Ana səhifə »  Xəbər lenti »  Malik Həsənov: Hərbi Qənimətlər Parkı Vətən müharibəsi həqiqətlərinin təbliğinə geniş imkanlar açacaq
A+   Yenilə  A-
Malik Həsənov: Hərbi Qənimətlər Parkı Vətən müharibəsi həqiqətlərinin təbliğinə geniş imkanlar açacaq

“Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha məğrur, yenilməz xalq olduğunu təsdiqlədi.  Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında böyük qürurla qeyd etdiyi kimi, biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, həmçinin   dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.

    Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Hər bir vədini konkret əməli işi ilə təsdiqləyən   ölkə Prezidentinin təkmil islahatlara, yeniliyə, müasirliyə  əsaslanan siyasəti nəticəsində son 17 ildə Azərbaycan bütün sahələrdə ilklərə imza atıb. Təbii ki, hər bir ölkənin inkişafında iqtisadi müstəqillik əsas rol oynayır. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu  nəzərə alsaq,  dünyaya  nümunə olan inkişaf modeli ilə dayanıqlı inkişafını təmin edən Azərbaycanın beynəlxalq münasibətlər sistemində  möhkəmlənən  yeri və rolunu daha aydın görərik. Dövlətimizin müstəqil siyasəti bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibət qurmasını şərtləndirən əsas amillərdəndir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

   “Hər bir çıxışında  Azərbaycan Ordusunun gücünə, qüdrətinə böyük əminlik nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da  edirdi ki, Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır» söyləyən millət vəkli vurğulayıb ki,  rəşadətli ordumuz ona olan inamı cənab  İlham Əliyevin rəhbərliyi ilə  30 ilə yaxın müddətdə  Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə təsdiq etdi,  sahibini gözləyən bu ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırdı: “Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan  Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən Vətən müharibəsində  Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə  bölgədə yeni geopolitik mənzərənin  yaradılması  möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.”

     M.Həsənov qeyd edib ki, Vətən müharibəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin inzaladığı Fərman və Sərəncamların böyük əksəriyyəti  əldə olunun tarixi Qələbənin qəhrəmanlarının təbliginə həsr olunub: “Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş əməliyyatları  beynəlxaıq mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Döyüş əməliyyatlarında Ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam  Qələbənin başlıca amilləri olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən, amma 28 il idi ki  icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı.”

    İkinci Qarabağ müharibəsinin getdiyi vaxtlarda Azərbaycana təzyiqlərin  göstərildiyini, sanksiyalar tətbiq edilməyə cəhdlər edildiyini önə çəkən M.Həsənov qeyd edib ki,  onların qarşısı yenə də  Azərbaycanın gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi sayəsində  alındı: “Dövlətimizin başçısı İlham Əliyev bir addım da belə  qətiyyətli  mövqeyindən geri çəkilmədi.  Müzəffər Ali Baş Komandanın  məlum nitqində yer alan “Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr” fikirləri bugünədək beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, sanki belə bir məfhumun mövcudluğunu şübhə altına alan aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara  ciddi mesajdır.  Cənab İlham Əliyev  44 günlük müharibə dövründə həm döyüş meydanında, həm də informasiya cəbhəsində  Azərbaycanın Qələbəsini təmin etdi. Ermənistana və ona havadarlıq edənlərə sübut edildi ki, “Qarabağ Azərbaycandır!”

      Millət vəkili  belə bir ümumi mənzərəni diqqətə çatdırıb ki,  Milli Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımılara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır: “Düşmən üzərində tam Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına  Şuşa azad edildi və düşmən diz çökdü,  ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı.”

  M.Həsənov  qeyd edib ki, Bakıda Hərbi Qənimətlər Parkı İkinci Qarabağ müharibəsi həqiqətlərinin  təbliğinə,  Azərbaycanın qalib,   Ermənistanın   məğlub  ölkə kimi dünyada tanınmasına  geniş imkanlar açacaq: “44 günlük  Vətən müharibəsinin hər anını özündə əks etdirən  eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri  təkrar-təkrar göz önünə gətirəcək,  Ordumuzun gücünü, gənclərimizin vətənpərvərliyini, torpaq sevgisini   bir daha açıqlayacaq. Tariximizin hər bir səhifəsi əziz olmaqla yanaşı, gələcəyimiz  üçün zəngin mənbədir.”

 
  • Oxunub:  2550  |  
  • Tarix:  13-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 16:37
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+15 +20