Ana səhifə »  Xəbər lenti »  Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır

Hər bir xalqın tarixində əvəzolunmaz rol oynayan, öz xalqı üçün xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində də məhz belə bir şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir. Heydər Əliyev bütün həyatını Öz doğma xalqının inkişaf və tərəqqisinə həsr etmiş, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş şəxsiyyətdir.
Əminliklə söyləmək olar ki, müasir Azərbaycanın keçdiyi yol bilavasitə Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Hələ sovet dövründə - 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev keçmiş ittifaq miqyasında geridə qalan respublikamızı qısa müddət ərzində öncül yerə çıxardı, Azərbaycan aqrar respublikadan, sənaye-aqrar respublikaya çevrildi. Ulu Öndərimizin həmin dövrdə misilsiz xidmətləri Azərbaycan xalqının rifah halını da əhəmiyyətli dərəcədə yüksəltdi.
Mən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində yazdığım bu məqaləni Onun müstəqillik dövrümüzün ilk illərində, daha doğrusu, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda göstərdiyi xilaskarlıq missiyasına həsr etmək istəyirəm. Məlumdur ki, 1980-ci illərin sonunda keçmiş SSRİ-nin bir sıra respublikalarında olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət gərginləşmişdi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, soydaşlarımızın doğma yurdlarından deportasiyası və başqa problemlər xalqın səbrini daşırırdı. Problem onda idi ki, həm SSRİ rəhbərliyi, həm də yerli hakimiyyət belə bir vəziyyətin qarşısını almaq niyyətində deyildilər.
Bildiyiniz kimi, 1991-ci ildə SSRİ rəsmən dağıldı, respublikalar öz müstəqilliyini elan etdilər. Amma buna baxmayaraq, həmin problemlər daha da çətinləşirdi. 1990-cı illərin əvvəllərində respublikamızın vəziyyəti çox ağır idi və prosesləri analiz edə bilən insanlar bunu dərk edirdilər. Azərbaycan günbəgün sarsılmaqda idi, ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular, onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, Vətənimizin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası, mənəvi cəhətdən sarsılmışdı.
Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-“Müsavat” cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə, hərc-mərclik daha da artdı, Ermənistanın hərbi təcavüzü daha sürətləndi. Çox qısa zamanda xalq gördü ki, AXC-“Müsavat” hakimiyyəti də idarəçiliyi bacarmır. Bu hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Azərbaycanda ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdılar ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma ozamankı hakimiyyət Ümummilli Lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə, Ona qarşı əsassız mübarizə aparırdılar.
Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Qürur duyuram ki, həmin müraciətdə mənim də imzam var. “91-lər hərəkatı” kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilib, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşürdü. Yəni, sözün əsl mənasında, vətən əldən gedirdi.
Belə bir şəraitdə 91 ziyalı Ulu Öndər Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində hazırlıq işləri başladı. Hakimiyyət isə Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranmasının qarşısını almağa çalışırdı. Onlar başa düşürdülər ki, xalqın Heydər Əliyevə böyük sevgisi var və belə bir partiya yaransa, xalqın ən güclü siyasi təşkilatına çevriləcək. Ona görə də partiya işi ilə məşğul olan şəxslərə qarşı hədə-qorxu gəlirdilər, fiziki təzyiqlərə məruz qoyurdular. Amma bütün bunlar bu insanların iradəsini sındıra bilmədi. 1992-ci ilin oktyabr ayında isə Naxçıvanda Ulu Öndər Heydər Əliyevi hakimiyyətdən devirməyə cəhd göstərdilər. Amma Naxçıvan əhalisi Heydər Əliyevi dəstəklədi və çevriliş cəhdi edənlərə tutarlı cavab verdi.
Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi, partiyanın strukturu, rəhbər heyəti formalaşdı. Bundan sonra isə respublikada təşkilatlanma prosesi başlandı. Təbii ki, ozamankı hakimiyyət bunun da qarşısını almağa çalışırdı. Amma insanlar Heydər Əliyevin yaratdığı partiyaya böyük həvəslə qoşulurdular.
Əlbəttə, o dövrdə respublikada vəziyyət o qədər ağır idi ki, həqiqətən də, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü davam edirdi, digər tərəfdən, ölkə daxilində iqtisadi, ictimai-siyasi böhran dərinləşirdi. 1993-cü ilin iyun ayında baş verən Gəncə hadisələri isə vəziyyəti daha da gərginləşdirdi. Azərbaycanda vətəndaş müharibəsi başladı.
Belə bir vəziyyətdə xalqımızda yekdil bir fikir formalaşdı ki, Azərbaycanı bu təhlükələrdən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilər. Ona görə də cəmiyyətimizin ən müxtəlif təbəqələri Heydər Əliyevə müraciətlər edirdilər. İş o yerə çatdı ki, AXC-“Müsavat” hakimiyyəti də bu reallığı dərk etməyə başladı. Hakimiyyətdəkilər özlərinin həyatının da təhlükədə olduğunu gördülər, hansısa bir üsyançı ilə bacara bilmədilər. Ona görə də iqtidarda olanlar da Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməyə məcbur oldular.
Beləliklə, Ulu Öndərimiz xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya gəldi və 15 iyunda Azərbaycan parlamentinin Sədri seçildi. Bu hadisə tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan xalqı öz gələcəyini Heydər Əliyevlə bağlı görürdü. Onun siyasi hakimiyyətə qayıdışı ictimai-siyasi mühiti tamamilə dəyişdirdi və insanlarda gələcəyə ümidi artırdı.
Qısa müddətdə Ulu Öndərimiz respublikada ictimai-siyasi sabitliyi bərpa etdi, separatçılığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu. Təbii ki, Azərbaycanın inkişafını istəməyən xarici qüvvələr və onların yerli əlaltıları hər cür təxribata əl atırdılar, dövlət çevrilişinə cəhd göstərirdilər. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri buna sübutdur. Amma hər iki hadisə zamanı xalq öz Liderini dəstəklədi və Onunla həmrəy olduğunu bəyan etdi. Fakt kimi onu xatırladım ki, 1994-cü ilin oktyabr hadisələri zamanı Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə yüz minlərlə insanın Prezident Sarayının qarşısına toplaşması bütün dünyaya bir mesaj oldu. Yəni xalqla Heydər Əliyev birliyinin sarsılmaz olduğu bütün dünyaya nümayiş olundu.
Qeyd etmək lazımdır ki, 2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. 2003-cü ildə prezident seçkiləri kampaniyası dövründə Ulu Öndərimiz Azərbaycan xalqına müraciət etdi və xalqı cənab İlham Əliyevi dəstəkləməyə səslədi. Xalq bu müraciətə müsbət cavab verdi və cənab İlham Əliyevi özünün Lideri seçdi. Prezident İlham Əliyev Heydər Əliyev yoluna sadiqliyini göstərərək Azərbaycanı uğurla inkişaf etdirir.
Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də əhali böyük şəhərlərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən torpaqlarımızın erməni işğalından azad olunması isə Azərbaycanın qarşısında yeni perspektivlər açır. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir. Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tikilib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin bəhrəsidir.
Sudeif İMAMVERDİYEV
YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi

 
  • Oxunub:  2280  |  
  • Tarix:  22-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+15 +20