Ana səhifə »  Xəbər lenti »  Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
A+   Yenilə  A-
Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır

Ramazan ayında karantin şərtləri dəyişilməz olaraq qalır. Çünki koronavirusun yoluxma şəkli dəyişməyib. Eyni şəkildə tənəffüs yolları ilə, təmasla yoluxmağa davam edir. Təbii ki, Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşdıqları zamanlar olacaq. Burada COVID-19-a yoluxma riski 4-5 dəfə artmış olur. Çünki istər-istəməz məsafə prinsipi qorunmur. Bu baxımdan hər kəsi çox diqqətli olmağa çağırıram.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

F.Sədirovun sözlərinə görə, bütün dünyada yoluxmaların ana mənbəyi klaster, yəni küməşəkilli yoluxmalardır. Beş-altı nəfər bir yerdə olduğu anda yoluxma riski 4-5 qat artmış olur. Bu baxımdan mümkünsə, Ramazan ayında çox sıx toplaşmamaq, iftar süfrələrində yalnız ailə üzvləri ilə əyləşməkdə fayda var. Əks halda, vəziyyətə nəzarət etmək çox çətin olacaq. Hazırda yoluxma göstəriciləri yüksək tendensiya ilə davam edir. Epidemioloji vəziyyəti sabit saxlamaq üçün ölkəmizdə nəzərəçarpacaq addımlar atılır. İstər vaksinasiya, istər izolyasiya tədbirləri, istərsə də epidemioloji izin müəyyənləşdirilərək yoluxma mənbələrinin aşkarlanması vəziyyətə nəzarət istiqamətində görülən işlərdir. Bu qədər əməyin boşa getməməsi üçün bir aylıq müddətdə hər kəs ikiqat daha məsuliyyətli olmalıdır.

Bizim COVID-19-la mübarizədə mexaniki qorunma yollarımız var. Bunlar maska, sosial məsafə və əl gigiyenasıdır. Bundan başqa, fizioloji qorunma baryerlərimiz də mövcuddur ki, bu da bizim immun sisteminin normal fəaliyyəti sayəsində mümkün olur. Bir COVID xəstəsi ilə təmasda olan dörd nəfərdən ikisi yoluxsa da, digər ikisi yoluxmur. Bunun səbəbi immun sisteminin normal fəaliyyət göstərməsidir. COVID-19 xəstəsi ilə təmasdan sonra bir müddət yoluxmamaq sonradan yoluxmamaq anlamına gəlmir. Çünki o an üçün immun sisteminin vəziyyəti icazə verir ki, kiçik miqdarda virus yükü ilə mübarizə apara bilsin. İmmun sistemi tamamən normal qaydada olan insanlar belə yüklü miqdarda virusa məruz qalarlarsa - bunun üçün yaxın təmas şərtdir - birdən-birə milyonlarla virus kopyasını aldıqdan sonra ən ideal immun sistemi belə COVID-19 qarşısında yenilməyə məhkum qalır. Buna görə də “ətrafımda kimdəsə test nəticəsi pozitiv oldu, lakin mən yoluxmadım, buna görə də ümumiyyətlə yoluxmayacam” demək düzgün deyil. Çünki bizim immun sistemimiz 2-3 gün yuxusuz qalsaq , düzgün qidalanmasaq, stabilliyini poza bilən bir sistemdir. Bu baxımdan çox diqqətli olmaq lazımdır. Bu gün yoluxmadım deyə sabah yoluxmayacağımın təminatı yoxdur. Mütləq şəkildə hər kəs vaksinasiyadan keçməlidir”.

“Ramazan ayında yuxu və qidalanma şərtlərinin dəyişməsi immun sistemində stabilliyin pozulmasına səbəb ola bilər. Bu baxımdan xroniki xəstəlikləri, ürək-damar problemləri, şəkərli diabeti, xroniki qaraciyər və böyrək çatışmazlığı olanların pandemiyadan öncə də oruc tutması tibbi olaraq məsləhət görülmürdü. Çünki həmin insanların müntəzəm qidalanma və yuxu rejiminə ehtiyacı var. Daha əvvəlki illərdə onların oruc tutduğu zaman xəstəliklərinin fəsadlaşdığı müşahidə olunub. Digər hallarda da qidalanmanı elə qurmalıyıq ki, yetəri qədər rasional bəslənməliyik. Axşamlar xeyli yemək yeyib mədə-bağırsaq sistemimizi və metobolizmamızı yormamalıyıq. Çünki bu da immun sisteminin zəifləməsinə səbəb olur. Qidalanmada meyvə-tərəvəz, bol proteinli qidaların üstünlük təşkil etməsi, karbohidratları - şirniyyat, un məhsullarını rasionumuzdan çıxarmaq tövsiyə olunur.

Oruc düzgün bir şəkildə tutularsa, immun sisteminin tarazılığının çox pozulacağını gözləmirik. Bəslənmə son dərəcə rasional olmalı, axşamlar yüklənməməli, səhərlər də çoxkalorili qidalar qəbul etməməliyik ki, immun sisteminin fəaliyyəti pozulmasın.

İnsan üçün aclıq müddəti 24 saatdan sonra başlayır. 24 saat tamamilə heç bir qida məhsulu qəbul olunmazsa, bizim vücudumuzda aclıq deyilən bir proses başlayır. Çünki qaraciyərimizin 24 saat ərzində bizi yetəri qədər qida maddələri ilə bəsləmək qabiliyyəti var. Oruc tutanlar 24 saat ac qalmırlar. Burada əsas məqam acqalma müddəti deyil, düzgün qidalanmadır. Bunu düzgün formada tətbiq edə bilsək, immun sistemimiz zəifləməyəcək və belə bir risklə üzləşməyəcəyik.

Ramazan ayında qidalanma zamanı mövsümi meyvələrdən istifadə etmək lazımdır. Qidalanması yetərsiz olanlara vitamin dəstəyi verilə bilər. Həmin şəxslər ya imsak, ya da iftar vaxtlarında vitamin qəbul edə bilərlər. Bu da xüsusilə xroniki xəstəlikləri olanlara aiddir. Çünki onsuz da xroniki xəstəliyə görə vücudun enerji deposu və immun sistemi qismən təsirlənmiş olur. Bu baxımdan dəstək məqsədli vitaminlər qəbul edə bilərlər. Lakin bunların hamısı həkim nəzarəti altında olmalıdır. Vitamin orqanizmə daxil olduqdan sonra ciddi dəyişikliklərə səbəb ola bilən maddələrdir. Bunu həkim nəzarəti olmadan qəbul etmək də ciddi fəsadlara səbəb ola bilər”, - deyə F.Sədirov qeyd edib.

 
  • Oxunub:  2370  |  
  • Tarix:  15-04-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 22:26
Manlio Di Stefano: Biz hazırda Azərbaycan ilə İtaliya arasında əlaqələrin ən yüksək səviyyəsinə şahidlik edirik
18 May 22:19
Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədədir
18 May 21:07
AQTA sədri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti ilə görüşüb
18 May 21:06
Təhsil nazirinin müavini UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında çıxış edib
18 May 21:05
Şərqşünaslıq İnstitutunda Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
18 May 21:03
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib
18 May 20:59
Azərbaycanın xarici işlər nazirinin Türk Şurasının Baş katibi ilə telefon danışığı olub
18 May 20:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
18 May 20:48
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
18 May 20:44
AŞPA-nın komitə iclasında Azərbaycanın multikultural ənənələrindən danışılıb
18 May 20:17
İqtisadiyyat Nazirliyi “Carlsberg Azerbaijan” ilə anlaşma memorandumu imzalayıb
18 May 20:14
Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
18 May 20:02
Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
18 May 17:42
Litvanın ölkəmizdəki səfiri Milli Məclisdə olub
18 May 17:33
ICESCO Beynəlxalq Muzeylər Günü münasibətilə mətbuat üçün açıqlama yayıb
18 May 17:13
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
18 May 17:09
Mayın 18-də Azərbaycanda koronavirusa qarşı 36 minə yaxın vaksin vurulub
18 May 16:58
Rotterdam-Avroviziya-2021: Azərbaycan təmsilçisi müsabiqədə qadın gücünü tərənnüm edəcək
18 May 16:44
Azərbaycanda koronavirus infeksiyasından daha 1024 nəfər müalicə olunaraq sağalıb
18 May 16:38
Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur
18 May 16:35
Sahib Alıyev: Sərhəd məsələsində təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır
18 May 16:33
Nurlan Qələndərli: Ermənistan vəziyyəti gərginləşdirməyə və reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir
18 May 16:26
İordaniya agentliyi Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına dair şərhini yayıb
18 May 16:23
QMİ sədri Türkiyənin yeni səfirini qəbul edib
18 May 16:09
YAP Gənclər Birliyi birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə başlayıb
18 May 15:43
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib
18 May 15:29
Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub
18 May 15:27
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
18 May 15:13
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
18 May 14:54
Deputat: Əsrarəngiz təbiətə malik Laçın yenə öz sakinlərinə qucaq açacaq və orada həyat yenidən qaynayacaq
18 May 14:36
Almaniyada yaşayan azərbaycanlılar etiraz aksiya keçirib
18 May 14:33
Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib
18 May 14:30
Bu gündən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq olunub
18 May 14:28
TAP kəməri ilə Avropaya 2 milyard kubmetrdən çox Azərbayan təbii qazı göndərilib
18 May 14:23
Yaponiyada yaşayan azərbaycanlılar soydaşlarımızı “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıblar
18 May 13:57
Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək
18 May 13:54
Mayın 19-da bəzi bölgələrdə 35° isti olacaq
18 May 13:51
Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox elektron müraciət daxil olub
18 May 13:48
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib
18 May 13:46
“Arabnews” qəzetində ulu öndər Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub
18 May 13:08
Sabah təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna başlanılır
18 May 12:54
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə münasibətdə dağıdıcı rəftar beynəlxalq hüququn hiddətləndirici pozuntusudur
18 May 12:45
Horadiz-Ağbənd dəmir yolu istiqamətində infrastruktur işlərinə başlanılıb
18 May 12:37
Yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib
18 May 12:14
Təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 May 12:10
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
18 May 12:06
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası həyata keçiriləcək
18 May 11:59
“Həyat dolu küçələr” kampaniyasına başlanılıb
18 May 11:46
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
18 May 11:38
Ombudsman “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət yayıb
18 May 11:36
İşğaldan azad edilən ərazilərin turizm marşrutları hazırlanır
18 May 11:25
Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib
18 May 11:20
Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir
18 May 11:07
Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir
18 May 10:50
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinə başlanılıb
18 May 10:48
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
18 May 10:21
PUA heyətləri təlim tapşırıqlarını icra edir
18 May 10:09
Prezidentin Mətbuat Xidmətinin məlumatı
18 May 10:00
18 may - Beynəlxalq Muzeylər Günüdür
18 May 09:55
“Avroviziya-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb
18 May 09:50
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb
18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA