Ana səhifə »  Xəbər lenti »  Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib
A+   Yenilə  A-
Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib

Görkəmli elm adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də bəşəriyyətin sərvətidir. Hər bir xalq özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz tutur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur.
Zərifə Əziz qızı Əliyeva 1923-cü ilin 28 aprel tarixində dövrünün görkəmli ictimai-siyasi və elm xadimi Əziz Əliyevin ailəsində, Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. Onun valideynləri Əziz Əliyev və Leyla Abbasova qədim Azərbaycan diyarı olan İrəvan mahalında anadan olublar. Ermənilərin azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirdiyi soyqırımı siyasəti və təqiblər onları Naxçıvan Muxtar Respublikası ərazisinə köçməyə məcbur edib.
Ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Qısa müddətdən sonra Zərifə xanım Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə aparırdı.
Eyni zamanda, Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Vətənə qayıdan Zərifə xanım Əliyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya qəbul olunur. O, bu müddətdə həm praktik əməli həkim fəaliyyəti ilə məşğul olaraq, həm də elmi axtarışlarını davam etdirir. Traxoma xəstəliyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotikdən - sintomisindən istifadə olunmasına həsr edir. Zərifə xanım Əliyevanın bu sahədə tədqiqatlarının nəticələri 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapıb.
Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə, öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi. Belə ki, məhz onun təklif etdiyi müalicə metodunun respublikada tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən xilas olub.
Sonrakı illərdə Zərifə xanım oftalmologiya elminin digər mühüm istiqamətləri üzrə tədqiqatlar həyata keçirdi. Onun qlaukoma xəstəliyi ilə bağlı tədqiqatları klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə müsbət təsir göstərib.
Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Bu sahədə apardığı dəyərli tədqiqatlara, gördüyü işlərə görə 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adını verib.
1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu dövrdə həkimlik fəaliyyətini davam etdirən Zərifə xanım göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarında iştirak edən həkimlərlə də pedaqoji iş aparıb.
Oftalmologiya sahəsində tədqiqatları davam etdirən Zərifə xanım respublikada bununla bağlı az öyrənilən sahələrə daha çox diqqət yetirirdi. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva az tədqiq olunan, lakin kifayət qədər aktual bir problem olan görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. O, həmçinin insanlarda peşə fəaliyyəti ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin aradan qaldırılmasına xüsusi diqqət göstərib.
Bundan sonra da Zərifə xanım Əliyeva elmi fəaliyyətini uğurla davam etdirib. Tezliklə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım 1983-cü ildə həmin kafedranın müdiri olur. O, kafedranın bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görərək 1977-ci ildə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun keçirilməsinə nail olub. Bakıda ilk dəfə keçirilən bu plenumun Azərbaycanda və keçmiş SSRİ-nin ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, elmi-pedaqoji kadrların hazırlanmasında xidmətlər göstərib.
Zərifə xanım Əliyevanın Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması haqqında təklifi plenumda bəyənilib. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda yaradılan həmin laboratoriyada bu sahədə dəyərli tədqiqatlar aparılıb.
Zərifə xanım Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib.
Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə xanım Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.
Azərbaycan elminə verdiyi töhfələrə görə Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb.
Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı Ümummilli Lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Həm Zərifə xanım Əliyeva, həm də Ulu Öndər Heydər Əliyev həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Vəfalı həyat yoldaşı olmaqla bərabər, Zərifə xanım Ulu Öndərə mənəvi dayaq olub. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.
Dövlətimiz bu dəyərli alimin xatirəsini əbədiləşdirib. Hazırda Bakıda Göz Xəstəlikləri İnstitutu onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində Zərifə xanımın adına istirahət parkı salınıb. Paytaxtda, eləcə də Naxçıvan şəhərində Zərifə Əliyevanın adını daşıyan küçə var.
Azərbaycan xalqı, o cümlədən respublikanın elmi ictimaiyyəti bu görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad olunur.
Cavanşir PAŞAZADƏ
Milli Məclisin deputatı,
YAP Təftiş Komissiyasının üzvü

 
  • Oxunub:  4050  |  
  • Tarix:  21-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 20:25
Milli Məclisdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş tədbir keçirilib
07 May 18:52
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
07 May 18:44
YAP Tovuz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib
07 May 18:42
ATƏT PA-nın iclasında erməni deputata tutarlı cavab verilib
07 May 18:28
YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib
07 May 18:20
Türkiyə Prezidentinin ötənilki fəaliyyətinə həsr olunan kitabda Azərbaycanla münasibətlərə geniş yer verilib
07 May 18:16
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
07 May 17:55
Səməd Seyidov: “Azərbaycan Prezidentinin BBC-yə müsahibəsi bütün dünyada böyük maraq doğurub”
07 May 17:54
Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək
07 May 17:53
Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub
07 May 17:51
Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO
07 May 17:47
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb
07 May 17:45
Hər gün DOST mərkəzinin “Cağrı mərkəzi” 4 minədək telefon zənginə cavab verir
07 May 17:44
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
07 May 17:35
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı
07 May 17:31
Bədən Tərbiyəsi və İdman Akademiyası tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir
07 May 17:29
Peyvənd olunanlar da tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər
07 May 17:28
Vergi orqanlarına işə qəbul başa çatıb
07 May 17:27
DİN: Bakıda qanunsuz aksiya keçirilməsi cəhdinin qarşısı alınıb
07 May 17:21
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib
07 May 17:18
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir
07 May 17:16
Rəcəb Tayyib Ərdoğan: Türkiyə istehsallı vaksinləri bütün ölkələrlə paylaşmağa hazır olduğumuzu bildirmişik
07 May 17:14
Azərbaycanda koronavirusa 722 yeni yoluxma faktı qeydə alınıb
07 May 17:09
“Ən yaxşı təqdimat” müsabiqəsi yekunlaşıb
07 May 17:05
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
07 May 17:04
YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib
07 May 16:26
YAP Qaradağ rayon təşkilatında “Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfrans keçirilib
07 May 15:34
Ulu Öndərin azərbaycançılıq ideologiyası daha da güclənəcək və möhkəmlənəcək
07 May 15:23
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
07 May 15:18
Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA