi və sinergetik yanaşma
A+   Yenilə  A-
Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə elmi-fəlsəfi və sinergetik yanaşma

Yüksək dəyərlərin əsas təhlil predmeti siyasətdə və fəlsəfədə şəxsiyyətin böyüklüyü və onun zəngin, geniş dünyagörüşünün əhəmiyyətinin elmi şərhi ilə cilalanır. İnsan düşüncələrində fəlsəfi fikrin aparıcı mərhələlərinin, xüsusilə onun siyasi istiqamətlərinin aydın və konkret şəkildə təhlilində Heydər Əliyev fenomeni artıq öz zirvə yerini, yüksək mövqeyini tutmuşdur. Müasir Azərbaycan fəlsəfi fikrinin rəyinə istinad eləsək, ümumbəşəri hadisələrin fundamentində insanın xeyirxah əməlləri, yaradıcı fəaliyyəti və işıqlı fikri, dərin düşüncəsi dayanır. İnsan və Dünya konsepsiyasında fəlsəfənin idrakı, imkanları, ən ümdəsi isə gerçəklik fenomenlərinin, bir də daha önəmli sayılan siyasi elmin nəzəri imkanlarının öyrənilməsinin şərhi verilir. “ŞƏXSİYYƏT və FƏLSƏFƏ”, “FƏLSƏFƏDƏ ŞƏXSİYYƏT” konsepsiyasına üstünlük verən ümumbəşəri duyğu və düşüncələrlə müasir fəlsəfi təlimlərin və nəzəriyyənin real problemlərinə fəal və yaradıcı nəzər yetirsək, görərik ki, əsasən, milli fəlsəfədə ŞƏXSİYYƏT predmetinin təkzibolunmaz və dolğun çalarlarında Heydər Əliyev fenomeni həmişə ön plana çəkilir.
Həmin fəlsəfi fikirlərdə Heydər Əliyev şəxsiyyəti ictimai ideyaların Azərbaycanın milli-mənəvi sərvətlərinin (xüsusilə, ana dilimizin təmizliyinin qorunması, zənginləşdirilməsi və inkişaf etdirilməsi...) ölkəmizin ictimai münasibətlərinin, insanların intellektual sahədəki yaradıcı fəaliyyətinin və ünsiyyətinin ifadəsi, həm də bir subyekt kimi araşdırılır. Rəhbərin şəxsiyyət kimi xalq, dövlət qarşısındakı keyfiyyətlərinin təcəssümü cəmiyyətin qlobal proseslərinin inkişafını müəyyənləşdirir və sürətləndirir. Bu, əsasən, tarixi planda, şərh edildiyi üçün bütün həyati aspektlərdə özünü büruzə verir.
Məlumdur ki, müasir fəlsəfi fikirdə şəxsiyyət haqqında iki əsas və başlıca konsepsiya, yəni hadisələri başlıca nöqteyi-nəzərdən mənalandırma və ona obyektiv nəzəri baxış əsas götürülür. Bu dərketmə üsulundan ən öncəsi şəxsiyyətin əsas və funksional xarakteristikası və ictimai-siyasi həyatda fəaliyyəti, rolu başlıca amil kimi qəbul edilir. İkinci konsepsiya isə şəxsiyyətin öz mahiyyəti ilə səciyyələndirilir və mənalandırılır. Hər iki dərketmə üsulu ilə və hər iki əsas nöqteyi-nəzər kimi şərtləndirilən baxışda Heydər Əliyev tarixi şəxsiyyət kimi öz fenomenliyini artıq təsdiq etmişdir. Tarixi proseslərə obyektiv surətdə güclü təsir göstərən bütün başqa amillər, konkret olaraq desək, ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitlə şərtləndirilir. Çünki müasir Azərbaycan milli ideyanın əks-sədası kimi artıq Heydər Əliyev şəxsiyyətinin rolunu prioritet kimi üzə çıxarır, Ümummilli Liderimizin tarixi şəxsiyyətlər sırasında öz yerini möhkəmləndirməsi rəhbərin böyük yaradıcı vətəndaş mövqeyi və siyasi hünəri ilə əlaqələndirilir. Böyük dövlət xadimi Heydər Əliyevin ideyaları müasir Azərbaycanın təcəssümü kimi qiymətləndirilir. Bugünkü Azərbaycan fəlsəfi fikri, Heydər Əliyev şəxsiyyətinin müstəqil, müasir Azərbaycanın yaranması, möhkəmləndirilməsi, tərəqqisi naminə və xalqımızın inkişafı üçün həyata keçirdiyi vəzifələr, məhz müasir fəlsəfədə nəzərdə tutulan, özünəməxsus yeri olan “fəaliyyət kateqoriyası” kimi mənalandırılır. Heydər Əliyev şəxsiyyətinin fəaliyyət kateqoriyasının fəlsəfəsinin bir tərəfi xilaskarlıq missiyası ilə bağlı idisə, digər tərəfi yüksəliş mərhələləri ilə tamamlanırdı.
Atəşkəsin zəruriliyi, “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycan Konstitusiyasının hazırlanıb, qəbul edilməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması, Azərbaycan diasporasının formalaşması, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, “Böyük İpək Yolu” lahiyəsindəki fəallıq və müasir, güclü ordu quruculuğu və s. Bütün bunlarla bahəm söyləmək yerinə düşər ki, Heydər Əliyevin bir tarixi şəxsiyyət kimi fəaliyyət kateqoriyası bir də ona görə zəngin və təkrarolunmazdır ki, O, dövlət quruculuğu ilə birgə yenilməz bir Lider kimi milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına, inkişaf etdirilməsinə Öz dövlətçilik fəaliyyətinin tərkib hissəsi kimi baxırdı.
Bizim fikrimizcə, Heydər Əliyevin dövlətçilik fəaliyyətindəki misilsiz yeniliklər, yüksəlişlər və siyasi, zəngin irsindəki elmi- fəlsəfi, nəzəri milli ideya ölkəmizin bugünkü və gələcək inkişafı üçün möhkəm təməlin əsas fundamenti kimi artıq öz təzahürünü tapmışdır. Əgər bu prinsipləri, prosesləri fəlsəfi dillə söyləsək, “milli-mənəvi təkamül nəzəriyyəsi” də adlandırmaq olar. Heydər Əliyevin həm nəzəri səviyyədə, həm də praktikada həyata keçirdiyi norma və dəyərlərin məcmusuna konsolidasiya edilmiş demokratiyanın həyat qabiliyyətli modelinə çevrilməsi Onun dəyərlər məcmusunda milli ideya və milli mənlik şüurunun formalaşmasında milli faktor rolu kimi önəmli yerlərdən birini tutur. Azərbaycanın müasir milli fəlsəfi fikrində hələ ki, nisbətən az tədqiq edilən milli mənlik şüurunun bir problem kimi araşdırmalar meydanına gətirilməsi də ilk dəfə məhz elə Heydər Əliyevin siyasi irsinin araşdırılması zamanı öz əksini tapmışdır. Məlumdur ki, bu məsələ filosoflar tərəfindən tədqiq edilməmişdən əvvəl “milli faktor” amili kimi mühüm əhəmiyyət kəsb etmirdi. Azərbaycanın elmi ədəbiyyatında “milli inkişaf”, “milli mənlik” şüurunu müasir Azərbaycan fəlsəfəsi milli faktor kateqoriyası adı ilə, milli fəlsəfi leksikonumuza yeni hadisə və yeni tədqiqatlar mənbəyi kimi gətirilmişdir. Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası ilə qoşa qanadlara bənzəyən milli mənlik şüuru artıq öz əxlaqi aspektləri, milli mədəniyyət problemləri və bütün bunlarla bağlı milli-mənəvi dəyərlər məcmusu olaraq milli faktor anlayışı kimi artıq tədqiqat və araşdırmalar mərkəzində öz siyasi yuvasını və geniş rəngarəng üfüqlərini yaratmışdır. Xalqın milli mənlik şüurunun oyanması ilə milli ideyanın yaranması arasında o zamanlar uzaq vaxt və zaman halqaları vardı. Hamıya məlumdur ki, milli ideya həm də birmənalı olaraq yalnız millətin oyanması, formalaşması ilə inkişaf edə bilər, bu yolla da sivil xalqların sırasına qoşula bilərdi.
Fəlsəfə elminə o da məlumdur ki, böyük və geniş əhatəli məhfuma malik olan “milli faktor” öz qətiyyəti və həm də incə çalarları ilə millətin varlığında, ən ümdəsi xarakterində, bir də ən başlıcası sayılan mənəvi-əxlaqi potensialında, geniş emosional-psixoloji cəhətlərində, onun ictimai inkişafının tərəqqisinə yönəldiyi sahələrdə öz varlığını əks etdirir. Bütün göstərdiyimiz bu tərəfləri, aspektləri məcmu, dialektik formada qəbul etsək, onların hamısının bir-bir milli mənlik şüuru ilə vəhdətinin şahidi olarıq. Milli mədəniyyətimizin və milli mənlik şüurunun müstəvisində daha dolğun və önəmli yer tutan ana dili Ulu Öndər Heydər Əliyev tərəfindən dəfələrlə dəyərləndirilmişdir: “Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik, çünki bu, ana dilimizdir, çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir” .
