Ana səhifə »  Xəbər lenti »  Azərbaycançılıq ideologiyasının təbliğində vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük məsuliyyət düşür
A+   Yenilə  A-
Azərbaycançılıq ideologiyasının təbliğində vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük məsuliyyət düşür

QHT-lər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayırlar
Hər bir ölkənin inkişafını təmin edən mühüm amillərdən biri milli maraqların və xalqa məxsus milli-mənəvi dəyərlərin qorunmasıdır. Mütərəqqi baxışları özündə ehtiva edən milli ideologiyanın təbliği bu prosesdə mühüm rol oynayır. Çünki bu, bir tərəfdən xalqın vahid amal ətrafında sıx birləşməsini təmin edirsə, digər tərəfdən də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə kimi çıxış edir. Şübhəsiz ki, bütün bu proseslərdə bir sıra subyektlərlə yanaşı, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayırlar. Belə ki, həmin təsisatlar müxtəlif layihələr vasitəsilə vətəndaşların və bütövlükdə cəmiyyətin milli maraqlar ətrafında səfərbər olunmasına töhfə verir, ictimai həmrəyliyin və milli birliyin təmin olunmasında fəal iştirak edirlər. Bu kontekstdə Azərbaycan nümunəsi də müsbət örnək kimi diqqəti cəlb edir.
Məlum olduğu kimi, ölkəmizdə xalqımızı vahid amal uğrunda sıx birləşdirən milli məfkurə məhz azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq ideologiyası gənc nəslin tərbiyəsində, vətənə bağlılığında, milli maraqlarımızın qorunmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycançılıq, eyni zamanda, milli həmrəyliyi təmin edən mütərəqqi dəyərlər sistemidir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycançılıq ideologiyasının təbliğində vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. Qeyri-hökumət təşkilatları (QHT) gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayırlar. Ümumiyyətlə, ölkəmizdə milli birliyin və həmrəyliyin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin rolu böyükdür. Bu gün dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan vətəndaş cəmiyyəti institutları həyata keçirdikləri layihələrlə istər gənc nəslin milli ruhda tərbiyə olunmasında, istərsə də azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynamaqdadırlar. Eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan QHT-lər 44 günlük Vətən müharibəsi dövründə də öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi desək, yanılmarıq. Həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən QHT-lərin milli həmrəylik nümayiş etdirərək işğalçı Ermənistanda qarşı birgə bəyanat qəbul etməsi, beynəlxalq təşkilatlara müraciətlər ünvanlaması haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rollardan birini oynadı.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni öncə bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi yönündə əsaslı addımların atıldığını diqqətə çatdıran Rauf Zeyni deyib ki, 1999-cu ildə təsis olunan MQF-nin fəaliyyət istiqamətləri arasında milli-mənəvi dəyərlərin qorunması və təbliği, milli birliyimizin gücləndirilməsi, dünya azərbaycanlıları arasında azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi xüsusi yer tutur. Belə ki, qurum ötən illər ərzində istər ölkə daxilində, istərsə də xaricdə azərbaycançılıq ideologiyasının təbliği istiqamətində mühüm tədbirlər həyata keçirib: “MQF gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsi, o cümlədən beynəlxalq müstəvidə Xocalı soyqırımının tanıdılması üçün davamlı fəaliyyət həyata keçirməkdədir. Xüsusi vurğulanmalıdır ki, rəhbərlik etdiyim qurum “Xocalıya ədalət!” kampaniyasının işində fəal iştirak etməkdədir. Qeyd etmək istərdim ki, məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti ölkəmizdə QHT hərəkatının daha yüksək şəkildə fəaliyyətinə yol açıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması, 2008-ci ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması bunu təsdiq edir. Bu gün Azərbaycanın milli maraqlarının müdafiə olunması və milli birliyimizin daha da möhkəmləndirilməsi istiqamətində QHT-lər çoxsaylı layihə həyata keçiriblər”.
