Ana səhifə »  Xəbər lenti »  Vüqar Rəhimzadə: İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı tərəf olduğunu, illərdir BMT sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipi kimi ərazi bütövlüyünün təmin olunması istiqamətində dünyaya çağırışlarına ikili mövqedən yanaşıldığına, ən əsası, bəzi ölkələr və beynəlxalq təşkilatlar işğalçı Ermənistana dəstək verib danışıqlar prosesinin imitasiya naminə aparıldığına bir daha aydınlıq gətirdi. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı çərçivəsində təltif olunan hərbçilərlə görüşündəki nitqi Vətən müharibəsinə gedən yolun aydın mənzərəsini yaradır. Azərbaycan Prezidenti qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş, qarşımızda diz çökmüş, boynunu bükmüş ölkədir və həmişə belə olacaq.»

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin dünənimizə baxış fonunda perspektivləri özündə ehtiva edən nitqində son 17 ildə sözlə əməl birliyini təsdiqləyən məqamlar faktlar əsasında diqqətə çatdırılıb. Azərbaycan Prezidenti bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, populizmdən uzağıq, nəyi deyiriksə, ona də əməl edirik. “Prezident kimi fəaliyyətə başladığı ilk gündən hədəfləri açıqlayan, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas məsələ kimi diqqət mərkəzində saxlayan dövlətimizin başçısı bu arzunun gerçəkləşəcəyi zamanın uzaqda olmadığını daim böyük əminliklə qeyd edirdi. Möhkəm təməl üzərində qurulan siyasət bir qayda olaraq hədəflərə yüksək səviyyədə çatmağa əsas yaradır. Beynəlxalq münasibətlərə gəldikdə isə müstəqil siyasət həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün dövlətlərlə əməkdaşlıqda bərabərlik prinsipini qoruyan bir dövlətin üzləşdiyi ədalətsizlikdən qalib çıxacağı şübhə doğurmurdu. Əsas olan münasibətlərdə səmimiyyət körpüsünün düzgün qurulması, həqiqətləri, sözün əsl mənasında, həqiqət kimi qəbul etmək, verilən vədə sadiqliyi əməldə təsdiqləməkdir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, bu vəzifəyə təzə seçilmişdim. Hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər”, - deyə V.Rəhimzadə bildirib.

Azərbaycanın son 17 ildə danışıqlar prosesini davam etdirməklə yanaşı, iqtisadi, siyasi sahələrdə, beynəlxalq müstəvidə qazandığı uğurların miqyasını da nə qədər genişləndirməsindən bəhs edən baş redaktor deyib: “Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, gücünü hərb meydanlarında düşmənə ağır zərbələr endirməklə sübut edən ordumuzun müasir hərbi texnika, silahlarla təchiz edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü və təkmil orduları sırasında olması həm də iqtisadi qüdrətimizin göstəricisidir. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan bu hərbi texnikanı, silahı öz vəsaiti hesabına alır. Kasıb Ermənistanın yüksək məbləğlə ifadə olunan müasir silahlarla təchizatı daim sual doğuran məsələ olub. Möhtərəm Prezidentimiz İlham Əliyev istər Vətən müharibəsi dövründə xarici mətbuata verdiyi müsahibələrində, istərsə də fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələni dəfələrlə qabardaraq Ermənistanı silahla təchiz edən dövlətlərin münaqişənin həlli prosesinin uzanmasına və sonda bu siyasətin hansı nəticələrə yol açmasına diqqəti yönəldərək işğalçıya bu diqqət və qayğının nədən qaynaqlandığını həmin dövlətlərin özlərindən eşitmək istədiyini açıqlamışdır”.

“İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı”, - söyləyən V.Rəhimzadə bildirib ki, bu gün aparıcı dövlətlər Azərbaycanın bu sahədəki təcrübəsini öyrənirlər. Müharibə zamanı bir addım da belə geri çəkilməyən, hər günü tariximizə Qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu Prezident İlham Əliyev qeyd etdiyi kimi, XXI əsrin müharibəsini apardı və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz tədris edilir. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, eyni zamanda, çox qısa müddətdə - cəmisi 44 gün davam edən hərbi əməliyyatlarda dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.

Çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı ayrıca bir dastandır, Müzəffər Azərbaycan Ordusunun yazdığı bu dastan haqqında hələ çox danışılacaq. Peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına Şuşa azad edildi, düşmən diz çökdü, məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarını da geri aldıq.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda illərdən bəri ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladıqları statistik rəqəmlərlə də ifadə olunur. Modernləşdirilən, ən müasir texnika ilə təchiz olunan Azərbaycan Ordusu “Qlobal atəş gücü” indeksi üzrə 64-cü yerdə qərarlaşaraq, siyahının 111-ci sırasında yerləşən Ermənistanı xeyli qabaqlayır. Hərbi kontingent, hava qüvvələri ilə təminat baxımından da Ermənistanı arxada qoyan ordumuzun əməliyyatlar zamanı mülki əhalini hədəfə almaması isə Azərbaycanın beynəlxalq hüquqa, multikultural dəyərlərə sadiqliyini, döyüş əməliyyatları zamanı belə humanizm prinsiplərini diqqətdə saxladığını göstərir. Bu gün biz bir xalq olaraq Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasından sonsuz qürur hissi keçiririk. Ordumuzun gücünün belə yüksək dəyərləndirilməsi təbiidir. Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan silahlı qüvvələri oğrular, əsgər yeməyini satanlar hesabına formalaşıb, fərarilərdən, qorxaqlardan ibarətdir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Dünya hərb tarixində görünməmiş qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərinin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu övladlarının meyitini ala bilməyən ermənilər özləri belə təsdiqlədilər.

Qırx dörd gündə Azərbaycan xalqının yeni tarix yazdığını bildirən baş redaktor deyib: “Bu tarixin hər bir səhifəsi gələcəyə işıq salır. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda quruculuq-abadlıq işləri həyata keçirilir. Xalqımız Böyük Qayıdışı gözləyir. Amma bu sevincimiz bizə ermənilərin törətdikləri vəhşilikləri unutdurmamalıdır. Müasir dövrün informasiya müharibəsi dövrü olduğunu nəzərə alaraq təbliğat işimizi daha da gücləndirməli, erməni faşizminin əsl simasını dünya ictimaiyyətinə çatdırmalıyıq. 44 günlük İkinci Qarabağ müharibəsi görməyən gözləri, eşitməyən qulaqları açsa da fürsət düşdükcə prinsiplərə sadiqlikdən yararlanaraq ikili yanaşmalarından maraqları naminə bəhrələnməyə çalışan dünyanın aparıcı dövlətləri hərdən bu yanaşmaların hansı ədalətsizliklərə, haqsızlıqlara yol açdığının fərqində olsunlar. Azərbaycan Vətən müharibəsinin gedişində də təzyiqlərə məruz qaldı, hətta bir çox ermənipərəst dünya gücləri tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gətirildi. Bu sanksiyaları tələb edən, eyni zamanda, bunun əleyhinə olub Azərbaycanı müdafiə edən dövlətlərə diqqət yetirməklə illərdir münaqişənin həllində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupunun həmsədrləri statusunda bu dövlətlərə həvalə edilməsinə sadəcə təəssüf etmək olar”.

V.Rəhimzadə, eyni zamanda, bildirib ki, informasiya müharibəsinin davam etdiyi hazırkı dövrdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfə olacaq. O baxımdan ki, faktlar buraya üz tutan hər kəsə eksponatlar vasitəsilə çatdırılacaq. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü əsasında qısa zamanda açıq səma altında salınan Park həm də insan amilinə verilən dəyərə uyğun olaraq vətəndaşlarımızın tarixin yeni səhifəsini öyrənmək üçün mənbə olacaq.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  13-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

09 May 15:42
Müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədidir
09 May 15:10
Faşizm üzərində Qələbənin 76-cü ildönümü ilə əlaqədar Bakıda tədbir keçirilib
09 May 14:40
Şuşa şəhərində İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
09 May 14:28
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib
09 May 13:30
Faşizm üzərində Qələbənin qazanılmasında misilsiz xidmətləri olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb
09 May 13:29
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb
09 May 13:20
MDB ölkələrinin səfirləri və hərbi attaşelər ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 12:49
Diaspor könüllüləri və gəncləri “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
09 May 12:11
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
09 May 11:06
DTX faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib
09 May 11:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabını çapa hazırlayır
09 May 10:59
Azərbaycanın Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb
09 May 10:55
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 10:07
Bu gün faşizm üzərində Qələbədən 76 il ötür
09 May 00:48
Son üç yüzillik tariximizdə Qarabağın dünəni, bu günü və sabahı
09 May 00:41
Peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək lazımdır

09 May 00:37
Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır

09 May 00:36
Ermənistanda seçkiqabağı dövrdə həm iqtidar daxilində, həm də müxalifətdə parçalanma müşahidə edilir
09 May 00:34
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir
08 May 22:04
Aysel Tahirova: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın yüksək inkişafını təmin edib
08 May 21:57
Heydər Əliyevin sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi
08 May 20:59
Daha üç Vətən müharibəsi qazisinin əməliyyat xərcləri qarşılanıb
08 May 20:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub
08 May 20:55
Deputat: Şuşamız 29 ildən sonra ilk dəfədir mayın 8-ni azad, bərpa olunan, yenidən çiçəklənən şəkildə qarşılayır
08 May 20:54
Fransalı mer: Faşizm ideologiyasına qarşı qətiyyətlə mübarizə aparılmalıdır
08 May 20:52
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsini Çinin “Weibo” sosial şəbəkəsində 35 milyondan çox insan izləyib
08 May 20:47
Politoloq: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz 8 may ağrısına son qoydu
08 May 20:30
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli kimliyini özünə qaytardı
08 May 20:27
Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim
08 May 19:09
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanımızın xilaskarı və banisidir
08 May 18:20
Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün 20 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
08 May 18:19
Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı Sərəncam imzalayıb
08 May 18:17
Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb
08 May 18:15
Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək
08 May 18:14
Şuşada növbəti mövsümdə 31 bina istiliklə təmin ediləcək - SƏRƏNCAM
08 May 18:12
Naxçıvanda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub
08 May 18:05
Binə qəsəbəsindəki Şəhidlər xiyabanında təmir işləri başa çatıb
08 May 18:03
Alimlər insan ömrünü uzatmağın yeni vasitələrini müəyyən ediblər
08 May 17:50
Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər kateqoriyadan olan şəxslərə birdəfəlik maddi yardım ödənilib
08 May 17:46
Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən beynəlxalq festivalda iştirak edib
08 May 17:45
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır
08 May 17:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Mürsəl Kazımlının ailəsini ziyarət etmişlər
08 May 17:37
Pərvin Kərimzadə: Azərbaycan mədəniyyətinin paytaxtı elan edilən Şuşanın tarixi kimliyi özünə qayıdır
08 May 17:34
YAP Nərimanov rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib
08 May 17:19
YAP Nəsimi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib
08 May 17:02
Azərbaycanda koronavirusa 649 yeni yoluxma faktı qeydə alınıb
08 May 17:01
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olunub
08 May 16:58
YAP Goranboy rayon təşkilatı Ümummilli Lider Heydar Əliyevin anadan olmasının 98-ci il dönümünü qeyd edib
08 May 16:55
Xızıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib
08 May 16:53
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib
08 May 16:51
Türkiyə Prezidenti: Tam qapanma başa çatandan sonra atılacaq addımları yaxın günlərdə elan edəcəyik
08 May 16:48
“Heydər Əliyev yolu Azərbaycanı daha uca zirvələrə aparacaq”
08 May 16:38
Kamilə Əliyeva: Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və Azərbaycan cəmiyyətinə çatdırılması hamımızın ümdə vəzifələrindəndir
08 May 16:37
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 yarışına hazırlıq işlərini gücləndirib
08 May 16:35
Mayın 9-dan 15-dək Əmlak Xidmətləri Məkanında qeyri-iş günü olacaq
08 May 16:33
Təhsil naziri: X-XI sinif şagirdləri təhsillərini distant formada davam etdirəcəklər
08 May 16:29
Texniki Universitetin baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib
08 May 16:26
Qarabağda “yaşıl enerji” zonasının yaradılması Milli Prioritetlərin başlıca istiqamətlərindəndir
08 May 16:12
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
08 May 16:10
Azərbaycanın ən yeni tarixinin unudulmaz səhifəsi
08 May 16:08
BDU-da “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
08 May 16:04
Mayın 9-dan 15-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq
08 May 15:59
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfli ömür yolu hər bir gənc üçün örnəkdir
08 May 15:53
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Baş Prokurorluqda qeyd edilib
08 May 15:36
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
08 May 15:28
Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
08 May 15:20
YAP Nəsimi rayon təşkilatında bir qrup qaziyə partiya vəsiqələri təqdim olunub
08 May 15:15
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşa ilə bağlı paylaşımı edib - VİDEO
08 May 15:14
AzMİU-da “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda elmi konfrans keçirilib
08 May 15:10
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar aztəminatlı ailələrə sovqat göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA