Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yevlaxda “Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir” mövzusunda regional videokonfrans keçirilib

Yevlaxda “Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir” mövzusunda regional videokonfrans keçirilib

15.04.2021 [17:27]

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin təşkilatçılığı ilə "Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir" mövzusunda regional videokonfrans keçirilib. Yevlax şəhər Polis Şöbəsinin, bir sıra digər qurumların, həmçinin YAP Gəncə və Naftalan şəhər, Bərdə, Tərtər, Goranboy, Laçın rayon təşkilatlarının, Loqos Psixologiya Mərkəzinin təmsilçilərinin və könüllü gənclərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev açıb. O, dini radikalizm və ekstremizmin dünya ictimaiyyəti üçün aktual mövzu olduğunu deyib. Natiq Əfəndiyev ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində DQİDK və hüquq-mühafizə orqanları tərəfindən davamlı işlərin görüldüyünü diqqətə çatdırıb. Ölkəmizdə heç zaman dini ayrı-seçkiliyin olmadığını bildirən N.Əfəndiyev Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif dinlərin və xalqların nümayəndələrinin milli və dini həmrəylik nümayiş etdirdiyini deyib. O, bu birliyin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev İslam dininin sülh və mərhəmət dini olduğunu qeyd edərək bəzi xarici qüvvələrin İslam dini adı altında radikal və ekstremizm fəaliyyəti göstərdiyini vurğulayıb. R.Əliyev, eyni zamanda, bu gün dünyada narkomaniyanın yaratdığı acı nəticələrdən söhbət açaraq qeyd edib ki, bu kimi bəlalardan gənclərin qorunması üçün maarifləndirmə tədbirləri ölkəmizdə geniş şəkildə təşkil olunur.

Çıxış edən Yevlax şəhər Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Famil Qasımov gənclərlə belə mövzularda təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, bu gün ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən dini radikalizm, ekstremizm və narkomaniya kimi neqativ hallara qarşı mübarizə aparılır. F.Qasımov gənclərə, xüsusən məktəblilərə bu kimi bəlalardan uzaq durmağı tövsiyə edib. Tədbirdə, həmçinin Yevlax şəhər Gənclər İdman İdarəsinin rəisi Binyamin Musayev, Yevlax şəhər Mərkəzi Xəstəxanasının həkimi Niyaz Hüseynov, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov, Loqos Psixologiya Mərkəzinin əməkdaşı Taciyə Mehdisoy çıxış edərək dini radikalizm, ekstremizm və narkomaniyanın acı nəticələrdən danışıb, bu bəlalara qarşı mübarizədə maarifləndirmə işinin əhəmiyyətini vurğulayıblar.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 316 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31