Ana səhifə »  Xəbər lenti »  “Din və ideoloji təhlükəsizlik” kitabının onlayn formatda təqdimatı keçirilib
A+   Yenilə  A-
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn formatda təqdimatı keçirilib

Aprelin 19-da Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun “Din və ideoloji təhlükəsizlik” kitabının onlayn formatda təqdimatı keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun moderatorluğu ilə baş tutub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, din və təhlükəsizlik sahəsində digər dillərdə, xüsusən ingilis dilində çoxsaylı kitab və məqalələr olsa da, sözügedən araşdırma Azərbaycanda bu sahədə yazılan ilk əsərdir.

Mövzu ilə əlaqədar akademik əsərlərin yazılmasının vacibliyinə toxunan İlahiyyat İnstitutunun rektoru kitabın bölmələri haqqında geniş məlumat verib. Nümunənin “Beynəlxalq və regional münasibətlər sistemində din amili”, “Bəşəriyyətin yeni kabusu: dini radikalizm”, “Din və təhlükəsizlik”, “İctimai həyatda dinin rolu”, “Din və hüquq”, Dinlərarası və mədəniyyətlərarası dialoq” fəsillərindən ibarət olduğunu bildirib. O, eyni zamanda, mühüm əhəmiyyət kəsb edən bu əsərin gənclər, xüsusilə universitet tələbələri tərəfindən istifadə edilməsinin vacibliyi barədə danışıb.

Milli Məclisin deputatı Arzu Nağıyev kitabın dövrümüz üçün aktuallıq kəsb edən mövzuya həsr edildiyini bildirərək nəşrdə çox ciddi məqamlara toxunulduğunu vurğulayıb. Digər ölkələrdən transfer olunan dini cərəyanların arxasında heç də hər zaman xoş niyyət və məramlı qüvvələrin dayanmadığını qeyd edən deputat bu qrupların sosial şəbəkələr vasitəsilə gəncləri təsir altına salmağa çalışdıqlarını söyləyib. O, həmmüəlliflərin din və ideoloji təhlükəsizlik sahəsindəki zəngin təcrübəsinin nəşrdə özünü büruzə verdiyini bildirib. A.Nağıyev kitabın dərslik kimi hüquq-mühafizə orqanlarının və digər təhsil müəssisələrində istifadə edilməsinin, eləcə də xarici dillərə tərcümə olunmasının əhəmiyyətinə diqqət çəkib.

Deputat Elman Nəsirov çıxışında bildirib ki, hazırkı dünya nizamının pozulduğu, beynəlxalq münasibətlər sistemində xaosun hökm sürdüyü, beynəlxalq hüquq normalarının tapdalandığı vəziyyətdə dini radikal qrupların müxtəlif vasitələrlə, eyni zamanda sosial şəbəkələrin köməyi ilə təbliğat aparmaları və öz dırnaqarası ideologiyalarını yaymaları dünya ölkələrini böyük bir təhlükə ilə üz-üzə qoyur. Bu baxımdan nəşr edilən kitab təkcə Azərbaycanın hüdudlarında və ya regional deyil, beynəlxalq müstəvidə də çox mühüm əhəmiyyət kəsb edir. Elman Nəsirov dünya nümunəsində bu formatda bir çox vəsaitin mövcud olduğunu, Azərbaycan reallığı və dəyərlərini özündə əks etdirən kitabın da daha geniş auditoriyaya çatdırılmaq üçün digər dillərə tərcümə edilərək yayılmasının vacibliyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Azərbaycanda ilk dəfə olaraq təhlükəsizlik eksperti və ilahiyyatçıların birgə ərsəyə gətirdiyi kitabı din və ideologiya sahəsinə giriş vəsaiti və nəzəriyyə kimi xarakterizə edib. Onun dövlət-din münasibətləri sahəsində istər dövləti, istər dini sahəni təmsil edən, eyni zamanda təhlükəsizlik məsələlərindən məsul olan şəxslər üçün mühüm əhəmiyyətli istinad olduğunu bildirib. Qeyd edilib ki, ilk dəfə bu sahəyə həm təhlükəsizlik, həm də elmi cəhətdən yanaşılması, Azərbaycan həqiqətləri, dövlət maraqları və xalqın dini baxışlarının əks olunması, müxtəlif auditoriyalarla yanaşı, tələbələr üçün də zəngin vəsait olması baxımından “Din və ideoloji təhlükəsizlik” kitabı əvəzi olmayan nəşrdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov nəşrin bütün bəşəriyyət üçün taleyüklü məsələyə həsr edildiyini diqqətə çatdıraraq günümüzdə sosial şəbəkələr vasitəsilə dini və milli zəmində münaqişələrin artmaqda davam etdiyini bildirib. O, 1990-cı illərin əvvəllərində ölkəmizdə bəzi maraqlı dairələrin ideoloji boşluqdan istifadə etməsinin fəsadlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Mərkəzin dəstəyi ilə “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədris edildiyini bildirən Rəvan Həsənov sözügedən nəşrin də tədris proqramına daxil edilməsinə maraqlı olduqlarını qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bildirib ki, radikallığın kökündə dinin düzgün anlaşılmaması dayanır. Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsinin, dinin ictimaiyyətə düzgün formada çatdırılmasının vacibliyinə toxunan F.Nurullayev bu baxımdan kitabın 4-cü fəslinə, o cümlədən “Din və təhsil” mövzusuna xüsusi diqqət çəkib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə çıxışında vurğulayıb ki, son dövrlər sosial şəbəkələrdə təhlükəli xarakter alan informasiya mənbələrinə ciddi fikir vermək lazımdır. M.İsmayılov Fondun bu qəbildən olan kitabların nəşrinə xüsusi diqqət yetirdiyini deyib.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev və Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli çıxışlarında nəşrdə din sahəsindəki bir çox mühüm məqamlara toxunulmasını, əsərin həm elmi, həm də tədris vəsaiti kimi əhəmiyyətini vurğulayıblar.

