Ana səhifə »  Xəbər lenti »  Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır
A+   Yenilə  A-
Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan sosial dövlətdir. Sosial dövlət, vətəndaşların rifahını başlıca vəzifə kimi qəbul edən dövlət anlayışı deməkdir. Azərbaycan da məhz o ölkələrdəndir ki, vətəndaşlarının mənafeyini, rifah halını əsas prioritet istiqamət olaraq qəbul edir. Bu, pandemiya dövründə də bir daha sübut olundu. Belə ki, pandemiya dövründə bir çox inkişaf etmiş ölkələrin çətin vəziyyətdə qaldığı anda iqtisadiyyat və insan amili arasında seçimləri iqtisadiyyatla bağlı oldu. Ancaq Azərbaycan hər zaman insan amilini uca tutdu. Pandemiya dövründə Azərbaycanda müstəqillik dövrünün ən böyük sosial paketi qəbul olundu,  bir neçə istiqamət üzrə dövlət dəstəyi proqramı hazırlandı, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində qərarlar qəbul edildi. Əlbəttə ki, bu, Azərbaycan dövlətinin öz xalqına verdiyi dəyərin təcəssümü idi. Bugün də bu dəyər özünü hər sahədə hiss etdirir. Respublikamızda ehtiyacı olan bütün vətəndaşlar, aztəminatlı ailələr, həssas qruplardan olan insanlar geniş dövlət dəstəyi ilə əhatə olunurlar. Bu kontekstdə şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə, Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısı barədə daha geniş söhbət açmaq mümkündür.

Məlum olduğu kimi, Azərbaycanın 30 illik yurd  həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi ölkəmizin şanlı tarixidir. 44 günün hər bir anı igid oğullarımızın qəhrəmanlıqları, şücaətlərilə doludur. Ancaq təəssüf ki, heç bir zəfər itkisiz olmur. Biz də müharibədə itkilər verdik. Bəziləri üçün bu itki mal-mülk, bəziləri üçün sağlamlıq, bəziləri üçün isə daha da ağır – övladını, yoldaşını, qardaşını itirmək oldu. Sözsüz ki, şəhid olan qardaşlarımız hər birimizin qəlbində əbədi olaraq yaşayacaq, onların xatirələri daim əziz tutulacaqdır. Çünki, onlar torpaq bütünlüyümüz uğrunda ağlasığmaz şücaətlər göstərmiş, gözlərini belə qırpmadan Vətən qarşısında borclarını canlarını fəda etməklə yerinə yetirmişlər. Əlbəttə ki, biz onlara borcluyuq. Onların geridə buraxdığı ailələrinə, övladlarına borcluyuq. Bu istiqamətdə şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən də hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması, rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xüsusilə, 44 günlük müharibədən sonra həyata keçirilən layihələr onu deməyə əsas verir ki, Vətən müharibəsinin hər bir iştirakçısı, hər bir zərər çəkən fərdi dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqdır.

Müharibənin başa çatmasından qısa müddət sonra Prezident İlham Əliyev tərəfindən yaradılan “YAŞAT” Fondu da dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara qayğısının təcəssümü olaraq özünü göstərdi. Fondun əsas məqsədi şəhid ailələrinin və müharibə əlillərinin məişət şəraitinin yaxşılaşdırılması, kredit və borclarının qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi ilə bağlıdır. Xalqımız tərəfindən də Fonda xüsusi diqqət və inam var. Fondun yarandığı ilk gün, 1,5 milyon manat ianə yığılmağı da buna sübutdur. Hər halda bu təəccüblü deyil. 44 günlük müharibədə olduğu kimi, müharibənin bitməsindən sonra da xalqımız bir yumruq kimi birləşməyə davam edərək, müharibədən əziyyət çəkən hər kəsə dəstək olmağa çalışır.

Müharibədən sonra dövlət başçısının Fərmanı ilə yaradılan digər bir Fond da “Qarabağ Dirçəliş Fondu”dur. Bu fondun əsas məqsədi isə Qarabağda erməni vandalizminin qurbanı olan doğma torpaqlarımızın bərpası prosesi ilə bağlıdır. Həmvətənlərimiz fond vasitəsilə bərpa prosesində iştirak edə bilir və “Böyük qayıdış”a töhfə verməklərilə fəxr edirlər. Şübhəsiz ki, hər bir azərbaycanlı, 30 ildir ki, işğal altında qalan torpaqlarımızdan erməni barbarlığının izlərini silmək istəyir. Bu mənada “Qarabağ Dirçəliş Fondu”nun yaradılması xüsusi önəmlidir. Bu həm də dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin də  təcəssümüdür. Əminik ki, çox da uzun olmayan bir vaxt dilimindən sonra dövlət başçımızın sarsılmaz iradəsi, qətiyyəti  və xalqımızın dəstəyilə işğaldan azad olunmuş torpaqlar yenidən qurulacaq və o torpaqlarda həyat canlanacaqdır.

Dövlət tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət göstərilməsi və onların problemlərinin operativ  həlli istiqamətində atılmış ən mühüm addımlardan biri də təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsi oldu. Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili ilə bağlı şöbə yaradıldı. Bu, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət etməklə dövlət xidmətlərinin əlçatanlığını artırdı. Bu istiqamətdə atılmış daha bir addım Müdafiə Nazirlyində şəxslərin müraciətlərinə baxılması üçün komissiyanın yaradılmasıdır.

O da vurğulanmalıdır ki, dövlət dəstəyi eyni zamanda müharibədən zərər çəkmiş mülki vətəndaşları da əhatə edir. Belə ki, dövlət zərərçəkmiş hər bir şəxsə dəymiş zərərin aradan qaldırılması məqsədilə maliyyə yardımları göstərəcək.

Beləliklə, əminliklə demək olar ki, Azərbaycan dövləti hər zaman olduğu kimi indi də öz sosial siyasətinin prioritetlərinə sadiqdir. Bu baxımdan, demək olar ki, qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır. Belə ki, dövlətimiz ərazi bütövlüyümüz uğrunda döyüşən, həlak olan, sağlamlığını itirən və zərər çəkən hər kəsi daim öz qayğısı ilə əhatə edir və onlar üçün bütün imkanlarını səfərbər edir.

Arzu Cahangirova,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsinin sədri

 
  • Oxunub:  2250  |  
  • Tarix:  13-04-2021  |  
  •    Çap et   |  
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

06 May 14:21
Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ
06 May 14:18
FHN-in Akademiyası ilə DİN-in Polis Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 May 14:16
Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
06 May 14:11
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
06 May 13:44
Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır
06 May 13:41
Hulusi Kılıç: Ermənilərin müharibə cinayətlərinin araşdıracaq komissiya tarixi missiya həyata keçirəcək
06 May 13:28
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
06 May 13:17
Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq
06 May 13:01
Səhiyyə işçilərinin 90 faizə qədəri koronavirusa qarşı peyvənd olunub
06 May 12:54
Ceff Bezosun kompaniyası kosmosa uçuş üçün online-hərrac açıb
06 May 12:44
Teymur Musayev: Hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan peyvəndləməyə də ehtiyac duyula bilər
06 May 12:43
Azərbaycanda koronavirusa ən çox yoluxma halı 30-59 yaş arasında müşahidə olunur
06 May 12:33
Azərbaycanda koronavirusun ştammları ilə əlaqədar testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur
06 May 12:32
Yaqut Qarayeva: Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur
06 May 12:17
Peyvəndin ikinci dozasının vurulmadığı halda qoruyuculuq müddəti az olacaq
06 May 11:57
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
06 May 11:55
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur
06 May 11:47
Birinci sinfə qəbul üçün onlayn müsahibələr keçirilir
06 May 11:41
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
06 May 11:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
06 May 11:31
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
06 May 11:28
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
06 May 10:54
Nərimanov rayonunda Vətən müharibəsi qazisi Ruslan Məmmədov ziyarət olunub
06 May 10:41
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
06 May 10:38
Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
06 May 10:27
"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
06 May 09:34
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik
06 May 09:27
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb
06 May 08:32
Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır
06 May 08:30
“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub
06 May 08:27
“Ramazan ayında virusa yoluxmamaq üçün kütləvi yığıncaqlardan çəkinməliyik”
06 May 08:25
ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06 May 08:23
Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur

06 May 08:21
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irsin, multikultural dəyərlərin bərpası Azərbaycan dövlətinin diqqət mərkəzindədir

06 May 08:18
Ölkəmizin uğurları xaricdəki bəzi qüvvələri narahat edir
05 May 22:02
“Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda videokonfrans keçirilib
05 May 21:58
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 May 21:37
“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib
05 May 21:35
Milli Məclis sədrinin müavini Adil Əliyev bir qrup gənc müəllimlə görüşüb
05 May 21:19
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
05 May 21:12
AQUPDK ilə UNICEF arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planı imzalanıb
05 May 21:11
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
05 May 20:33
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
05 May 19:23
Gəmiçiliyin alınması tələb olunmayan lisenziyaları və icazələrinin siyahısı təsdiqlənib
05 May 19:19
Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər
05 May 19:18
Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir
05 May 19:14
Türkiyənin “Qanuni” kəşfiyyat-axtarış gəmisi Qara dənizdə seysmik araşdırmalar aparacaq
05 May 19:03
“İsrael HaYom” qəzeti: Azərbaycan ordusu İsrailin “Tamuz” raketləri ilə silahlanır
05 May 18:57
Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
05 May 18:45
Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
05 May 18:35
Azərbaycan könüllüləri tərəfindən aprel ayı ərzində görülmüş işlər müzakirə edilib
05 May 18:29
Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
05 May 18:17
Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub
05 May 18:14
Dünya prokurorlarının 29-cu illik konfransı və ümumi yığıncağının Bakıda keçirilməsinə dair ilkin razılıq əldə olunub
05 May 17:49
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
05 May 17:47
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
05 May 17:45
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
05 May 17:38
Heydər Əliyev ideyaları Azərbaycanı daha böyük hədəflərə çatdıracaq
05 May 17:37
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib
05 May 17:31
Tarixə sığmayan dahi ömrü!
05 May 17:25
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elmaz Hacıyevin ailəsinə baş çəkiblər
05 May 17:24
Nazir: “ƏDVGeriAl” layihəsi üzrə indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb
05 May 17:19
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
05 May 17:14
Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
05 May 17:09
Smartfonların yuxuya hansı təsir göstərdiyi aşkar olunub
05 May 17:00
Mayın 5-də Azərbaycanda yeni koronavirusa qarşı 30 minə yaxın vaksin vurulub
05 May 16:54
Deputat: Azərbaycan Prezidenti üç erməni hərbçini ölkəsinə qaytarmaqla humanizm ənənələrinə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi
05 May 16:53
Maliyyə naziri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 54-cü illik toplantısında iştirak edib
05 May 16:44
Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
05 May 16:29
DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+8 +13