Ana səhifə »  Xəbər lenti »  Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin və bütün regionun sürətli inkişafı üçün zəmin yaradıb
A+   Yenilə  A-
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin və bütün regionun sürətli inkişafı üçün zəmin yaradıb

Azərbaycan bu gün dünyada beynəlxalq münasibətlər sistemində müzakirə edilən əsas mərkəzlərdən birinə çevrilib. Xüsusilə, 44 günlük vətən savaşından sonra bölgədə yaranan yeni reallıqlar beynəlxalq ekspertlərin, ayrı-ayrı beyin mərkəzlərinin diqqətini cəlb edib. Bu baxımdan, ADA Universitetinin təşkilatçılığı ilə baş tutan, Azərbaycan  Prezidenti İlham Əliyevin də iştirak etdiyi “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans xüsusi əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, konfransa 10-dan çox ölkənin nümayəndələri qatılmış və müxtəlif mövzularla bağlı diskussiya şəklində müzakirələr aparılmışdır, onda bu dediyimizin reallıq olduğu yəqin ki, öz təsdiqini tapır. Bu konfransın təsdiq etdiyi daha bir reallıq isə Vətən müharibəsindən sonra beynəlxalq mərkəzlərin ölkəmiz tərəfindən yaradılmış yeni iqtisadi, siyasi reallıqları, ölkəmizin təcrübəsini öyrənmək baxımından xüsusi maraq göstərməsidir.

Belə bir tədbirin təşkil olunması hər şeydən öncə post-müharibə mərhələsində Azərbaycanın mövqeyini bir daha yüksək səslə dünya ictimaiyyətinə bəyan etməsi və bu günə qədər səsləndirilməyən bəzi fikirlərin açıq şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün əlamətdar idi. Azərbaycan  Prezidenti bu mötəbər konfransda həm də dünyanın beyin mərkəzlərinin diqqətinə erməni barbarlığını, onların törətdiyi cinayətləri çatdırdı, 30 il davam edən münaqişədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq kontekstində əməkdaşlığa hazır olduğunu bildirdi.

Konfrans zamanı vurğulandı ki, Azərbaycanın şanlı qələbəsindən sonra yeni iqtisadi-siyasi proses, yeni rifah dövrü başlayır. Bundan sonrakı mərhələdə Cənubi Qafqaz regionunda bütün mənalarda məzmunca yeni bir proses, reallıq müşahidə olunacaq. Diqqət etsək görərik ki, müharibədən öncə də Azərbaycan yeni geosiyasi reallıq yaratmış, müharibədən sonrakı mərhələdə də yeni reallıqları məhz Azərbaycan formalaşdırmaqdadır.

Bu dəfə geosiyasi reallıqlarla yanaşı, həm də yeni geoiqtisadi reallıqlar da formalaşır. Belə ki, işğal altında olmuş ərazilərin olduqca böyük iqtisadi potensialı mövcuddur. Bu mənada, bundan sonra Qarabağın iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yer tutacağı aşkardır. Qeyd edək ki, artıq işğaldan azad olunmuş ərazilərdə üç hava limanının inşası, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlər başlanılıb. Xüsusilə də Zəngilanın coğrafi mövqeyi nəzərə alınarsa, burada mühüm daşınma və logistik mərkəz olacağı təxmin olunandır.

Ancaq istənilən halda, sabitlik olmadan inkişaf mümkün deyil. Konfrans zamanı ölkə başçımız da vurğuladı ki, inkişaf üçün daxili sabitliklə yanaşı, hüdudlarımızdan kənarda da sabitliyə ehtiyacımız var. Buna görə də Azərbaycanın əsas hədəflərindən biri riskləri minimuma endirməkdir. Bu isə öz növbəsində bölgəyə investisiya cəlb etməyi və davamlı inkişafı təmin edəcəkdir. Məlumdur ki, Azərbaycanın region dövlətləri ilə iki və üç tərəfli qarşılıqlı əməkdaşlıq layihələri mövcuddur və bu ölkəmizin böyük beynəlxalq uğurudur. Bundan sonra da, xüsusən bölgədə münaqişə risklərinin aradan qalxdığı bir situasiyada da bu ələqələrin güclənməsi və yeni layihələrin reallaşacağı gözləniləndir.

Konfransda o da vuğulandı ki, regionun inkişafında beynəlxalq təşkilatların da mövqeyi fəal olmalıdır. Ölkəmiz bütün dövlətlər və beynəlxalq şirkətlərlə razılaşdırılmış şərtlər əsasında qarşılıqlı əməkdaşlıq etməyə hazırdır. Əməkdaşlıq körpülərinin qurulması isə xalqların istəyindən və siyasətçilərin müdrikliyindən asılıdır. Hər zaman dialoqa hazır olan Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi sülh razılaşdırılmasının mümkünlüyü barədə bizə heç bir təklif verməyib. Buna səbəb isə Ermənistandakı daxili çaxnaşma, eyni zamanda, Azərbaycana, Türkiyəyə qarşı fobiya hələ də mövcudluğudur. Bu səbəbdən, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal işləməlidir. Bu işdə qeyri-hökumət təşkilatlarının rolu böyük ola bilər və Azərbaycan bu məsələdə onlarla çalışmağa hazırdır.

Konfransda ən diqqət çəkən məsələlər sırasında Şuşaya atılan “İsgəndər-M” ballistik raketi, ATƏT-in Minsk qrupunun indiyə qədərki və bundan sonrakı fəaliyyəti, Azərbaycanın bölgədə reallaşdıracağı layihələr də var idi. Ölkə başçımız bu məsələlərin hər birinə ayrı-ayrılıqda geniş və gələcəyə işıq tutacaq fikirlər səsləndirdi. Konfrans sonunda Azərbaycanın bütövlükdə regionumuzun tarixində geri qaytarılması mümkün olmayan mühüm strateji reallıq yaratdığı və gec-tez hamının bununla hesablaşmalı olacağı bir daha təsdiq olundu. Ona görə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin və bütün regionun sürətli inkişafı üçün zəmin yaradıb.

Loğman Müslümov,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

müavini (dini qurumlarla işin təşkilatçısı)

 
  • Oxunub:  2160  |  
  • Tarix:  19-04-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 22:26
Manlio Di Stefano: Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik
18 May 22:19
Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədədir
18 May 21:07
AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti ilə görüşüb
18 May 21:06
Təhsil nazirinin müavini UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında çıxış edib
18 May 21:05
Şərqşünaslıq İnstitutunda Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
18 May 21:03
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib
18 May 20:59
Azərbaycanın xarici işlər nazirinin Türk Şurasının Baş katibi ilə telefon danışığı olub
18 May 20:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
18 May 20:48
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
18 May 20:44
AŞPA-nın komitə iclasında Azərbaycanın multikultural ənənələrindən danışılıb
18 May 20:17
İqtisadiyyat Nazirliyi “Carlsberg Azerbaijan” ilə anlaşma memorandumu imzalayıb
18 May 20:14
Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
18 May 20:02
Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
18 May 17:42
Litvanın ölkəmizdəki səfiri Milli Məclisdə olub
18 May 17:33
ICESCO Beynəlxalq Muzeylər Günü münasibətilə mətbuat üçün açıqlama yayıb
18 May 17:13
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
18 May 17:09
Mayın 18-də Azərbaycanda koronavirusa qarşı 36 minə yaxın vaksin vurulub
18 May 16:58
Rotterdam-Avroviziya-2021: Azərbaycan təmsilçisi müsabiqədə qadın gücünü tərənnüm edəcək
18 May 16:44
Azərbaycanda koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb
18 May 16:38
Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur
18 May 16:35
Sahib Alıyev: Sərhəd məsələsində təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır
18 May 16:33
Nurlan Qələndərli: Ermənistan vəziyyəti gərginləşdirməyə və reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir
18 May 16:26
İordaniya agentliyi Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına dair şərhini yayıb
18 May 16:23
QMİ sədri Türkiyənin yeni səfirini qəbul edib
18 May 16:09
YAP Gənclər Birliyi birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə başlayıb
18 May 15:43
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib
18 May 15:29
Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub
18 May 15:27
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
18 May 15:13
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
18 May 14:54
Deputat: Əsrarəngiz təbiətə malik Laçın yenə öz sakinlərinə qucaq açacaq və orada həyat yenidən qaynayacaq
18 May 14:36
Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiya keçirib
18 May 14:33
Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib
18 May 14:30
Bu gündən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq olunub
18 May 14:28
TAP kəməri ilə Avropaya 2 milyard kubmetrdən çox Azərbayan təbii qazı göndərilib
18 May 14:23
Yaponiyada yaşayan azərbaycanlılar soydaşlarımızı “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıblar
18 May 13:57
Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək
18 May 13:54
Mayın 19-da bəzi bölgələrdə 35° isti olacaq
18 May 13:51
Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox elektron müraciət daxil olub
18 May 13:48
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib
18 May 13:46
“Arabnews” qəzetində ulu öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub
18 May 13:08
Sabah təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna başlanılır
18 May 12:54
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə münasibətdə dağıdıcı rəftar beynəlxalq hüququn hiddətləndirici pozuntusudur
18 May 12:45
Horadiz-Ağbənd dəmir yolu istiqamətində infrastruktur işlərinə başlanılıb
18 May 12:37
Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib
18 May 12:14
Təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 May 12:10
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
18 May 12:06
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası həyata keçiriləcək
18 May 11:59
“Həyat dolu küçələr” kampaniyasına başlanılıb
18 May 11:46
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
18 May 11:38
Ombudsman “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət yayıb
18 May 11:36
İşğaldan azad edilən ərazilərin turizm marşrutları hazırlanır
18 May 11:25
Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib
18 May 11:20
Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir
18 May 11:07
Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir
18 May 10:50
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinə başlanılıb
18 May 10:48
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
18 May 10:21
PUA heyətləri təlim tapşırıqlarını icra edir
18 May 10:09
Prezidentin Mətbuat Xidmətinin məlumatı
18 May 10:00
18 may - Beynəlxalq Muzeylər Günüdür
18 May 09:55
“Avroviziya-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb
18 May 09:50
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb
18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA