Ana səhifə »  Xəbər lenti »  İbadətə bərabər ziyarət...
A+   Yenilə  A-
İbadətə bərabər ziyarət...

Və ya ağ damları dağıdılmış Ağdamda gördüklərim...
İllərdir düşmən işğalında qalmış torpaqlarımızın azad olunması hər bir azərbaycanlını ən ümdə arzusuna - bu torpaqları ziyarət etmək arzusuna qovuşdurdu. Bu mənada, Medianın İnkişafı Agentliyinin aprelin 15-də işğaldan azad edilmiş Ağdam rayonuna yerli jurnalistlər üçün təşkil etdiyi səfər media nümayəndələri üçün həm illərin arzusu, həm də erməni vəhşiliklərinin təbliği üçün vacib idi. Qeyd etmək lazımdır ki, 30 ilə yaxın işğal altında qalmış, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, bir güllə atılmadan Azərbaycana təhvil verilmiş Ağdam rayonu düşmən tərəfindən darmadağın edilib. Bu haqda bir az sonra...
Ağdamda canlı mina partlayışını izlədik...
Səfər çərçivəsində ilk olaraq rayonun giriş hissəsində yerləşən Təzəkənd ərazisində ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olduq. Vurğulamaq yerinə düşər ki, mənfur düşmən rayon ərazisinə külli-miqdarda mina basdırıb və bu minalanmış ərazilərin xəritələri hələ də Azərbaycana təhvil verilməyib. Rayonun minalanmış əraziləri ilə bağlı geniş məlumat verən ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov bildirdi ki, minaaxtaranlar tərəfindən Ağdamda, ümumilikdə 3 milyon 600 min kvadrat metrdən çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Əməliyyatlar nəticəsində 146 ədəd tank əleyhinə və 189 ədəd piyada əleyhinə mina tapılıb. Bundan başqa, Ağdam rayonu ərazisində 1251 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Minalardan təmizlənməsi nəzərdə tutulan ilk ərazilər isə Bərdə-Ağdam dəmiryol xətti və avtomobil yoludur. Regionda ANAMA-nın 32 əməliyyat heyəti çalışır. Yanvar ayından bu yana aşkarlanan bütün minalar zərərsizləşdirilib. Bu işdə ANAMA-ya Milli Ordunun İstehkam Xidməti qoşunları, o cümlədən Türkiyədən ölkəmizə gəlmiş xüsusi heyət də dəstək göstərir. Məlumatlandırmadan sonra səfərdə iştirak edən media nümayəndələri mina partlamasını canlı izləmək imkanı qazandılar.
Xarabalığa çevrilmiş yurd yerləri, əkin sahələri, kəndlər...
Səfər haqqında təəssüratlarımızı bölüşmədən öncə vurğulamaq gərəkir ki, Ağdam rayonu vaxtilə Azərbaycanın ən abad, inkişaf etmiş, hətta deyərdim ki, sənayenin inkişafı baxımından ən öndə gedən regionlarından sayılıb. Bu gün isə Təzəkənddən üzü Ağdama yol aldıqca bizləri tamamilə fərqli bir mənzərə müşayiət edir. Xarabalığa çevrilmiş yurd yerləri, əkin sahələri, kəndlər, yollar, hətta qəbiristanlıqlar. Bəli, erməni vəhşiliyi qəbiristanlıqlarımızdan da yan keçməyib. Yolüstü, Ağdamın girəcəyində ikinci Şəhidlər xiyabanında dayanırıq. Burada nə bir qəbir var, nə də bir iz. Yol bələdçimiz, Ağdama gələn hər kəsə Ağdamı ev-ev, küçə-küçə anladan, göstərən Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının aparat rəhbəri Zülfü Qasımov bildirdi ki, Birinci Qarabağ müharibəsində ən çox şəhid vermiş Ağdam rayonunda birinci Şəhidlər xiyabanı dolduqdan sonra, qəhrəman övladlarımız məhz bu yerdə - ikinci Şəhidlər xiyabanında dəfn etmək qərarı verilib. Qəbirlərimizə qarşı belə nifrətlə davranan vəhşi ermənilər isə bu qəbirləri söküb-dağıdıb, təhqir ediblər. Birinci Şəhidlər xiyabanında da mənzərə eynidir. Sonradan bəzi qəbirlərin yeri təxmini müəyyənləşdirilsə də, orada uyuyan yüzlərlə, bəlkə də minlərlə insanın son mənzili erməni vəhşiliyinin qurbanına çevrilib.
Abad küçələri daş yığını, xarabalıq otları əvəz edir...
Qeyd etmək lazımdır ki, təhlükəsizliyin təmini üçün rayona gələn qonaqlar, ziyarətçilər qoyulan qadağalara riayət etməlidirlər. Zülfü müəllim bizi hər dayanacaqda bir daha xəbərdar edir, təhlükəli ərazilərə keçməməyi, yoldan kənara çıxmamağı məsləhət görürdü. Vurğulayım ki, yolboyu uzanan ərazilərdə ermənilərin vaxtilə tikdikləri müşahidə məntəqələri, müəyyən məsafələrlə quraşdırılmış istehkamların qalıqları var. Ağ damlı evlərimizdən isə uçuq-sökük divarlar, ot-alaq basmış xarabalıqlar qalıb. Ən sarsıdıcı hal o idi ki, vandal ermənilər günahsız insanlarımızla yanaşı, cansız daşlarımıza, divarlarımıza belə divan tutublar. Rayon xəstəxana kompleksi, Uşaq xəstəxanası, Doğum evi, məktəb binaları, beşmərtəbəli binalar, abad küçələr bu gün yalnız şəkillərdən boylanır. Onların yerində isə daş yığını, xarabalıq otları və ağacları boy göstərməkdədir. Azərbaycanın ilk region teatrı olaraq Dram Teatrı adını alan Ağdam rayon Dram Teatrının binası da yerlə-yeksan edilib. Şəhərin mərkəzində olan, vaxtilə göz oxşayan bütün binalar xarabalığa çevrilib. Ağdam məscidinin isə minarələri qalmaqdadır. Düşmən buradan oriyentir kimi istifadə edirmiş. Məscidi ziyarət etdiyimiz zaman Z.Qasımov bildirdi ki, cənab Prezidentimiz Ağdama səfəri zamanı məscidə “Qurani-Kərim” hədiyyə edib. Qalib Ali Baş Komandanın bu hədiyyəsi məsciddə saxlanılır.
Pənahəli xanın türbəsi, sarayı və divanxanası da erməni təcavüzünə məruz qalıb...
Qədim tarixə malik Ağdamın orta əsrlərdə mərkəzə çevrilməsi Qarabağ xanlığının və bu xanlığın qurucusu Pənahəli xanın adı ilə bağlıdır. Məhz rayonun Ağdam adlandırılması da xanın o dövrdə rayon mərkəzində tikdirdiyi sarayın və divanxananın ağ damı ilə əlaqələndirilir. Vurğulamaq lazımdır ki, erməni vəhşiliyi rayonun İmarət adlanan saray-məqbərə kompleksindən və eyniadlı rayon stadionundan da yan keçməyib. Məqbərə kompleksindəki Pənahəli xana və oğlu İbrahimxəlil xana məxsus türbələr dağıdılıb, xan qızı Natavanın abidəsi isə yerlə-yeksan edilib. Qarağacı qəbiristanlığındakı məzarlar da eyni aqibəti yaşayıb və orada da hər addımda erməni vəhşiliyinin izi özünü göstərməkdədir.
Rayonun tarixi abidələrindən sayılan Şahbulaq qala kompleksi də erməni vəhşiliyinin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizdəndir. Kompleksi əvvəlcə “muzeyə” çevirərək özlərinin yalançı “qalibiyyətlərinə” şahid tutmağa çalışan ermənilər sonradan orada restoran açıblar. Ağdamın düşməndən azad olunması ilə tarixi abidə kompleksi yenidən öz təyinatına qayıdıb.
Ağdam AZƏRBAYCANDIR!!!
“Şükürlər olsun ki, Allah xoşbəxt günləri bizə yenidən yaşatdı. Dövlət başçımıza, Ali Baş Komandana xüsusi minnətdarlıq edirəm. Məhz ölkə rəhbərinin, qəhrəman Ordumuzun rəşadəti sayəsində 30 ildən sonra doğma yurdumuza, boya-başa çatdığımız rayona qayıtmaq bizə nəsib oldu. Dövlətimizin, Prezidentimizin səyi ilə biz qısa müddətdə yenidən Ağdamın köhnə gözəlliyini özünə qaytaracağıq”.
Bu fikirləri yolboyu bizlərlə bir yerdə o ağrı-acını yaşayan Zülfü Qasımov deyir. Bütün jurnalistlər həm Zülfü müəllimə, həm də bizi müşayiət edən Medianın İnkişafı Agentliyinin departament rəhbəri Rüstəm Əbülfətoğluna xüsusi minnətdarlıq etdilər. Təbii ki, bu səfər bizə olduqca ağır təəssürat bağışladı. Amma bir təskinliyimiz var: Ağdam AZƏRBAYCANDIR!!!
Pərviz SADAYOĞLU
Bakı-Ağdam-Bakı

 
  • Oxunub:  3240  |  
  • Tarix:  20-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13