Xalqın tarixi yaddaşını, onun artıq qəbul olunmuş milli-mənəvi mənafeyini, dəyərlərini və məqsədlərini əhatə edən milli mənlik anlayışı artıq Azərbaycan fəlsəfi fikrində öz milli intellektini yaratmış, formalaşdırmışdır. Artıq milli mənlik anlayışı və şüuru həmişə hərəkətdə və təkamüldə olan milli fəlsəfi fikrimizdə ictimai varlığının əbədi təzahürü kimi getdikcə yetkinləşir. “Mən fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM” - sözləri artıq dillər əzbəridir.
Ulu Öndər Heydər Əliyevin sinergetik (dinamik) idarəetmə fəlsəfəsində olduqca önəmli yer tutan bir məsələni - rəhbərin yaradıcı dövlətçilik təcrübəsini obyektiv təhlil edənlər görürlər ki, praqmatizimdə də vacib bilinən bu dəyərli sosial idrak xüsusiyyəti Heydər Əliyev kimi bir böyük şəxsiyyətin, siyasət ustadının idarəçilik fəlsəfəsinə, onun sosial rekonstruksiya praktikasına olduqca xasdır. Fəlsəfi elmimizdə qloballaşma, demokratik inkişaf modelləri, milli münasibətlərlə bağlı elmi-fəlsəfi nəzəri əsərlər, habelə milli ideya və ideologiyamızı tədqiq edən siqlətli məqalələrlə yanaşı, müasir Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin zəngin siyasi irsinin araşdırılması sahəsində yaradılan yeni əsərlər, dissertasiyalar müasir siyasi elmdə öz mövqeyini getdikcə artırır. Müasir Azərbaycan dövlətinin yaradılmasında, möhkəmləndirilməsində və inkişaf etdirilməsində müstəsna dövlətçilik xidmətləri olan Heydər Əliyevin zəngin və təkrarolunmaz siyasi, elmi-fəlsəfi irsinin araşdırılması, öyrənilməsi geniş və hərtərəfli tədqiqi sahəsində böyük xidmətlər göstərilir, geniş işlər aparılır.
Xalqımızın qalib və müzəffər oğlu - Azərbaycan Respublikasının yenilməz Prezidenti İlham Əliyevin bugünkü hər addımı, hər işi, hər əməli Ulu Öndərin misilsiz xidmətlərinin uğurlu davamıdır.
Tahir MƏMMƏDOV
YAP Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

 
  • Oxunub:  3990  |  
  • Tarix:  23-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 18:52
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
07 May 18:44
YAP Tovuz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib
07 May 18:42
ATƏT PA-nın iclasında erməni deputata tutarlı cavab verilib
07 May 18:28
YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib
07 May 18:20
Türkiyə Prezidentinin ötənilki fəaliyyətinə həsr olunan kitabda Azərbaycanla münasibətlərə geniş yer verilib
07 May 18:16
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
07 May 17:55
Səməd Seyidov: “Azərbaycan Prezidentinin BBC-yə müsahibəsi bütün dünyada böyük maraq doğurub”
07 May 17:54
Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək
07 May 17:53
Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub
07 May 17:51
Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO
07 May 17:47
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb
07 May 17:45
Hər gün DOST mərkəzinin “Cağrı mərkəzi” 4 minədək telefon zənginə cavab verir
07 May 17:44
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
07 May 17:35
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı
07 May 17:31
Bədən Tərbiyəsi və İdman Akademiyası tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir
07 May 17:29
Peyvənd olunanlar da tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər
07 May 17:28
Vergi orqanlarına işə qəbul başa çatıb
07 May 17:27
DİN: Bakıda qanunsuz aksiya keçirilməsi cəhdinin qarşısı alınıb
07 May 17:21
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib
07 May 17:18
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir
07 May 17:16
Rəcəb Tayyib Ərdoğan: Türkiyə istehsallı vaksinləri bütün ölkələrlə paylaşmağa hazır olduğumuzu bildirmişik
07 May 17:14
Azərbaycanda koronavirusa 722 yeni yoluxma faktı qeydə alınıb
07 May 17:09
“Ən yaxşı təqdimat” müsabiqəsi yekunlaşıb
07 May 17:05
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
07 May 17:04
YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib
07 May 16:26
YAP Qaradağ rayon təşkilatında “Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfrans keçirilib
07 May 15:34
Ulu Öndərin azərbaycançılıq ideologiyası daha da güclənəcək və möhkəmlənəcək
07 May 15:23
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
07 May 15:18
Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA