Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur

Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur

16.04.2021 [17:20]

Aprelin 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 14 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib. İmtahanlar Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində təşkil olunub.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Aprelin 17-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Paylaş:
Baxılıb: 334 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31