Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyev xalqın xilaskarı kimi adını tarixə yazdı
A+   Yenilə  A-
Prezident İlham Əliyev xalqın xilaskarı kimi adını tarixə yazdı

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa səs verdi. Aprelin 11-də xalqımız İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, “Yeni hədəflərə doğru” müddəalarına yenidən "hə” deməklə bu inkişafın davamlılığını, dinamizmini şərtləndirdi və sürətləndirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

A.Məmmədov qeyd edib ki, xalqımız Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına mandat verdi. Azad, şəffaf şəraitdə Azərbaycan seçicilərinin mütləq səs çoxluğu ilə yenidən prezident seçilən İlham Əliyevin xalq qarşısında çıxışında səsləndirdiyi fikirlər, verdiyi vədlər hər biri tam şəkildə yerinə yetirilib və yetirilməkdədir. Bu qələbənin təməlində Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 2003-cü ildən ötən on səkkiz il ərzində gördüyü işlər, Azərbaycanın iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar, Heydər Əliyev yoluna olan inam dayandı. Bütün bunları rəhbər tutan seçicilərin mütləq əksəriyyəti öz səsini məhz ötən dövrün sosial-iqtisadi uğurlarına nail olan, səmərəli islahatlar həyata keçirən layiqli namizədə verdi.

Deputat vurğulayıb ki, Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev inkişaf yoluna çıxardığı Azərbaycanın iftixar doğuran yüksəlişinin icmalını verdi və qarşıdakı 7 ildə respublikamızın hədəflərini diqqətə çatdırdı, inkişaf strategiyasının 11 istiqamət üzrə yol xəritəsini müəyyənləşdirdi. Proqram xarakterli həmin çıxışında Prezident İlham Əliyev Azərbaycanın daha da qüdrətli ölkəyə çevriləcəyini, siyasi-iqtisadi islahatların dərinləşdiriləcəyini bildirərək demişdi: “Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.

Deputatın sözlərinə görə, ötən 3 il Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə yadda qaldı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Bu dövrdə Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin inşasının başa çatdırılması, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi ilə yeni enerji və nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində qarşıya qoyulan vəzifələr yerinə yetirildi.

Deputat bildirib ki, həmçinin dünyanı bürüyən qlobal böhran, pandemiya bəlası ilə mübarizə zamanı da Prezident İlham Əliyev mühüm təşəbbüslərlə çıxış etdi. İlk gündən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, problemi xüsusi diqqət mərkəzində saxlaması böyük çətinliklərin və itkilərin qarşısını aldı. Məhz dövlət başçısının müdrik siyasəti nəticəsində ölkəmizdə vaxtında pandemiyaya qarşı səmərəli mübarizənin əsası qoyuldu. Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida”. Prezident bu illər ərzində verdiyi sözləri yerinə yetirdi, Ermənistana və onun havadarlarına etdiyi xəbərdarlıqlarının boş söz olmadığını 44 günlük müharibədə sübuta yetirdi.

Anar Məmmədov bildirib ki, nəticədə ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində torpaqlarımızın azad edilməsi ilə Prezident, Ali Baş Komandan İlham Əliyev dövlətimiz və xalqımız üçün olduqca mühüm və tarixi vəzifəni şərəflə yerinə yetirdi. Ermənilərin və onların havadarlarının 1828–ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətə son qoyuldu. Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. Ən önəmlisi isə odur ki, Prezident İlham Əliyevin özünün də dediyi kimi, Azərbaycan tarixin heç bir mərhələsində indiki qədər güclü olmayıb.

 
  • Oxunub:  3540  |  
  • Tarix:  19-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

09 May 15:42
Müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədidir
09 May 15:10
Faşizm üzərində Qələbənin 76-cü ildönümü ilə əlaqədar Bakıda tədbir keçirilib
09 May 14:40
Şuşa şəhərində İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
09 May 14:28
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib
09 May 13:30
Faşizm üzərində Qələbənin qazanılmasında misilsiz xidmətləri olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb
09 May 13:29
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb
09 May 13:20
MDB ölkələrinin səfirləri və hərbi attaşelər ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 12:49
Diaspor könüllüləri və gəncləri “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
09 May 12:11
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
09 May 11:06
DTX faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib
09 May 11:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabını çapa hazırlayır
09 May 10:59
Azərbaycanın Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb
09 May 10:55
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 10:07
Bu gün faşizm üzərində Qələbədən 76 il ötür
09 May 00:48
Son üç yüzillik tariximizdə Qarabağın dünəni, bu günü və sabahı
09 May 00:41
Peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək lazımdır

