Ana səhifə »  Xəbər lenti »  YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
A+   Yenilə  A-
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü

Elmar Qasımov: Bugünkü gənclərimiz bilikli, savadlı, vətənpərvər, dövlətini, xalqını sevən və bunu fəaliyyətlərində təsdiqləyən gənclikdir

Dünən Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov partiyanın Gənclər Birliyinin bir qrup fəal üzvü ilə görüş keçirdi.

Görüşdən öncə gənclərin bu ali təhsil ocağı ilə tanışlığı oldu. Tanışlıq zamanı bildirildi ki, Bakı Ali Neft Məktəbi dövlətimizin başçısı İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı əsasında SOCAR-ın strukturunda yaradılıb. Ali təhsil ocağı ilk gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində liderliyini qoruyub. Bu ali təhsil ocağının yaradılmasında məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksək ixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu qurulub.

O da bildirildi ki, bu təhsil ocağının tələbələri transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişmələrinə imkan yaradır.

Tanışlıq zamanı vurğulandı ki, dövlətimizin başçısı İlham Əliyev 2017-ci ilin mayında Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib. Açılışdakı nitqində cənab İlham Əliyev bu fikri xüsusi qeyd edib ki, bu məktəbin yaradılması və artıq belə gözəl şəhərciyə köçməsi bir daha onu göstərir ki, Azərbaycan “qara qızıl”ı insan kapitalına sərmayə kimi qoyur.

Azərbaycanın uğurlu neft siyasəti bu gün bütün sahələrə, o cümlədən təhsil sisteminə öz müsbət təsirini göstərib.

Bakı Ali Neft Məktəbində təhsilin yüksək səviyyədə təşkilinə yaradılan şəraitdən məmnunluqlarını ifadə edən YAP Gənclər Birliyinin üzvləri xoş təəssüratlarını ali təsil ocağının akt zalında davam etdirilən görüşdə bir daha bölüşdülər.

Gənclərlə görüşən Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov onları salamlayaraq görüşün səmimiyyət əsasında davam etməsi üçün hər bir gənclə ətraflı şəkildə tanış oldu. Birgə diskussiya şəklində davam edən görüşdə E.Qasımov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs etdi. Bildirdi ki, dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, dünya təcrübəsinə nəzər salsaq görərik ki, ölkələrin inkişafında əsas faktor təhsildir, bilikdir, yeni texnologiyalardır. Bu gün Azərbaycanın dünyada innovasiyalar ölkəsi kimi tanınması və nüfuz qazanması məhz dövlətimizin həyata keçirdiyi təkmil islahatlara, yeniliyə, modernləşməyə meyilli olmasına əsaslanır. Yeni texnologiyaların tətbiqi təbii ki, öz növbəsində yüksək ixtisaslı kadrların yetişdirilməsini tələb edir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində, o cümlədən Bakı Ali Neft Məktəbində tələbələrin elmi biliklərini artırmaları, elmin dərinliklərinə yiyələnmələri üçün zəruri olan bütün şərait yaradılıb. Müasir çağırışlara uyğun olaraq gənclərimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alırlar.

E.Qasımov bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının daim gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını, onların potensial imkanlarından səmərəli istifadə edildiyini diqqətə çatdırdı.

YAP İdarə Heyətinin üzvü bu fikri xüsusi vurğuladı ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. Bu gün partiyada təmsil olunan 760 mindən artıq üzvün böyük əksəriyyətini gənclər təşkil etməsi məhz partiyada onlara öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydanın açılmasından xəbər verir.

O da bildirildi ki, belə görüşlərin davamlı olması əlaqələrin inkişafına, eyni zamanda, gənclərin təhsillə bağlı onları düşündürən suallara cavab tapmalarına böyük dəstək olacaq.

Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında ifadə etdiyi “Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək, qeyri-neft sektoru isə ölkə iqtisadiyyatını şaxələndirəcək. Gənclər bizim uğurlu gələcəyimizi təmin edəcəklər. Beləliklə, Azərbaycan dövləti yaşayacaq, güclənəcək və xalqımız qürur hissi ilə bunu görərək daha da böyük həvəslə ümumi işimizə töhfə verəcək” əminliyini bir daha önə çəkən E.Qasımov gənclərimizi ölkəmizin daha da möhkəmlənməsində, qüdrətlənməsində fəal olmağa çağırdı. Bu fikir xüsusi qeyd olundu ki, Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, şücaəti ilə dövlətinə, xalqına bağlılığını dünyaya nümayiş etdirdi. Azərbaycan gəncliyi ilə qürur duyuruq.

Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səmimi münasibətə, tanışlıq üçün yaradılan şəraitə görə YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova minnətdarlığını ifadə etdi. Belə görüşlərin davamlı olacağına ümidvar olduğunu vurğuladı.

Diskussiya şəklində davam edən görüşdə Bakı Ali Neft Məktəbinin rektoru gəncləri maraqlandıran sualları cavablandırdı.

Yeganə Əliyeva,

Könül Əliyeva,

Nurlan Məlikzadə,

“İki sahil”

 
  • Oxunub:  3870  |  
  • Tarix:  17-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+15 +20