Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir

Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir

16.04.2021 [14:17]

"Müharibə". Bu söz deyildikdə, kimliyindən asılı olmayaraq, torpaq uğrunda döyüşlər gəlir. Biz azərbaycanlıların isə son illərdə “müharibə” deyəndə ilk düşündüyü məhz Qarabağ olurdu. Qarabağ Azərbaycan xalqının hər bir fərdinin, onun bölgəsindən yaşından, siyasi ideologiyasından asılı olmayaraq ümumi məsələsi idi. Körpə yaşlarından Qarabağın iniltiləri ilə böyüyən nəsil onu azad etmək üçün öz Sərkərdəsinin, Rəhbərinin əmrini gözləyirdi.

Təbii ki, müharibə əmrini verməklə iş bitmir. Əslində müharibədən çox, dövləti, xalqı və beynəlxalq aləmi bu müharibəyə hazırlayan yol vaxt aparan və keşməkeşli olur. Dövlətimiz illər boyu ordumuzu bu günlər üçün hazırlayır, qələbə üçün lazım olan zəmini yaradırdı. Bu isə ağıllı siyasət, möhkəm iradə, Vətənə, millətə bağlılıq tələb edirdi. Nə böyük xoşbəxtlikdir ki, Azərbaycan xalqının İlham Əliyev kimi Rəhbəri, Ali Baş Komandanı var. Bəli, O Dahi Liderdir! Onun düşünülmüş, ən xırda detallara qədər hesablanmış siyasəti nəticəsində düşmən beynəlxalq müqavilələrdən uzaq tutuldu və iqtisadiyyatı böhranın ən dib nöqtəsinə gətirib çıxarıldı. İllərdir ki Ermənistanda iqtisadiyyat deyə bir şey yoxdur! Ermənistan Azərbaycanın qarşısında dik duracaq bir vəziyyətdə deyildi. Ermənistanın nə güclü ordusu, nə iqtisadiyyatı, nə də azad siyasət yeridəcək rəhbərliyi vardı. Bunun nəticəsidir ki, özlərini "böyük Ermənistan" xülyasına qapamış, başqa bir xalqın bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəyən erməni xalqı, işğal etdiyi torpaqlardan cəmi 44 günə qəhrəman əsgərlərimiz, müzəffər ordumuz tərəfindən iti qovarcasına qovulub çıxarıldı.

Vətən Sevgisi! Vətən Həsrəti! Qisas! Bu hisslərlə hücum edən cəngavər əsgərlərimiz düşmənin 30 ildir ki qurduğu istehkamları darmadağın etdi. Müdafiə xətləri cəmi bir neçə saata yarıldı, düşmən nə olduğunu anlayana qədər artıq igidlərimiz başlarının üzərini əcəl kimi kəsmişdilər.

30 il öncə torpaqlarımızı işğal edib hər fürsətdə xalqımıza acıq verib, qıcıqlandıran ermənilər indi özləri od tutub yanırlar. Bir vaxtlar ekran arxasından qürrələnərək "erməni tankları ilə Bakıya da girəcəyik" deyən ermənilərin tankları gəldi, özləri isə qaçıb gizləndi. Dəyəri 5 milyard dollar olan silah, sursat və texnika şəhərin düz mərkəzində Xətai rayonunda, Hərbi Qənimətlər Parkında nümayişə çıxarıldı. Parkda istifadə edilən bütün eksponatlar ermənilərin döyüş meydanında qoyub qaçdıqları texnikalardan və digərlərindən ibarətdir.

Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatı ilə bağlı bir çox detalları özündə əks etdirir. Şuşaya atılan “İsgəndər M” raketinin qalıqları, məhv edilmiş və ya qənimət götürülmüş erməni texnikaları, erməni hərbi yük maşınlarının nömrələrindən ibarət xüsusi lövhə, ermənilərin keçilməz dediyi müdafiə xətlərinin bənzərinin yaradıldığı ərazinin Parkda nümayişi qələbəmizi özündə əks etdirir. Qəlbində Vətən sevgisi olan hər insan Parkda olarkən fərəh hissi ilə dolub daşacaq.

Əlbəttə ki, itkilərimiz də heç vaxt unudulmayacaq. Bizlər Vətən uğrunda canından keçən igidləri daim qəlbimizdə yaşadacağıq. Onlar unudulmayacaq. Cənab Prezidentin Parkla tanış olduqdan sonra hərbi qulluqçularla görüşü zamanı dediyi kimi, Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Bəli, bu, hər birimizin təsəllisidir. Bizim əsgərlərimiz ərazi bütövlüyümüz uğrunda, haqqı bərpa etmək üçün canlarından keçdi. Beləliklə, XXI əsrin ən müasir müharibəsindən qalib ayrılan tərəf Azərbaycan oldu. Artıq ordumuzun igidlərinin Şuşanı almaq üçün keçdiyi yollar dünyanın ən müasir ordularında dərs olaraq keçirilməyə başlanmışdır. Belə qəhrəman döyüşçüləri olan Orduya və Komandanına yaraşan da məhz belə qələbələrdir. Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan İlham Əliyev!

Süpay Məmmədov,

YAP Pirallahı rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30