09 May 00:37
Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır

09 May 00:36
Ermənistanda seçkiqabağı dövrdə həm iqtidar daxilində, həm də müxalifətdə parçalanma müşahidə edilir
09 May 00:34
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir
08 May 22:04
Aysel Tahirova: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın yüksək inkişafını təmin edib
08 May 21:57
Heydər Əliyevin sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi
08 May 20:59
Daha üç Vətən müharibəsi qazisinin əməliyyat xərcləri qarşılanıb
08 May 20:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub
08 May 20:55
Deputat: Şuşamız 29 ildən sonra ilk dəfədir mayın 8-ni azad, bərpa olunan, yenidən çiçəklənən şəkildə qarşılayır
08 May 20:54
Fransalı mer: Faşizm ideologiyasına qarşı qətiyyətlə mübarizə aparılmalıdır
08 May 20:52
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsini Çinin “Weibo” sosial şəbəkəsində 35 milyondan çox insan izləyib
08 May 20:47
Politoloq: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 8 may ağrısına son qoydu
08 May 20:30
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı
08 May 20:27
Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim
08 May 19:09
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanımızın xilaskarı və banisidir
08 May 18:20
Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün 20 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
08 May 18:19
Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı Sərəncam imzalayıb
08 May 18:17
Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb
08 May 18:15
Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək
08 May 18:14
Şuşada növbəti mövsümdə 31 bina istiliklə təmin ediləcək - SƏRƏNCAM
08 May 18:12
Naxçıvanda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub
08 May 18:05
Binə qəsəbəsindəki Şəhidlər xiyabanında təmir işləri başa çatıb
08 May 18:03
Alimlər insan ömrünü uzatmağın yeni vasitələrini müəyyən ediblər
08 May 17:50
Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər kateqoriyadan olan şəxslərə birdəfəlik maddi yardım ödənilib
08 May 17:46
Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən beynəlxalq festivalda iştirak edib
08 May 17:45
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır
08 May 17:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mürsəl Kazımlının ailəsini ziyarət etmişlər
08 May 17:37
Pərvin Kərimzadə: Azərbaycan mədəniyyətinin paytaxtı elan edilən Şuşanın tarixi kimliyi özünə qayıdır
08 May 17:34
YAP Nərimanov rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib
08 May 17:19
YAP Nəsimi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib
08 May 17:02
Azərbaycanda koronavirusa 649 yeni yoluxma faktı qeydə alınıb
08 May 17:01
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olunub
08 May 16:58
YAP Goranboy rayon təşkilatı Ümummilli Lider Heydar Əliyevin anadan olmasının 98-ci il dönümünü qeyd edib
08 May 16:55
Xızıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib
08 May 16:53
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib
08 May 16:51
Türkiyə Prezidenti: Tam qapanma başa çatandan sonra atılacaq addımları yaxın günlərdə elan edəcəyik
08 May 16:48
“Heydər Əliyev yolu Azərbaycanı daha uca zirvələrə aparacaq”
08 May 16:38
Kamilə Əliyeva: Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və Azərbaycan cəmiyyətinə çatdırılması hamımızın ümdə vəzifələrindəndir
08 May 16:37
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 yarışına hazırlıq işlərini gücləndirib
08 May 16:35
Mayın 9-dan 15-dək Əmlak Xidmətləri Məkanında qeyri-iş günü olacaq
08 May 16:33
Təhsil naziri: X-XI sinif şagirdləri təhsillərini distant formada davam etdirəcəklər
08 May 16:29
Texniki Universitetin baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib
08 May 16:26
Qarabağda “yaşıl enerji” zonasının yaradılması Milli Prioritetlərin başlıca istiqamətlərindəndir
08 May 16:12
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
08 May 16:10
Azərbaycanın ən yeni tarixinin unudulmaz səhifəsi
08 May 16:08
BDU-da “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
08 May 16:04
Mayın 9-dan 15-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq
08 May 15:59
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfli ömür yolu hər bir gənc üçün örnəkdir
08 May 15:53
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Baş Prokurorluqda qeyd edilib
08 May 15:36
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
08 May 15:28
Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
08 May 15:20
YAP Nəsimi rayon təşkilatında bir qrup qaziyə partiya vəsiqələri təqdim olunub
08 May 15:15
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşa ilə bağlı paylaşımı edib - VİDEO
08 May 15:14
AzMİU-da “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda elmi konfrans keçirilib
08 May 15:10
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar aztəminatlı ailələrə sovqat göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA