Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

22.04.2021 [13:41]

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz səviyyəsində uğurla davam etdirildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı Ordumuzun əzəli torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığımızı deyən rektor Qarabağda quruculuq işlərində Özbəkistanın da iştirak etmək istəyinin iki ölkə arasında dostluq və qardaşlıq bağlarının təzahürü olduğunu qeyd edib.

Rektor BDU-nun Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr qurduğunu, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə BDU arasında bağlanılmış müqavilə çərçivəsində həyata keçirilən tədbirlər, mübadilə proqramları, ikili və üçlü diplom layihələri haqqında məlumat verib. Gələcəkdə Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti kimi ali təhsil müəssisələri ilə BDU-nun daha sıx əməkdaşlıq etməsi istiqamətində təkliflərlə çıxış edib.

Səfir Bahrom Aşrafxanov təklifləri müsbət dəyərləndirib, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Özbəkistan ali məktəbləri ilə BDU-nun daha sıx və səmərəli, qarşılıqlı faydalı əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Görüş BDU və Özbəkistan ali məktəbləri arasında təhsil sahəsində gələcək əməkdaşlıq məsələləri, iki ölkənin ali təhsil müəssisələri arasında müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlıq istiqamətində fikir mübadiləsi ilə davam edib, perspektivlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31