Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Üç ayda Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 250,2 milyon dollar olub

Üç ayda Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 250,2 milyon dollar olub

19.04.2021 [15:15]

Cari ilin birinci rübündə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 250 milyon 292,9 min ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilir ki, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz və ya 39 milyon 337,2 min dollar azdır.

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycandan 145 milyon 714 min dollarlıq məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 11,4 faiz azdır. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 7,5 faizini təşkil edib.

Üç ayda Gürcüstandan Azərbaycana 104 milyon 578,9 min dollarlıq məhsul ixrac olunub. Bu da, 2020-ci ilin birinci rübü ilə müqayisədə 16,4 faiz azdır.

Nəticədə cari ildə Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsində 41 milyon 135,1 min dollarlıq mənfi saldo yaranıb.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31