Kitabın həmmüəllifləri Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərov və Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov ölkəmizin nümunəvi dövlət-din modelindən söz açaraq dinin siyasiləşdirilməsinin yolverilməz olduğunu qeyd ediblər. Kitabın bu baxımdan əhəmiyyətinə diqqət çəkərək nəşrdə dini təhlükəsizlik sahəsində baş verən proseslər və onların mahiyyəti, mövcud təhdidlər və onlarla mübarizə yollarının işıqlandırıldığını bildiriblər.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, din adına törədilən müharibələr, qaranlıq orta əsr faciələri və müasir münaqişələr dinin nüfuzuna xeyli ziyan vursa da həm tarix, həm də bugünkü mənəvi böhran dini əvəz edəcək bir sistemin olmadığını göstərir. Ona görə də bəşəriyyət dini rədd etmək əvəzinə, yeni baxışlar formalaşdırmaq məcburiyyətindədir. Sədr müavini vurğulayıb ki, şüarçılıq, ümumi çağırışlar və danışıqlar cəmiyyətin kökündəki dini ziddiyyətləri aradan qaldırmaqda o qədər də səmərəli görünmür. Dini ixtilafın və münaqişənin qarşısının alınmasının yolu din haqqında anlayışların dərinləşdirilməsindən və yenilənməsindən keçir. Din özünün ilkin mahiyyətində tərəqqi yaradan amil idisə, zaman keçdikcə təhriflərə yol verildi. Bütün bu məqamlar dinin əsl funksiyası və məqsədi barədə məsələlərə diqqətli olmağı tələb edir. Dinin mənəvi dəyər çərçivəsində qalıb öz həqiqi funksiyasını həyata keçirməsi olduqca vacib məsələdir.

Bildirilib ki, kitabda milli təhlükəsizliyimizin, eləcə də beynəlxalq təhlükəsizliyin başlıca tərkib hissəsi olan dini təhlükəsizliyin təminatına xüsusi yaradıcılıqla yanaşılmasının vacibliyi nəzərə çatdırılıb. “Din azadlığı yoxsa təhlükəsizlik: prioritet hansıdır?” sualı cavablandırılmaqla hər ikisinin prioritet olması vurğulanıb.

Səyavuş Heydərov diqqətə çatdırıb ki, sivilizasiyaların toqquşması deyil, ümümdünya sülhünün bərqərar olmasına yönəlmiş nəzəriyyənin meydana gəlməsi zərurətə çevrilib. O, ölkəmizin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən multikulturalizm, birgəyaşayış strategiyasının artıq dünya ictimaiyyətinin diqqətində olduğunu qeyd edib. Azərbaycanın dünyanın xilası üçün təqdim etdiyi strategiyanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin birləşdiyi mərkəzlərdən birinə çevriləcəyinə əminliyini ifadə edib. Bu nəzəriyyənin təməlinin isə Prezident İlham Əliyevin memarı olduğu “Bakı Prosesi” platforması ilə qoyulduğunu əlavə edib.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  19-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
06 May 18:27
Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
06 May 18:14
Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir
06 May 18:02
Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir
06 May 17:59
Baş Prokurorluq: Azərbaycandan Rusiyaya bir nəfər ekstradisiya edilib
06 May 17:58
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
06 May 17:52
UNEC-də Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar mövzusunda konfrans təşkil edilib
06 May 17:48
Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
06 May 16:49
Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb
06 May 16:45
Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var
06 May 16:44
Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb
06 May 16:23
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 16:17
Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşüb
06 May 16:14
Deputat: Dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır
06 May 16:12
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib
06 May 16:09
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
06 May 15:40
Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir
06 May 15:34
ANAMA-ya daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb
06 May 15:13
İyirmi üç yaşayış məntəqəsində subartezian quyuları qazılacaq – SƏRƏNCAM
06 May 15:12
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
06 May 15:09
Pirallahı rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş konfrans keçirilib
06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA