Ana səhifə »  Xəbər lenti »  Azərbaycan regionun lideri olaraq mühüm təşəbbüslərlə çıxış edir
A+   Yenilə  A-
Azərbaycan regionun lideri olaraq mühüm təşəbbüslərlə çıxış edir

Cari ilin 13 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etmişdir. Cənab Prezident öz çıxışında ölkəmizdə və dünya miqyasında baş verən proseslərə toxunmuş və onlara siyasi qiymət vermişdir.

Birinci istiqamət İrəvanın uzun zaman kəsiyində yürütdüyü işğalçılıq siyasəti və həmin siyasətin acı nəticələrini dəyərləndirməyə həsr olunmuşdur. Peşəkar siyasətçi və diplomat olan Prezidentimiz siyasi dəyərləndirmələri gələcək diplomatlar üçün bir “Ustad dərsi” kimi qiymətləndirilməlidir.

Otuz ilə yaxın bir müddət ərzində Ermənistanın əsas məqsədi münaqişəni dondurulmuş şəkildə saxlamaq olmuşdur. Bunun üçün nə bacarıblarsa ediblər. Belə ki, torpaqlarımız işğldan azad olunduqdan sonra məlum olmuşdur ki, onlar nəhəng istehkamlar və müdafiə xətlərini tikməyə milyonlarla dollar vəsait sərf etmişlər. Əsas məqsəd həmin əraziləri həmişəlik işğalda saxlamaq istəyi ilə bağlı olmuşdur, lakin qəhrəman Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında çaldıqları Zəfər ermənilər və onların havadarlarının planlarını alt-üst etdi.

Rəsmi Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibəsində çoxsaylı müharibə cinayətləri törətmişdir. Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsi zamanı informasiya mühiti indiki kimi deyildi. Ermənilərin törətdikləri vəhşiliklər və barbarlıqla bağlı çoxlu faktlar ya sənədləşdirilməmiş və ya sənədləşdirilsə də beynəlxalq ictimaiyyətə çatdırılmamışdır. Məhz bu səbəbdən də həmin müharibə cinayətləri aşkara çıxmamışdır.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan bu çatışmazlığı nəinki aradan qaldırmağı, hətta bütün dünyanın diqqətini həmin törədilmiş hərbi cinayətlərə fokuslamağı bacardı. Belə ki, Gəncə şəhərinə atılan ballistik raketlərin hədəfi olan yaşayış kompleksləri təsadüfi seçilməmişdi. Gecə vaxtı, insanların yatdığı zaman hədəflənmiş hücum mülki əhaliyə qarşı törədilmiş cinayət idi. Bu isə erməni siyasətinin xislətindən xəbər verir. Rəsmi İrəvanın beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalaması, hər gün artilleriya atəşinə tutması buna bariz misaldır.

Başqa bir məsələ münaqişənin tarixinin ermənilər və onların havadarları tərəfindən təhrif olunmasıdır. Halbuki münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Çünki həmin ərazilərdə vaxtilə yaşayanların yaddaşında bu hadisələr olduğu kimi qalmışdır. Lakin yetişən gənc nəsil tarixi həqiqətləri dəqiq bilməlidir. Sovet dövründə Azərbaycanın həqiqi tarixini silmək istəyənlər belə təbliğat aparırdılar ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri cinayətkar deyil, qəhrəmandırlar. Gənclər Zəngəzurun tarixən Azərbaycan ərazisi olmasını bilməlidirlər, çünki həmin torpaqlar 1920-ci ildə Ermənistana verilmişdir.

44 günlük müharibə zamanı Azərbaycan xalqının əldə etdiyi Qələbə dövlətimizin iqtisadi və siyasi gücünün artmasının, həmçinin beynəlxalq mövqeyinin yüksəlməsinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bizim iştirakımızla keçirilən bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olmuşdur. Məlumdur ki, beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulur. Belə ki, İtaliya bizim ölkəmizin yaxın tərəfdaşı olduğu üçün, onlarla strateji tərəfdaşlıq haqqında ikinci sənəd də imzalanmışdır. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir.

Hər bir ölkədə siyasi sabitlik inkişafın əsasıdır və ölkəmizin dayanıqlı stabilliyə ehtiyacı var. Riskləri aradan qaldırmaq və ya onu minimallaşdırmaq üçün lazımi addımlar atılır və atılacaqdır. Ölkəmizin Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Eyni zamanda, bölgədə yürütdüyümüz Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı kifayət qədər uğurlu və perspektivli bir siyasi gedişdir.

Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət yetirir. Belə ki, Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz mövcuddur. Həmin əməkdaşlığın əsasını nəqliyyat sahəsində həyata keçirdiyimiz və keçirilməsi planlaşdırılan layihələr təşkil edir. Artıq Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilmişdir. Ölkəmizin okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik.

Hazırda bizim imkanlarımız o qədər genişdir ki, Azərbaycan istənilən vəzifənin öhdəsindən layiqincə gələ bilər. Lakin bu, o demək deyildir ki, bizim ərazi iddialarımız var. Əgər yaxın zaman kəsiyində biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə İrəvana qayıtmaq haqqında düşünməyək? İkitərəfli əməkdaşlıq üçün Azərbaycanlıların və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq, çünki hələlik Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyildir.

Azərbaycan Qarabağda bərpa işlərinə start verib. Bu bölgə gələcəkdə ölkə iqtisadiyyatında, qeyri-enerji sektorunda və nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaqdır. Bununla əlaqədar olaraq üç hava limanı və dəmir yollarının əlaqələndirilməsi və lazım olan bütün infrastruktur layihələrinin icrası işlərinə artıq başlanılmışdır. Azərbaycan həmişə öz məsuliyyətini dərk edən bir dövlət olub və bundan sonra da həmin ənənəyə sadiq qalacaqdır.

Sabir FƏTƏLİYEV,

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonunun fəal gənci

 
  • Oxunub:  2160  |  
  • Tarix:  19-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram
05 May 16:07
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
05 May 16:03
“Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru” layihəsinin təqdimatı keçirilib
05 May 15:51
Rusiyalı deputat Dmitri Savelyev Ağdamda erməni vəhşiliklərinin şahidi olub
05 May 15:38
“SOCAR Turkey”in 3 müəssisəsi “Sıfır tullantı sertifikatı” alıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13