Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq

Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq

18.04.2021 [12:05]

Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək və keyfiyyətli həyat tərzi sürmək şansı daha da artacaq.

Bu il Azərbaycanda Dünya Hemofiliya Günü (DHG) yeni nəfəs və yeni ümidlərlə qeyd edilir. Belə ki, 1999-cu ildən qeyd olunan DHG tarixinə nəzər salsaq, 22 il ərzində dünyada tibb elminin inkişaf dinamikasının şahidi oluruq.

Bunu AZƏRTAC-a açıqlamasında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının (HXRA) sədri Ayaz Hüseynov bildirib. O qeyd edib ki, əvvəllər Azərbaycanda hemofiliyalı uşaq və böyüklər ölümə məhkum idilər. Yeganə müalicə üsulu donor qanından hazırlanmış plazmanın damardaxili köçürülməsi idi. Bu da yaşamaq üçün heç də ümidverici vasitə deyildi.

Hazırda Azərbaycanda hemofiliyanın müalicəsi sahəsində böyük dönüş müşahidə olunur. Ölkəmizdə irsi qanaxma pozuntularından (hemofiliya, von Willebrand xəstəliyi, nadir faktor çatışmazlığı, trombositlərin disfunksiyası, hemofiliya geninin daşıyıcıları ...) əziyyət çəkən 1700 nəfərdən çox vətəndaşımızı, o cümlədən 300 nəfərdən artıq məktəbəqədər və məktəb yaşlı uşağı sağlam gələcək gözləyir. Çünki hazırda uşaqların müalicəsində inkişaf etmiş dövlətlərdə istehsal olunan qan laxtalandıran faktor preparatları istifadə olunur ki, bu da həyat keyfiyyətini 60 faiz yüksəltməyə imkan verir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Dünya Hemofiliya Günü münasibətilə beynəlxalq konfrans keçirib. Pandemiya şərtləri nəzərə alınmaqla təşkil edilmiş konfransda hibrid formatda (canlı və onlayn) Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqları, genetikləri ilə yanaşı, İrlandiyadan Avropa Hemofiliya Konsorsiumunun prezidenti Deklan Noon, Almaniyadan Hemofiliya Mərkəzinin rəhbəri professor Yohanes Oldenburq və israilli professor Gili Kennet internet vasitəsilə qoşularaq hemofiliyanın ən keyfiyyətli müalicələrinə dair təqdimatlar ediblər.

Çıxışlarda diqqətçəkən məqam yaxın gələcəkdə yeni dərman preparatlarının və gen terapiyasının geniş tətbiqi olub.

Qeyd edək ki, özündə 140-dan çox ölkəni birləşdirən Dünya Hemofiliya Federasiyasının 2021-ci il üçün “Dəyişikliyə adaptasiya və yeni dünyada yardımın dayanıqlı təminatı” şüarı altında keçirilən konfransda dünya ölkələrindən alimlər, həkimlər, millət vəkilləri, dövlət strukturlarının nümayəndələri, KİV nümayəndələri, pasiyentlər və onların ailə üzvləri, dərman şirkətlərinin təmsilçiləri və digərləri iştirak ediblər.

Konfransdan sonra isə axşam saatlarında Bakı şəhərinin əsas rəmzlərindən biri olan Qız Qalası Dünya Hemofiliya Günü ilə əlaqədar qırmızı rəngdə işıqlandırılıb.

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31