Ana səhifə »  Xəbər lenti »  Hərbi Qənimətlər Parkı ordumuzun gücünün göstəricisidir
A+   Yenilə  A-
Hərbi Qənimətlər Parkı ordumuzun gücünün göstəricisidir

Bu ilin aprel ayının 12-də, Bakı şəhərində Hərbi Qənimətlər Parkının aşılışı olmuşdur. Parkın açılışında çıxış edən Ali Baş Komandan bir sıra məsələlərə toxunmuşdur. Ilk öncə qələbənin şanlı tarixinə nəzər salan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, ordumuz düşməndən şəhidlərimizin intiqamını döyüş meydanında almışdır. Torpaqlarımız işğaldan azad olunmuş və ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

İkinci Qarabağ Müharibəsi 44 gün davam etsə də Azərbaycan xalqı və ordusu şanlı bir tarix yazdı. Bu müddət ərzində xalq-iqtidar birliyi formalaşdı, iradəmizin və birliyimizin hesabına Ermənistan birmənalı şəkildə diz çökdü. Şəhidlərimizin və qazilərimizin qanı ilə suvarılan torpaq Vətənə çevrildi. Düşmən qarşısından bir nəfər belə qaçmadı, hər bir əsgərimiz şəhid olmağı özünə şərəf bildi.

Müharibə göstərdi ki, Azərbaycan ordusu kifayət qədər peşəkar, XXI əsrin müharibəsini aparmaq qabiliyyətinə malik bir ordudur. Dağlıq şəraitdə relyefin kifayət qədər döyüş üçün əlverişsiz olduğu bir məkanda yerləşən Şuşa şəhərinin alınması, dünya hərb tarixinə yazılan yeni bir hərbi strategiyanın əsasını qoydu. Belə ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ Müharibəsinin aparılması strategiyası və taktikası ilə yaxından tanış olmağa başlayıblar. Kiçik bir ölkənin Ordusunun bu şücaətinin diqqətləri cəlb ertməsi çox qürurvericidir.

Bakı şəhərində Hərbi Qənimətlər Parkının yaradılmasına bu ilin yanvar ayında start verilmişdir. 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonunun ərazisində yerləşir. Buradakı eksponatlar arasında işğaldan azad olunmuş ərazilərdə ermənilərdən qənimət kimi götürülmüş 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır.

Hərbi Qənimətlər Parkında müharibə zamanı düşməndən götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar və Vətən müharibəsinin gedişatı barədə məlumatlar qazanılan Zəfərin nə qədər çətin və şərəfli olduğunu göstərir.

Parkı ziyarət edən hər bir vətəndaşımız qələbənin çətinliklə əldə olunması ilə yanaşı, bir fəxarət hissi keçirəcək. Gələcək nəsil üçün bu bir örnəkdir. Xarici turistlər isə ermənilərin məğlubiyyətinin nəticələrini görəcəklər. Tarixən özlərini bütün dünyaya qəhrəman xalq kimi kimi təqdim edən ermənilər, onların yaddaşında qorxaq və vandal bir etnokorporsiya kimi qalacaqdır.

Ordumuz bu qələbəni uzunmüddətli məqsədəyönlü siyasət nəticəsində əldə etmişdir. Son 17 ildə ordunun təchizatı və təminatı kifayət qədər yaxşılaşdırılmış, müasir silah və sursatlarla təmin olunmuşdur. Ordumuz beynəlxalq təcrübədən yaralanmaq məqsədilə dünyanın bir çox ölkələrində təlim keçmiş və peşəkarlaşmışdılar. Eyni zamanda ölkədə siyasi sabitlik və vətəndaş birliyi təmin olunmuşdur. Hazırlıq dövründə beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmişdir. Dövlətimiz iqtisadi qüdrətini artırmış və bu sahədə ciddi uğurlar əldə etmişdir.

Ermənilər Dağlıq Qarabağı əldə etmək üçün uzun müddət təxribatlarla məşğul olmuşdur. Belə ki, 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən yaralandılar. Heydər Əliyevin istefasından iki həftə keçməmiş M. Qorbaçovun müşaviri, erməni əsilli Aqanbekyan 1987-ci il noyabr ayının 17-də Fransada olarkən “Le Mond” qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana yaxın olduğu üçün oraya birləşdirilməlidir. Halbuki Ulu Öndərin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilməmişdilər.

Təəssüf ki, müstəqilliyin ilk illərində çox ciddi dövləti cinayətlər baş vermişdir. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdərək, dinc insanları qətlə yetirdi və Xocalı soyqırımı baş verdi. Hakimiyyətə gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Hakimiyyət faktiki olaraq Xalq Cəbhəsi-Müsavat cütlüyünün əlinə keçdi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verməklə Bakıdakı hakimiyyəti yıxmaq istədilər və buna da nail oldular. Bir ay sonra hərbi çevriliş edərək, hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər.

Lakin 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verildikdən sonra AXC-Müsavat cütlüyü canlarını qurtarmaq üçün məcbur olub Ulu Öndərə müraciət etdilər. Xalqın təkidi ilə hakimiyyətə gələn H.Əliyev müasir Azərbaycanın müstəqillik təməlini atmağa başladı.

2003-cü ildə AXC-Müsavat cütlüyü Azadlıq meydanında dövlət çevrilişi etmək istədilər, lakin xalq onları dəstəkləmədi. 2005-ci ildə də Azərbaycanda “narıncı inqilab” təşkil etməyə çalışdılar. Başlarına narıncı bantlar bağladılar və narıncı çadırlar gətirdilər. Məqsəd hakimiyyətə gəlmək və Qarabağı ermənilərə təhvil vermək idi. Onların bu arzuları da gözlərində qaldı və birdəfəlik tarixin arxivinə verildilər.

Aytən SÜLEYMANOVA

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonunun fəal gənci

 
  • Oxunub:  2430  |  
  • Tarix:  19-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 18:52
YAP Veteranlar Şurası Ümummilli Liderə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib
07 May 18:44
YAP Tovuz rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib
07 May 18:42
ATƏT PA-nın iclasında erməni deputata tutarlı cavab verilib
07 May 18:28
YAP Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videokonfrans keçirilib
07 May 18:20
Türkiyə Prezidentinin ötənilki fəaliyyətinə həsr olunan kitabda Azərbaycanla münasibətlərə geniş yer verilib
07 May 18:16
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
07 May 17:55
Səməd Seyidov: “Azərbaycan Prezidentinin BBC-yə müsahibəsi bütün dünyada böyük maraq doğurub”
07 May 17:54
Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək
07 May 17:53
Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub
07 May 17:51
Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı BBC-yə müsahibəsi 3 milyon baxışı keçib - VİDEO
07 May 17:47
Qarabağda su təsərrüfatı kompleksinə dair Dövlət Proqramı hazırlanıb
07 May 17:45
Hər gün DOST mərkəzinin “Cağrı mərkəzi” 4 minədək telefon zənginə cavab verir
07 May 17:44
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
07 May 17:35
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı
07 May 17:31
Bədən Tərbiyəsi və İdman Akademiyası tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir
07 May 17:29
Peyvənd olunanlar da tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər
07 May 17:28
Vergi orqanlarına işə qəbul başa çatıb
07 May 17:27
DİN: Bakıda qanunsuz aksiya keçirilməsi cəhdinin qarşısı alınıb
07 May 17:21
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib
07 May 17:18
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir
07 May 17:16
Rəcəb Tayyib Ərdoğan: Türkiyə istehsallı vaksinləri bütün ölkələrlə paylaşmağa hazır olduğumuzu bildirmişik
07 May 17:14
Azərbaycanda koronavirusa 722 yeni yoluxma faktı qeydə alınıb
07 May 17:09
“Ən yaxşı təqdimat” müsabiqəsi yekunlaşıb
07 May 17:05
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
07 May 17:04
YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib
07 May 16:26
YAP Qaradağ rayon təşkilatında “Heydər Əliyev – Milli və müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda videokonfrans keçirilib
07 May 15:34
Ulu Öndərin azərbaycançılıq ideologiyası daha da güclənəcək və möhkəmlənəcək
07 May 15:23
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
07 May 15:18
Leyla Abdullayeva: Ermənistan tərəfi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir
07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA