Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın Avrasiya Konfransı Bakıda təşkil olunacaq

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın Avrasiya Konfransı Bakıda təşkil olunacaq

30.05.2015 [14:14]

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan, ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən mühüm platforma olan Azərbaycan Konqreslər Bürosu daha bir uğura imza atıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, büro Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Energy Economics – IAEE) Avrasiya Konfransının Bakıda təşkil edilməsinə nail olub.
Xəbər verildiyi kimi, assosiasiyanın 38-ci beynəlxalq konfransı mayın 25-dən 27-dək Türkiyənin Antalya şəhərində keçirilib. Tədbirdən bir gün əvvəl IAEE Şurasının iclası olub. İclasda Azərbaycan Konqreslər Bürosunun satış və marketinq üzrə meneceri Ayan Zeynalova Bakının assosiasiyanın beynəlxalq konfransına ev sahibliyi etmək təklifini IAEE Şurasının 22 üzvünə təqdim edib. Uğurlu təqdimatdan sonra şuranın üzvləri yekdilliklə büronun təklifini dəstəkləyib və paytaxtımızı Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın 2016-ci il Avrasiya Konfransının ev sahibi kimi təsdiqləyib. Bu barədə müvafiq qərar isə assosiasiyanın 38-ci beynəlxalq konfransının rəsmi açılış mərasimində elan olunub.
IAEE biznes, hökumət, akademik və digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, beynəlxalq qeyri-kommersiya platformasıdır. 1977-ci ildə ABŞ-da yaradılmış birliyin üzvlüyünə 100-dək ölkədən mütəxəssislər aiddir.
Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı 2013-cü ildən bəri ölkəyə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və respublikamızın bu tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması istiqamətlərində çalışır.

Paylaş:
Baxılıb: 275 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30