Ana səhifə »  Xəbər lenti »  Nuran Abdullayev: “AstraZeneca" ilə peyvəndlənən şəxslərdə koronavirusa qarşı effektiv immunitet formalaşır
A+   Yenilə  A-
Nuran Abdullayev: “AstraZeneca" ilə peyvəndlənən şəxslərdə koronavirusa qarşı effektiv immunitet formalaşır

"AstraZeneca" peyvəndi və onun müsbət təsirləri ilə bağlı kifayət qədər elmi tədqiqatlar mövcuddur və bu istiqamətdə aparılan elmi tədqiqatlarla onun effektivlik göstəricilərinin xeyli yüksək olduğu sübut edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sözügedən peyvəndlə bağlı yeni tədqiqat işi aparan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Azərbaycanlı alimin sözlərinə görə, "AstraZeneca" ilə peyvəndlənən şəxslərdə koronavirusa qarşı effektiv immunitet formalaşır: Tədqiqatlara əsasən, əminliklə deyə bilərəm ki, "AstraZeneca" peyvənd olunan şəxslərin təkcə özlərini virusdan qorumur, həm də onunla peyvəndlənənlərin ətrafındakı insanların da gələcəkdə virusa yoluxma riskini təxminən 70 faizədək azaldır. Bu da həmin peyvəndi aldıqdan sonra qazanılan immunitetlə və yenidən virusla kontakt zamanı qəbul edilən virus yükü ilə bağlıdır.

"AstraZeneca" ilə bağlı mənfi məlumatlara münasibət bildirən tibb elmləri doktoru təəssüflə deyib ki, bu gün dünya miqyasında insanları təşvişə salmaq məqsədilə dezinformasiyalar yayılır: Amma tədqiqatlarla tanış olduqdan sonra yayılan məlumatların heç bir əsası olmadığı müşahidə edilir. Düşünürəm ki, insanlar da peyvəndlə bağlı yalnız elm adamlarının, mütəxəssislərin fikirlərinə inanmalıdırlar. Oxucuların diqqətinə çatdırım ki, İngiltərədə 20 milyondan çox insan "AstraZeneca" ilə peyvənd edilib. Onların təkcə 79 nəfərində tromb tapıldığı iddia edilir. Almaniyada isə aprel ayında ümumilikdə 11 milyondan çox "AstraZeneca" peyvəndi tətbiq edilib. Bunlardan da yalnız 42-də tromba şübhəyə rast gəlinib. Ümumilikdə isə bu şübhələrin heç birində birbaşa peyvəndə görə bunun əmələ gəlməsi söylənilmir. Burada əlavə olaraq bir vacib məqamı qeyd edim ki, trombun meydana gəlməsini birbaşa peyvəndlə əlaqələndirməyin bu gün heç bir elmi əsası yoxdur. Çünki bununla bağlı indiyədək müxtəlif mexanizmlər irəli sürülsə də, heç biri elmi olaraq təsdiqlənməyib və heç bir tədqiqatda öz əksini tapmayıb ki, bir başa peyvəndin təsirindən tromb əmələ gəlir. Ona görə də tromb aşkarlanması ilə bağlı say göstəriciləri də dünyanın heç bir rəsmi səhiyyə qurumu tərəfindən bir başa peyvəndin nəticəsi kimi təsdiqlənməyib, sadəcə olaraq şübhəli məqam olduğu üçün diqqətdə saxlanılır və araşdırılır ki, bu da həmin qurumların 4-cü faza tədqiqatlar zamanı vəzifə borcudur.

"Bir müddət əvvəl bəzi ölkələrdə, eləcə də Almaniyada "AstraZeneca" ilə bağlı mediada yayılan müəyyən şübhələrdən sonra onun tətbiqinə fasilə verilmişdi. Bu fasilə qərarı da yuxarıda qeyd etdiyim kimi müəyyən qurumların vəzifə borcu idi. Amma sonradan həmin şübhələr söylənildiyi kimi öz təsdiqini tapmadığı üçün Almaniya ehtiyatı əldən verməmək şərti ilə yenidən o peyvəndlə vaksinasiyaya başladı. Ümumiyyətlə, "AstraZeneca"dan sonra tromb əmələ gəldiyi iddia olunan insanlar arasında onların yaş qrupu, cinsiyyəti və xəstəlikləri öyrənildikdən sonra aparılan incələmələrlə onların əksəriyyətində əvvəllər də tromb riskinin olduğunu söyləmək mümkündür", - deyə azərbaycanlı həkim əlavə edib.

N.Abdullayev bildirib ki, bütün bunlar onu deməyə əsas verir ki, "AstraZeneca" barəsində dünya mediasında yayılan fikirlərdən fərqli olaraq onun həqiqətdə insanlara və pandemiya ilə mübarizəyə xeyirli təsiri dəfələrlə çoxdur. Bu günə olan faydalı və əvəzedilməz təsirləri isə nüfuzlu elmi arenada ciddi elm adamlarına aydın olsa da dünya mediasında fərqli izah edilir. Bu da o deməkdir ki, insanlarımız mütləq olaraq elmi əsaslı xəbərlərə və elmin dediyinə inanmalıdır və dövlətimizin onlara yaratdığı şəraitdən maksimum istifadə edib "AstraZeneca" ilə də peyvəndləmədə aktiv iştirak etməlidir. Əks halda təklif edilən peyvəndləmə ilə paralel artacaq yoluxma sayları ölkədə vəziyyəti istənilməyəcək kritik tərəfə yönəldə bilər.

Qeyd edək ki, N.Abdullayev bir neçə gün əvvəl "AstraZeneca" peyvəndi ilə bağlı yeni tədqiqatını yekunlaşdırıb və elmi tədqiqatın preprint nəticələri nüfuzlu "The Lancet" jurnalında yer alıb. Burada sözügedən vaksinin müsbət cəhətləri, onun COVID-19-un geniş yayılmasınının qarşısının alınmasında rolu, dünya mediasında yayılan problemin həlli və onun tibbi nəzarəti öz əksini tapıb.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  14-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram
05 May 16:07
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
05 May 16:03
“Təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru” layihəsinin təqdimatı keçirilib
05 May 15:51
Rusiyalı deputat Dmitri Savelyev Ağdamda erməni vəhşiliklərinin şahidi olub
05 May 15:38
“SOCAR Turkey”in 3 müəssisəsi “Sıfır tullantı sertifikatı” alıb
05 May 15:31
Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13