Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avronest PA-nın 9-cu sessiyası başa çatıb

Avronest PA-nın 9-cu sessiyası başa çatıb

21.04.2021 [17:09]

Aprelin 20-də onlayn formatda işini davam etdirən Avronest PA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, plenar iclasda əvvəlcə 2019-cu il dekabrın 9-10-da Tbilisidə keçirilmiş 8-ci sessiyanın protokolu təsdiqlənib. Sonra Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun komitələrində baxılmış məsələlərə dair həmməruzəçilərin təqdimatları dinlənilib.

İclasda COVID-19 pandemiyası bitəndən sonra Şərq tərəfdaşlığının dirçəlişi, dayanıqlığı və demokratikləşmə perspektivləri mövzusunda debatlar aparılıb. Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda, azad və plüralist KİV-lərin rolu barədə müzakirələrdə bir sıra təkliflər səslənib. Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi təhlil olunub. Milli nümayəndə heyətlərinin üzvləri Avropada enerji siyasətinin möhkəmləndirilməsi imkanları və Şərq tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması, eləcə də gündəlikdəki digər məsələlər barədə fikirlərini bölüşüblər.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrində demokratikləşmə prosesləri, mövcud ictimai-siyasi vəziyyət, dayanıqlığın və təhlükəsizliyin artırılması, həmçinin bölgədə gedən proseslərdə Avropa İttifaqının daha yaxından iştirakı barədə fikir və mülahizələr səsləndirilib.

Müzakirələr zamanı Milli Məclisin deputatları Azər Kərimli və Hicran Hüseynova erməni deputatların Azərbaycanın əleyhinə səsləndirdikləri fikirlərə obyektiv reallıqdan çıxış edərək, konkret faktlara istinadən kəskin cavablar veriblər, erməni tərəfinin yalanlarını və böhtanlarını ifşa ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli bildirib ki, Avropa dövlətləri və institutları, o cümlədən ATƏT-in Minsk qrupu 30 il ərzində regionda mövcud olan münaqişəni sülh yolu ilə həll edə bilməyiblər. Hazırda biz bölgədəki qarşıdurmaya və nifrətə son qoyaraq yeni səhifə açırıq. Biz regionun gələcəyini qurmağa başlayırıq. Nəticədə Ermənistan da daxil olmaqla regionun bütün ölkələri tərəqqi etmək imkanı qazanacaq. Təəssüf ki, bu baxımdan Ermənistan tərəfin müvafiq addımları müşahidə olunmur.

Azərbaycan nümayəndə heyətinin üzvü Hicran Hüseynova Şərq tərəfdaşlığı çərçivəsində hələ də ikili standartların müşahidə olunduğunu vurğulayıb. O, erməni tərəfinin əsassız ittihamlarına etiraz edərək bildirib ki, Azərbaycan əraziləri on illərlə ermənilər tərəfindən işğala məruz qalıb və indi Azərbaycan özünün zəbt olunmuş ərazilərini azad edib, qarşı tərəf bu faktla barışmalıdır.

Plenar iclasda aparılan müzakirələr başa çatdıqdan sonra gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub. Bununla da Avronest Parlament Assambleyasının iki günlük 9-cu növbəti sessiyası işini başa çatdırıb.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30