R.Zeyni onu da qeyd edib ki, Milli QHT Forumu bəhs olunan istiqamətlər üzrə ölkəmizdə ali təhsil müəssisələri, dövlət strukturları ilə də sıx əməkdaşlıq həyata keçirir. Bundan başqa, beynəlxalq təşkilatlarla da əməkdaşlıq fəaliyyəti təşkilatın əsas prioritetlərindən birini təşkil edir. R.Zeyni əlavə edib ki, MQF mütəmadi olaraq milli və hərbi vətənpərvərliyin gücləndirilməsi istiqamətində gənclər arasında, hərbi hissələrdə geniş tədbirlər keçirib. Onun sözlərinə görə, MQF mütəmadi olaraq ziyalıların, milət vəkillərinin, media nümayəndələrinin, tanınmış şəxslərin döyüş bölgələrinə səfərlərini təşkil edir. 2020-ci ilin yayında ermənilərin Tovuz rayonu istiqamətində törətməyə çalışdıqları hərbi təxribatlarla bağlı yüzlərlə QHT-nin beynəlxalq təşkilatlara müraciət etdiyini önə çəkən MQF prezidenti deyib ki, 44 günlük Vətən müharibəsi başlanan gün - 27 sentyabrda rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə 1128 təşkilat ölkə Prezidentinin apardığı siyasəti dəstəklədiyini bildirən bəyanat yayıb: “Bununla yanaşı, ermənilərin Gəncədə, Bərdədə, Füzulidə və digər bölgələrimizdə dinc əhaliyə qarşı terror törətməsi, raket hücumu həyata keçirməsi ilə bağlı öz etirazımızı bildirmişik, bütün beynəlxalq təşkilatlara müraciətlər etmişik, o regionlara səfər edərək mülki əhaliyə dəstək olmuşuq. Biz şərəf duyuruq ki, öz ictimai səngərimizdə mübarizə aparırıq”.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün əsaslı addımlar atılıb. QHT-lərlə bağlı qanunvericilik bazasının formalaşdırıldığını, QHT-hökumət münasibətlərinin inkişafı istiqamətində mühüm addımların atıldığını deyən E.Həsənli QHT-lərin dövlət qeydiyyatının da asanlaşdırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu fəaliyyət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir: “Bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin sağlam inkişafı üçün hər cür şərait mövcuddur. QHT-lərimiz də bütün sahələr üzrə fəal fəaliyyət nümayiş etdirməkdədir. O cümlədən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, ordumuzun, silahlı qüvvələrimizin təbliği mövzusuna xüsusi diqqət yetirilir. Ölkəmizdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları, ehtiyatda olan hərbçilər, 20 Yanvar şəhidləri və əllilləri və digər istiqamətləri öz fəaliyyətində ehtiva edən QHT mövcuddur. Onların fəaliyyəti üçün Azərbaycan dövlət hər bir şərait yaradıb. Bu QHT-lər hər zaman dövləti, xalqı, dövlətçiliyi dəstəkləməkdədir, öz bilik və təcrübələrindən gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün istifadə edir. Eləcə də QHT-lərimiz dövlətlə sıx əməkdaşlıq edir. Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının problemlərinin həlli istiqamətində mütəmadi olaraq təkliflər hazırlayır və təqdim edir. Bu əməkdaşlığın nəticəsində sözügedən kateqoriyadan olan insanlarımızın bir çox problemləri öz həllini tapır. Bununla yanaşı, vətəndaş cəmiyyəti strukturlarının nümayəndələri bir sıra nazirliklərin yanında ictimai şuralarda fəaliyyət göstərirlər. Ən əsası isə, Azərbaycan dövləti vətəndaş cəmiyyəti və xüsusən vətənpərvərlik yönündə fəaliyyət göstərən QHT-lərə də hər cür dəstək verir”.
Emin Həsənli onu da qeyd edib ki, rəhbərlik etdiyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bir çox layihələr həyata keçirir: “Təhsil, Gənclər və İdman nazirlikləri ilə yaradılan əməkdaşlıq, Gənclər Fondunun, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı nəticəsində, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin dəstəyi ilə yay düşərgələri təşkil olunur. Orada müharibə əlillələrinin, şəhid ailələrinin övladları istirahət edirlər. Eyni zamanda cəbhə bölgələrində yaşayan əhali ilə davamlı olaraq dövlət sirrinin qorunması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılır, əsgərləri yolasalma və qarşılama tədbirlərində iştirak edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin bütün regionlarda “Vətənin mühafizəsinə hazıram” devizi ilə təşkil etdiyi tədbirlərdə yaxından iştirak edirik. Eləcə də vətənpərvərlik mövzularına həsr olunmuş rəsm, yazı müsabiqələri təşkil edirik. 2020-ci ilə qədər mütəmadi olaraq ali təhsil ocaqlarında tələbələrlə, orta məktəblərdə şagirdlərlə görüşlər keçirmişik, müharibə veteranlarının, Milli qəhrəmanlarımızın görüşlərini təşkil etmişik”, - deyən E.Həsənli onu da əlavə edib ki, rəhbərlik etdiyi QHT Qarabağ müharibəsində fərqlənmiş qazilərin qardaş Türkiyəyə səfərlərini təşkil edib. Bu səfərlər çərçivəsində qazilərimizin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər dövlət rəsmiləri ilə görüşləri baş tutub.
Milli vətənpərvərliyin yüksəldilməsini özü üçün əsas istiqamət seçmiş QHT-lərin “qardaşlığımız əbədidir” platformasında fəaliyyət göstərdiyini önə çəkən E.Həsənli bu platformanın qardaşlıq əlaqələrimizin genişlənməsinə də mühüm töhfələr verdiyini diqqətə çatdırıb: “Təşkilatımız gənc nəslin azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunması istiqamətində çalışır. 44 günlük Vətən müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycanda vətənpərvər gənclik mövcuddur. Hər birimiz gənclərimizlə qürur duyuruq”.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  3600  |  
  • Tarix:  14-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır
05 May 16:22
“Xalçaçı günü”ndə 149 yeni xalça kəsilib
05 May 16:19
Xalq şairi Fikrət Qoca son mənzilə yola salınıb
05 May 16:11
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşən livanlı terrorçu ilə bağlı cinayət işi məhkəməyə göndərilib
05 May 16:09
Şəhidlərin xatirəsinə ehtiram

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13