Ana səhifə »  Xəbər lenti »  Adil Əliyev: Hərbi Qənimətlər Parkı Qələbəmizin möhtəşəmliyinin təcəssümüdür
A+   Yenilə  A-
Adil Əliyev: Hərbi Qənimətlər Parkı Qələbəmizin möhtəşəmliyinin təcəssümüdür

Dövlətimizin başçısı tərəfindən dünən istifadəyə verilən Hərbi Qənimətlər Parkı Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizin böyüklüyünü, ölkəmizin qüdrətini, xalqımızın ölkə başçısının ətrafında olan sıx birliyini əks etdirir. Düşmənin 30 ilə yaxın işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızın 44 gün kimi qısa bir müddət ərzində Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq salnaməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi məqsədilə həyata keçirilən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Vətən uğrunda insan üçün ən qiymətli nemət olan canlarından keçdilər. Vətən müharibəsində düşmənə vurulmuş misli görünməmiş zərbə ilə şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının, erməni təcavüzkarları tərəfindən həyatdan məhrum edilmiş bütün vətəndaşlarımızın qisasları alındı, qanları yerdə qalmadı. Torpaqlarımızı düşmən işğalından həmişəlik azad etdik, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Vətən müharibəsi xalqımızın gücünün, qüdrətinin, dövlətimizin başçısının ətrafındakı sıx birliyinin, şücaətinin əyani təcəssümü oldu. “Müharibə zamanı həmvətənlərimizin həm ön cəbhədə, həm arxa cəbhədə xidmətləri, hərbi qulluqçularımızın göstərdiyi şücaətlər, onların yüksək səviyyəli hazırlığı bir daha dünyaya ölkəmizin gücünü göstərdi. Sevindirici haldır ki, Vətən müharibəsi zamanı ordumuzun sıralarında bir nəfər də olsun fərari olmadı, hərbi birliklərimiz öz üzərilərinə düşən tarixi missiyanı çox böyük uğurla tamamlayaraq düşmənə sarsıdıcı zərbələr endirdilər. Müharibə zamanı Ermənistan tərəfi bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi, əksinə, erməni ordusunda təxminən 10 min fərarilik halı qeydə alındı. Hazırda da Ermənistanda övladları itkin düşən və həlak olanların ailə üzvləri mütəmadi olaraq mitinqlər təşkil edərək övladlarını tələb edirlər”, - deyə A.Əliyev qeyd edib.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Vətən müharibəsi həm də döyüşçülərimizin hərbi hazırlığının, hərbi biliklərinin, Silahlı Qüvvələrimizin arsenalının yeni döyüş avadanlıqları ilə təchizatının yüksək səviyyədə olduğunu əyani sübut etdi. Ordumuzun çətin relyefdə, sıldırım qayalarda apardığı uğurlu əməliyyat bizə bu qələbəni bəxş etdi. Ölkəmizin müharibədə istifadə etdiyi taktiki və texniki təlimlərin dünyanın qabaqcıl ölkələri tərəfindən öyrənilməsi, Vətən müharibəsində istifadə etdiyimiz strategiya barədə məlumat almaq istəməsi Azərbaycan Ordusunun gücündən xəbər verir. “Qeyd etmək lazımdır ki, ölkəmizdə ordu quruculuğu hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olub. Yeni silahların alınması, təchizatın ən yüksək səviyyədə təşkil edilməsi və aparılan digər işlər Vətən müharibəsində qələbə qazanmağımızda ən mühüm amillərdən oldu. Vətən müharibəsi zamanı artilleriya bölmələrəmizin düşmənə vurduğu ardıcıl və sərrast zərbələr döyüşçülərimizin daha qısa müddət ərzində irəliləməsini təmin etdi. Bundan başqa, sistemli xarakter daşıyan ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərin yaradılması da müharibədə qələbəmizi şərtləndirdi”, - deyən Adil Əliyev vurğulayıb ki, paytaxtın Xətai rayonunda 5 hektar ərazidə salınmış Hərbi Qənimətlər Parkında hazırda Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya yer alır. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bizim şəxsi avtomobillərin nömrələrini götürüb işğal edilmiş torpaqlarda lövhə düzəltmişdilər. Onlar bu lövhəni fəxrlə göstərərək Azərbaycan xalqının necə öz əmlaklarını qoyaraq ata-baba yurdlarından didərgin düşməsini bir daha diqqətə çatdırır, bununla xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmənin miqyasını göstərirdilər. Hansı ki, vətəndaşlarımız öz dədə-baba yurdlarından məcburi şəkildə çıxarılmış, öz əmlaklarını da qoyaraq yurd-yuvalarını tərk etməyə məcbur qalmışdılar”.

Adil Əliyev vurğulayıb ki, Hərbi Qənimətlər Parkında yaradılmış bu kompozisiya isə Ermənistana məxsus olan maşınların məhv edilməsi və ya qənimət kimi götürülməsinin əyani təzahürüdür. Buradakı eksponatlar həm də düşmənin törətdiyi müharibə cinayətlərini özündə ehtiva edir. Belə ki, həmin qənimətlər arasında düşmənin dinc əhalimizin yaşadığı əraziləri və gecə saatlarında yaşayış binalarını hədəfə alaraq ölkəmizə atdığı “İsgəndər-M” raketlərinin qalıqları var. Parkda 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

“Prezident İlham Əliyev bu gün Diplomatiya Akademiyasında keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında bir daha bu raket kompleksi məsələsinə toxunaraq, hazırda bununla bağlı araşdırmanın davam etdiyini bildirdi. Bu gün qürurla deyə bilərik ki, Hərbi Qənimətlər Parkı Şanlı Ordumuzun qüdrətinin təzahürüdür. Çünki düşmən torpaqlarımızı işğalda saxladığı müddət ərzində ərazini talan etməklə yanaşı, orada möhkəmlənərək güclü müdafiə istehkamları qurmuşdu. Lakin tarix göstərdi ki, düşmənin qurduğu istehkamlar, apardığı möhkəmləndirmə işləri Şanlı Azərbaycan Ordusunun qarşısında acizdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusu düşmən üzərində tarixi qələbə qazanmaqla bizə əvəzolunmaz bir qürur bəxş etdi”, - deyə Milli Məclis sədrinin müavini bildirib.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  13-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 17:58
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
17 May 17:54
Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb
17 May 17:26
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanıblar
17 May 17:10
“Həqiqətin onomastikası” kitabı işıq üzü görüb
17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+15 +20