Ana səhifə »  Xəbər lenti »  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı edilən Hərbi Qənimətlər Parkı bu gündən vətəndaşların ziyarəti üçün açıq elan edilib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də buranı ilk ziyarət edənlər sırasında olublar. Aprelin 14-də bir qrup YAP-çı gənc 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olub.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun şanlı Qələbəsinin bir növ canlı muzeyidir. “Burada vətəndaşlarımız İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda, pandemiyadan sonrakı dövrdə turistlərin ölkəmizə səfəri zamanı bu açıq muzeylə tanışlıqları onlara da imkan yaradacaq ki, şanlı tariximizlə daha yaxından tanış olsunlar. Aprelin 12-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Parkın açılışı baş tutdu. Cənab Prezidentin orada səsləndirdiyi fikirlər, eyni zamanda, 44 günlük müharibə dönəmində xalqımızın göstərdiyi birlik bugünkü Hərbi Qənimətlər Parkının yaradılmasının əsas səbəbidir. Hesab edirəm ki, bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək.”

YAP GB-nin sədri bildirib ki, biz bu gün burada döyüş meydanında düşməndən alınan qənimətləri yaxından izlədik: “Düşünürəm ki, yeni dövr tariximiz digər təşkilatların nümayəndələri üçün də maraqlı olmalı, onlar da bu unikal Parkı ziyarət etməlidirlər.”

Postmüharibə dövrünün ən önəmli səhifələrindən olan Hərbi Qənimətlər Parkı ilə bağlı təəssüratlarını bölüşən YAP GB-nin üzvləri bu Parkın Azərbaycanın çağdaş tarixində önəmli yer tutduğunu qeyd ediblər. Uzun müddət bu günü gözlədiyini deyən YAP Gənclər Birliyinin üzvü Əkbər Cəlilov düşmənin illərdir müxtəlif vasitələrlə əldə etdiyi və gizlətdiyi hərbi texnikalarını bu gün burada canlı olaraq izləməyin çox sevindirici hal olduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsində düşmənin hərbi texnikalarının əksəriyyəti Azərbaycan Ordusu tərəfindən darmadağın edilib və bir hissəsi qənimət kimi götürülüb. Bu hadisənin bizim üçün qürurverici hal olduğunu vurğulayan YAP GB-nin üzvü bir gənc kimi bundan sonra da Azərbaycan həqiqətlərini dünyaya çatırmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva isə Park haqqında təəssüratlarını bölüşərkən qeyd edib ki, Hərbi Qənimətlər Parkı Ali Baş Komandan cənab İlham Əliyevin əsl Sərkərdə qətiyyəti ilə rəhbərlik etdiyi ordumuzun güc və qüdrətinin əyani təzahürüdür. YAP-çı gənc vurğulayıb ki, ermənilər müharibədən əvvəl tanklarını Bakıya gətirəcəklərini bildirirdilər: “Amma onların tanklarının və digər hərbi texnikalarının Azərbaycan tərəfindən qənimət olaraq götürüləcəyini və ötən il Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş etdiriləcəyini və bu gün burada sərgilənəcəyini heç ağıllarına da gətirmirdilər. Biz bu Qələbəni ordumuzun gücü ilə qazandıq. Düşünürəm ki bu Park bizim gənclərimiz üçün bundan sonra da inam nöqtəsi olacaq.”

Qeyd edək ki, Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var.

Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı paytaxtın Xətai rayonunda yerləşir.

 
  • Oxunub:  4830  |  
  • Tarix:  14-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır
14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA