Ana səhifə »  Xəbər lenti »  Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunur
A+   Yenilə  A-
Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunur

Tarixi qələbələrlə zəngin olan Azərbaycanımıza cəsur döyüşçüləri, mətin  sərkərdələri daim şan-şöhrət gətirmişdir. Belə döyüşçülər sırasında olan Cavidanlar, Babəklər, Şah İsmayıl Xətailər, Cavad xanlar, Səməd bəy Mehmandarovlar, Həzi Aslanovlar, Şirin Mirzəyevlər, Mübariz İbrahimovlar, Polad Həşimovlar bu millətin tarixinə qızıl hərflərlə həkk olunmuş, adlarına şeirlər, bayatılar, dastanlar yazılmışdır. Cənab Ali Baş Komandanımız İlham Əliyev də bu qüdrətli xalqın Müzəffər Sərkərdəsidir. Məhz Onun başçılığı, əmri ilə bu xalq bütöv bir yumruq kimi birləşdi və 44 günlük müharibə dövrünün hər bir anında öz Komandanına, öz Ordusuna arxa-dayaq oldu. Ali Baş Komandanımızın çağırışı ilə on minlərlə gəncimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli nümayəndəliklərinə və idarələrinə müraciət edərək Qarabağımızın azadlığı uğrunda müharibəyə getmək üçün könüllü müraciət etdi.

27 sentyabr 2020-ci il tarixdə quduzlaşmış düşmənin növbəti təxribatı artıq səbr kasasını daşırdı və nəticədə cəmi 44 gün ərzində dünya hərb tarixinə, o cümlədən Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq "Dəmir yumruq" əməliyyatı baş tutdu. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etdi. Beləliklə, xalqımızın şanlı tarixinə çevrilən “Dəmir yumruq” əməliyyatı dünyaya Azərbaycan xalqının gücünü, dövlətin xalqla vəhdətini nümayiş etdirdi.

Şübhə yoxdur ki, Qələbəmizin əldə edilməsindən yaranan qürur hissini Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti, illərdir apardığı Ordu quruculuğu və vətənpərvər gənc nəslin göstərdiyi şücaət bizə bəxş etdi. Ölkə başçımızın da dediyi kimi, Qələbəni, Azərbaycan əsgəri, Azərbaycan zabiti təmin etdi. Həmin əsgərlər ki, 2003-cü ildə balaca uşaqlar idi. O uşaqların hər biri həyatlarının hər anında vətən sevgisi ilə böyümüş, ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın düşmən işğalından qurtulması üçün canını belə gözünü qırpmadan verəcək vətənpərvər, qeyrətli həyat yolu keçmişdilər. Və bunun məntiqi nəticəsi olaraq onlar düşmənin üstünə gedərkən nə ölümdən, nə sağlamlığını itirməkdən qorxmuşlar. Qələbəmiz möhtəşəmdir, lakin bu Qələbənin də itkiləri də var. Yüzlərə qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Əminliklə deyə bilərəm ki, onlar heç vaxt unudulmayacaq, onların ailələri daim həm xalq, həm də dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunacaqlar.

Cənab Ali Baş Komandanımızın şəhid ailələrinə, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğısının nəticəsidir ki, müharibədən qısa bir vaxt sonra əsas fəaliyyət istiqaməti şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi, həyat və məişət şəraitlərinin yaxşılaşdırılması olan "YAŞAT" Fondu yaradıldı. Bu fond həm də dövlətlə xalqın birliyinin sübutudur. "YAŞAT" Fonduna könüllü surətdə dünyanın hər yerindən humanitar yardımlar və pul ianələri köçürülür. Fond, qazi və şəhid ailələri ilə mütəmmadi görüşlər keçirir, onların əsas problemlərinin aradan qaldırılması üçün durmadan fəaliyyət göstərir.

Dövlətimizin qayğısı sadəcə şəhid və ya qazi ailələri ilə məhdudlaşmır. Eyni zamanda müharibədən əziyyət çəkmiş mülki vətəndaşlar da dövlətimizin güclü qayğısını hiss edirlər. Onların hər biri zərər görmüş əmlakları, mülkləri üçün maliyyə yardımları ilə təmin olunur və sosial ehtiyaclarının təmin olunması istiqamətində işlər görülür.

Hər zaman xalqının rifahını düşünən Prezident İlham Əliyevin 7 yanvar 2021-ci tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb. Bu şöbələrin əsas məqsədi şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial problemlərinin qısa müddətdə aradan qaldırılmasıdır. Bu istiqamətdə görülən işlərdən biri də aparılan döyüş əməliyyatlarında xəsarət almış hərbi qulluqçularımızın tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli üçün xüsusi komissiyanın yaradılmasıdır. Eyni zamanda, dövlətimiz tərəfindən təmənnasız olaraq müharibə iştirakçılarına və şəhid ailələrinə psixoloji yardımın təşkil edilməsi üçün də komissiya yaradılıb.

Qeyd etmək istərdim ki, mən də 44 günlük "Dəmir yumruq" əməliyyatlarının iştirakçısıyam və bununla fəxr edirəm. Eyni zamanda, mən əyani olaraq görürəm ki, Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Dövlətimizin bu mövzuda həssaslığının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində yaradılmış komissiyasında şahidi oldum. Mövcud problemin qısa zamanda həlli mənə və komissiyaya müraciət edən müharibə iştirakçılarına qarşı münasibət dövlətin bu kateqoriyadan olan insanlara xüsusi diqqətinin göstəricisi idi.

Sonda bir daha bildirmək istərdim ki, xalqımızın birliyi onun gücündədir. Bu gücü nümayiş etdirən isə Ali Baş Komandanın düzgün siyasətidir. Şübhə yoxdur ki, 44 günlük müharibə dövründə olduğu kimi, bundan sonra da Azərbaycan xalqı daim öz Ali Baş Komandanının, Ordusunun arxasında, müharibədən zərər çəkmiş vətəndaşlarımızın yanında olacaq. Azərbaycan xalqını birliyini sübut edərək Azərbaycanı bütöv edən "Qarabağ Azaddır! Qarabağ Azərbaycandır!" ifadələri tarix boyu dillərdən düşməyəcək, şəhidlərimiz və qazilərimiz heç vaxt unudulmayacaq, daim qəlblərimizdə yaşayacaq! Yaşasın Azərbaycan!

Süpay Məmmədov,

Pirallahı rayon sakini, Vətən müharibəsi iştirakçısı

 
  • Oxunub:  2520  |  
  • Tarix:  13-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır

07 May 13:49
ADA Universiteti tanınmış fotojurnalist Reza Deqati ilə layihəyə başlayıb
07 May 13:47
Xalq artisti Arif Quliyev dəfn olunub
07 May 13:43
Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb
07 May 13:30
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb
07 May 13:27
TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN QÜDRƏTİNİN TƏCƏSSÜMÜDÜR!
07 May 13:16
İtkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilib
07 May 12:58
Bu günümüz və sabahımız Ülu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
07 May 12:46
Milli Məclisin deputatı Əliabbas Salahzadə seçicilərlə növbəti görüş keçirib
07 May 12:43
Ötən il İTSDA bütün tibb müəssisələrində koronavirus ilə mübarizə tədbirlərində iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib
07 May 12:05
Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib
07 May 11:28
Azərbaycanla Gürcüstan dəmir yolları əməkdaşlığa dair sənəd imzalayıb
07 May 11:23
Paytaxtın daha bir ərazisində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib
07 May 11:16
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti
07 May 10:51
“Avro-2020”nin kubokunun Bakı səyahəti
07 May 10:47
Şuşanın içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəmərinin tikintisinə başlanılıb
07 May 10:45
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına start verilib
07 May 10:44
Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb
07 May 10:06
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
07 May 09:02
Azərbaycanla Türkiyə arasındakı möhkəm əlaqələrin təməlində iki ölkə xalqlarının qardaşlığı və liderlərin siyasi iradəsi dayanır
07 May 08:59
Heydər Əliyev və milli-tarixi yaddaşımızın reallıqları
07 May 08:56
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV
07 May 08:46
8 may tarixi bundan sonra Şuşanın işğalı günü kimi qeyd edilməyəcək
07 May 08:42
Elşad Musayev: Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Zəngəzur dəhlizi mütləq reallaşdırılacaq
07 May 08:41
Əsli Kazımova: Zəngilan rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir
07 May 08:38
Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib
07 May 08:37
Arzuxan Əlizadə: Hər hansı bir təxribat Azərbaycan Ordusu tərəfindən ən ağır şəkildə cavablandırılacaq
07 May 08:35
Əli Kərimlinin yeni yalanları...
07 May 08:34
Paşinyan yeni repressiya dalğasına start verib
07 May 08:32
Azərbaycan dövlətinin növbəti humanist addımı
07 May 08:31
Peyvənd olunsaq da, gigiyena qaydalarına əməl etməliyik
07 May 08:29
Azərbaycançılıq xalqımızın milli-tarixi sərvətidir
06 May 20:51
Milli Məclisdə Azərbaycan-Venesuela əlaqələri müzakirə olunub
06 May 20:47
Samir Nuriyev: İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir
06 May 20:43
Səfir: Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
06 May 20:05
YAP Gənclər Birliyi “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpasında gənclərin rolu” mövzusunda görüş keçirib
06 May 19:06
YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Rəşad Şiriyevin ailəsini ziyarət ediblər
06 May 19:03
YAP Qusar rayon təşkilatı "Heydər Əliyev siyasətinin parlaq nəticəsi: Qalib Azərbaycan" mövzusunda tədbir keçirib
06 May 18:53
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlayıb
06 May 18:51
BDU-da dəyirmi masa: Heydər Əliyev gənclər siyasətinin banisidir
06 May 18:49
Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi ilə bağlı hesabat təqdimat olunub
06 May 18:43
Tam orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
06 May 18:27
Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
06 May 18:14
Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir
06 May 18:02
Deputat: Azərbaycan ombudsmanının hesabatı ermənilərin azərbaycanlılara qarşı nifrət bəslədiklərini açıq-aşkar göstərir
06 May 17:59
Baş Prokurorluq: Azərbaycandan Rusiyaya bir nəfər ekstradisiya edilib
06 May 17:58
Azərbaycan ombudsmanı Ermənistan ombudsmanının regionda sülhə zərbə vuran fəaliyyəti haqqında Mişel Başele və Dunya Miyatoviçə məktub ünvanlayıb
06 May 17:52
UNEC-də Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar mövzusunda konfrans təşkil edilib
06 May 17:48
Apreldə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə 9532 zəng daxil olub
06 May 16:49
Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb
06 May 16:45
Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var
06 May 16:44
Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb
06 May 16:23
Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 16:17
Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşüb
06 May 16:14
Deputat: Dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır
06 May 16:12
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib
06 May 16:09
Yüz gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib
06 May 15:40
Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir
06 May 15:34
ANAMA-ya daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb
06 May 15:13
İyirmi üç yaşayış məntəqəsində subartezian quyuları qazılacaq – SƏRƏNCAM
06 May 15:12
Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib
06 May 15:09
Pirallahı rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş konfrans keçirilib
06 May 14:51
Türkiyə XİN: Latviya parlamentinin saxta “soyqırımı” ilə bağlı qərəzli qərarını rədd edirirk
06 May 14:44
Fərid Şəfiyev: Hazırda Ermənistan cəmiyyətində Azərbaycanofobiya hökm sürür
06 May 14:26
Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi
06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA