Ana səhifə »  Xəbər lenti »  Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
A+   Yenilə  A-
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub

Aprelin 22-də Pirallahı Gənclər Mərkəzində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin ailə üzvlərinin, Vətən müharibəsi veteranlarının və qazilərin iştirakı ilə “Zəfərə gedən yolun başlanğıcı-Aprel döyüşləri”  mövzusunda tədbir keçirilib və “Dəmir Yumruq” filmi nümayiş olunub.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri-ehtiyatda olan polkovnik  Adil Haqverdiyev, Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının sədr əvəzi Əli Kərimov, Pirallahı RİH əməkdaşları, Qarabağ və Vətən müharibəsi veteranları iştirak ediblər.

Pirallahı RİH başçısı Vasif İmanov tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb, problemlərinin həlli istiqamətində göstərişlər verib. Qeyd edək ki, Pirallahı rayonunda 259 veteran, 29 müharibə əlili, 1-i Aprel döyüşləri, 2-si Vətən müharibəsi şəhidi olmaqla ümumilikdə 44 şəhid və 3 Azərbaycan Milli Qəhrəmanı var. Rayon mərkəzində şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə mərmər lövhələr üzərində 39 şəhidin şəkillərinin əks olunduğu “Vətən uğrunda abidə kompleksi” inşa edilib. 

Tədbirin rəsmi hissəsində qonaqlar Gənclər Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış olublar. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vəzir Səfixanov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açıb. Ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Süpay Məmmədov isə çıxışlarında 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığını qeyd ediblər.

Sonda Real TV-nin təşkilatçılığı ilə lentə alınan "Dəmir Yumruq” adlı sənədli film nümayiş olunub. Qeyd edək ki,İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən bəhs edən film Vətən müharibəsində Azərbaycanda yaşayan milli azlıqların iştirakına həsr olunub. Filmdə Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi xarakterizə olunur. Film Ulu Öndər Heydər Əliyevin bu sitatı ilə başlayır: “Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar”. Azərbaycan Prezidentinin filmdə təqdim olunan çıxışları da bu reallığı bir daha təsdiq edir.

 
  • Oxunub:  3120  |  
  • Tarix:  22-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır
14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA