Ana səhifə »  Xəbər lenti »  Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
A+   Yenilə  A-
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

Koronavirus pandemiyası (COVID-19) dünyada bütün sahələrin fəaliyyətinə mənfi təsirini göstərib. Pandemiyanın ilk vaxtlarından bu günə qədər onunla mübarizədə fərqlənən, vaxtında və effektiv tədbirlər görən ölkələr arasında Azərbaycan da ön sırada yer alıb. Ölkəmizdə xüsusi karantin rejimi dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığı prioritet məsələ kimi daim öndə olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər respublikamıza bu ümumbəşəri bəladan ən az zərərlə çıxmağa imkan verib. Lakin dünyanı çox sürətlə bürüyən bu virus insanlara yeni qaydalar, yeni yaşam şərtləri diktə edib. Həyatımızın bir çox sahələrində olduğu kimi təhsil sahəsində də müəyyən dəyişikliklər etmək zəruri olub. Pandemiyanın yayılmağa başladığı ilk günlərdən həkimlər kimi təhsil işçiləri də mübarizəyə qoşulub. Öyrənənlərin təhsildən kənarda qalmaması üçün dünyada tədris prosesini alternativ platformalarla əvəzləmək üçün çevik addımlar atılıb. Ölkəmizdə də tədris müəssisələrinin bağlanması ilə əlaqədar yaranmış şəraitdə məsafədən təhsilin tətbiqi yolu seçilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, COVID-19 virusunun ölkəmizdə geniş yayılması səbəbindən təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması ilk günlərdən prioritet vəzifə kimi həyata keçirilməyə başlanıb. Eyni zamanda, təhsilverənlərin və təhsilalanların sağlamlığının və təhlükəsizliyinin qorunması daim diqqət mərkəzində saxlanılıb. Bütün bunları nəzərə alaraq, mövcud vəziyyətdə ən optimal çıxış yolu məhz distant təhsilə keçid idi.

Bu gün distant təhsil artıq yeni həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilib. Distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunma forması, müəllim və şagirdlərin (tələbələrin) bir-biriləri ilə məsafədən qarşılıqlı əlaqəsidir. Müasir tədris formalarından istifadə edərək, həmçinin texnoloji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi də zamanın tələblərindən biridir. Fikrimcə, insanların sağlamlığını düşünərək distant təhsil epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün ən səmərəli təhsil formasıdır. Düzdür, distant təhsil ənənəvi tədris prosesini əvəz edə bilməsə də, ancaq müəyyən üstünlükləri ilə fərqlənir. Texnologiyalardan istifadə, evdə təhsilalma imkanı, iqtisadi səmərə, məsafə, vaxta qənaət, təhsilin kütləviliyi, əhatəliliyi, müstəqil öyrənmə bacarıqlarının inkişafı, əlillərin və xüsusi qayğıya ehtiyacı olan insanların təhsilalma imkanı və s. distant təhsilin üstünlüklərindəndir. Təhsil Nazirliyi tərəfindən şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində həyata keçirilən davamlı tədbirlərin hər birimiz şahidiyik. Ölkədə karantin rejiminin tətbiq edilməsi ilə bütün təhsil müəssisələri bağlananda respublikamızda bir şagirdin belə təhsildən kənarda qalmaması Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ idi. Çətinliklərin aradan qaldırılması üçün bir neçə fərqli strategiya nəzərdən keçirildi ki, bunlardan birincisi ötən il martın 11-də “Mədəniyyət” kanalında “Dərs vaxtı” layihəsinə start verilməsi, çox keçmədən isə “ARB Günəş”in də bu təşəbbüsə qoşulması oldu. Real vəziyyətdə tədrisdəki boşluğu doldurmaq baxımından bu layihələrə alternativ variantlar tapmaq çətin idi. Digər tərəfdən, unutmayaq ki, Vətən müharibəsinin yaratdığı mövcud çətinliklər də ölkənin təhsil prosesinə mənfi təsirini göstərirdi. Bütün bunlara baxmayaraq, ölkənin ümumi təhsil müəssisələri prosesə çevik adaptasiya olundular. Çox təqdirəlayiq haldır ki, teledərslər müəllim və şagirdlər üçün öyrənmək və təcrübə toplamaq baxımından hazırda da öz aktuallığını saxlamaqdadır. “Virtual məktəb” isə “Microsoft Teams” platforması üzərindən həyata keçirilən ən səmərəli layihələrdəndir.

BŞTİ-nin müdiri qeyd edib ki, distant təhsillə əlaqədar olaraq “Virtual məktəb” istifadəçiləri üçün “Microsoft Teams” proqramının Azərbaycan dilində versiyası hazırlanıb. Bundan əlavə, 2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına və I sinfə qəbul olmuş şagirdlərin “Virtual məktəb”də qeydiyyatdan keçmələri üçün imkan yaradılıb. Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı həyata keçirilən digər bir yenilik isə yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarətlə bağlıdır. Belə ki, yerli təhsili idarəetmə qurumlarının rəhbər heyətinə yaradılmış texniki imkanlarla “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür. Yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələrində qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları yaradır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi də “Virtual məktəb”in imkanlarından istifadə edərək vaxtaşırı paytaxt məktəblərində mövcud vəziyyətlə bağlı monitorinqlər aparır. Həmçinin BŞTİ tərəfindən “Virtual məktəbdə bir gün layihəsi”, “Ən yaxşı elektron dərs müsabiqəsi” həyata keçirilir. Əsas məqsəd mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.

“Ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması bir il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanlar yaradıb. “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı “Amazon Alexa” reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan çox olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib. Distant dərs keçən müəllim hər hansı mövzunu tədris edərək şagirdlərini öyrədir və ev tapşırığı verərək bu prosesin daha dərindən öyrənməsini təmin edir. Bütün məktəblər və fədakar müəllimlər əldə olan mövcud vasitə və üsullardan istifadə edərək dərslərini keçməyə cəhd edirlər. Virtual şəkildə şagirdi idarə etmək müəllimdən tamam başqa bacarıqlar istəyir. Müəllimlər öz yaradıcı metodlarından istifadə edərək peşəkar yanaşması, fədakarlığı ilə onlayn dərslər zamanı yaranan problemlərdən də çıxış yolu tapa bilirlər. Əvvəlki dövrlərdə dövlət tərəfindən müəllimlər üçün aparılmış İKT hazırlığı təlimləri məhz bu mərhələdə özünü daha aydın şəkildə büruzə verir. Müəllimlərin İKT bacarıqları distant və onlayn dərslərdə özünü aydın göstərir, təhsilin fasiləsizliyi təmin olunur.

Təhsil Nazirliyi tərəfindən təqdim olunan operativ həll variantları, ənənəvi tədrisin müxtəlif vasitələrlə əvəz olunması, məktəblilərin təhsildən kənarda qalmaması üçün görülən işlər çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi də üzərinə düşən vəzifələri yerinə yetirir. Təbii ki, tədrisin məsafədən təşkili baxımından Təhsil Nazirliyi tərəfindən həyata keçirilən operativ tədbirlər fəaliyyətimizdə əsas istiqamətverici amil olub. Bütün resurslar səfərbər olunub ki, onlayn və ya distant təhsil imkanları daha da artırılsın.

Mövcud vəziyyətdən uğurla çıxmaq üçün məktəb və müəllimlərlə yanaşı, valideynlərin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində valideynlər övladlarının məsafədən təhsil almasına, müəllimlərlə ünsiyyətinə, övladlarının dərsi mənimsəyib-mənimsəməməsinə, bir sözlə, dərslərə məsuliyyətlə yanaşmasına xüsusi önəm verəcək və bu işdə müəllimlərə dəstək olacaqlar. Şagirdlərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi, teledərslərə diqqətinin artırılması üçün müəllim və valideynlərin üzərinə böyük vəzifələr düşür.

Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər təhsil sisteminin bu mərhələni də uğurla adlayacağını deməyə əsas verir. Düşünürəm ki, bu istiqamətdə atılan ən mühüm addım isə vaksinasiyadır. Pandemiyanı dayandırmaq, karantindən çıxmaq və nəhayət, şagirdlərimizi yenidən təhsil müəssisələrində görmək üçün hər birimiz vaksinasiya olunmalı, bu zəruri işdə fəal vətəndaş mövqeyi göstərməliyik”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  22-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 17:58
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
17 May 17:54
Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb
17 May 17:26
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanıblar
17 May 17:10
“Həqiqətin onomastikası” kitabı işıq üzü görüb
17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+15 +20