Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əhliman Əmiraslanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

Əhliman Əmiraslanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

12.04.2021 [20:54]

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə səfiri Erkan Özoralla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, tarixi köklərimizdən gələn Türkiyə-Azərbaycan strateji münasibətləri, iki dövlət liderinin mökəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir.

Akademik Əhliman Əmiraslanov bildirib ki, iki dost və qardaş ölkə - Türkiyə ilə Azərbaycanın arasında yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur. Deputat ölkələrimizin parlament rəhbərləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. O da xüsusi olaraq bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birilərini dəstəkləyir və demək olar ki, eyni mövqedən çıxış edirlər.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib. O, səfiri Azərbaycanın “Dostluq” ordeni ilə mükafatlandırılması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən Erkan Özoral Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30